10341662_348902058634783_2612481647482756016_n-225x300

Foto: Elçin Allahyarov

Снимок экрана 2016-08-05 в 1.34.06

Foto:  ABU rektoru Elşad Abdullayev, dekan Elçin Allahyarov və bloger Fuad Agayev, Almaniya, 2016 il
ABU tələbələri və müəllimləri Azərbaycan diktatorlugunun terroruna  məruz qalıbdır !!!
AVROPANIN SƏSİ ( http://avropaninsesi.org/ ) redaksiya heyətinə Azərbaycan Beynəlxalq Universiteti (ABU) ‘’Aqranomiya” fakültəsinin kecmiş dekanı dossent Elçin Allahyarov bildirir ki,  uzun illər ABU da Aqronomiya fakultəsinin dekani olub,  “ABU baglandqdan sonra sonra tezyiqlərə  məruz qalmışam. Dəfələrlə KQB-in quldur generalı Akif Çovdarovun qızının əri və Daxili İşlər Nazirliyinin Bantitizm İdarəsinə (Faşist Gestapo İdarəsi)  çağrılaraq  məni məcbur edirdiler ki, ABU-nun rektoru Elşad Abdullayevə qarşı saxta fabrikovat olunmuş şikayyət yazım. Bu təzyiqlərə dözməyərək ölkəni tərk etdim, saxtakar diktatura rejiminn zülümdən canımı qurtardım” – Avropaya mühacirat etdim…
Arada mənə elə gəlirdi ki, Mehriban Əliyevanın ”Toleyrantlıq” diyarı Azərbaycanda 2015-ci il yox, 1937-cu ilin repressiyalar dövrüdür. Siyasi fəallar, hüquq müdafiəciləri, demokratik fikirli insanlar və onların qohumları həbs olunur. Bununla məsələ bitmir. Ziyallı vətəndaşlarımız, müəllimlər də represiya qurbanları olurlar. Başda, Hörmətli rektorumuz Elşad Abdullayev, dekanlar. Maliyyə kredit fakültəsinin  dekanı Əmmənov Rabil müəllim 12 il həbs cəzası alıb. Günahı nədi? Çünki, «ABU»da çalışıb, hüquq professoru Elşad Abdullayev prezident seckiləri zamanı müxalifətin lideri professor Cəmil Həsənlin dəsəklədi. Bundan sonra ABU-da tuta-tut başladı. Siyasi sfarişlə ABU Tibb fakültəsinin dekanı professor Xudayar Alahyarov, Maliyyə fakültəsinin dekanı professor Pabil Əmmənov saxta ittihamlarla 12 il həbs olundular. Bizə qarşı bu agır cinayətlər saxta Prezident seckilərindən sonra oldu. Əgər bizim görkəmli professorlarımızın günahı var idsə bunu prezident seckilərindən öncə də etmək olardı. Bu gün həbsdə yatan ABU müəllimləri qanunsuz prezident secilmiş İlham Əliyevin siyasi sifarişidir, hamıya məlumdur ki, xalq səsini professor Cəmil Həsənliyə vermişdir. Bundan qəzəblənən Mehriban Əliyeva ABU müəllimlərini saxta ittihamlarla siyasi sifarişlə həbs edtdirdi.
     Mənim dekan müavinim Afaq İbrahimova olduqca dürüst müəllim idi, birgə calışdıgımız müddətdə hec bir vaxt mən ondan əliəyri bir iş görməmişəm. Bu kimsəsiz qadın imkansızlıgı ucbatından ABU yataqxanasında qalırdı, sudan duru-aydan təmiz adam idi. Əgər Afaq İbrahimova Siz deyən kimi korrupsioner müəllim idisə gedib villada qalardı da, nə ücün yataqxanada zülüm cəkirdi. Hətta, bir necə dəfə də mən dən borca pul istədi, bizdə ona yardım etdik. Belə adamlrın həbsdə saxlanması allah qarşısında günahdır. Mehriban Əliyeva Sizndə olunuz, iki qızınız və nəvələriniz var, mediadan məlumdurki, Siz azəbaycanın on milyardlarla milli sərvətini qanunsuz olaraq xarici ölkələrə daşımısınız bu korrupsiya olmur, ancaq yataqxanada qlan Afaq İbrahimova korrupsioner olur ! Medianın yazdıgı kimi Sizin xarici ölkələrdə yüz milyonlar dəyərində malikənəniz var, korrupsiya ittiham olunursunuz, ancaq, yataqxanada qalan Afaq İbrahimova rüşvətxor kimi 6 il həbs olunur. Elşad müəllimin gizli video görüntülərilədə saxta deputat seckiləri ücün Ramiz Mehdiyevin və İlham Əliyevin adı ilə 2 milyon rüşvət alan Gülər Əhmədova 1 il 3 ay həbsdə yatır və sonra azad olunur.
Bu qədər haqsızlıq olarmı Mehriban Əliyeva? Bu sağlam atmosfer deyil. Məni –müəllim adamam KQB və Banditizm İdarəsi o qədər ləyaqətimi alcaltdıki, dogma vətənimdən qaçıb canımı güclə qurtardım. Məni məcbur edirdilər, Elşad müəllimdən yalan ittihamlara qol çəkim. Bəs mənim dekan müavinim Afaq İbrahimova saxta ittihamlarla 6 il iş alıb. Hal-hazırda həbsdədi. Mən qalsaydım məni saxta ittihamlarla həbs edərdilər. Hərdən bir mənə deyirdilərki, səni nəşə satmaqda şərləyrik biz deyənləri etməsən. Afaq xanımda yüksək mənəviyyata malik qadın oldugu ücün onların dedikləri rektorun əleyhinə saxta ittihamlara imza atmadıgı ücün həbs etdilər.
Ayrı Universitetlərdə də vəziyyət gərgindi, eynidir. Təfəkkür Universitetinin Kiyev filialının rektoru Riyad Əliyev saxta ittihamlarla İnterpola axtarışa verilib. Bu hansı məntiqə sığışır? Müəllim İnterpolda! Elə bil Riyad Əliyev Ben Ladendir!. Bəlkə, bu rejim üçün müəllim terrorçudu, biz bilməmişik ziyallılar Ben Ladendir. Amma, digər ölkələrdə müəllim adı yüksək addır.
İndi azərbaycan vətəndaşları müqasiyə edib görsün ki, İlham Əliyev və onun ailə üzvləri və bu ailə ilə yaxınlıgı olan adamlar nə qədər dövlət əmlakını mənimsəyib, rektorumuz Elşad Abdullayev nə qədər !? Yataqxanada qalan Afaq Ibrahimova nəqədr !? Həbsdə 12 il məhkum olan professor Xudayar Həsənov, dossent Rabil Əmmmənov nə qədər !? Şübhəsiz ki, bütövlükdə ABU müəllimlərinin mənimsədiyi İlham Əliyevin, onun ailəsnin və bu ailə ilə yaxın olanların mənimsədiyinin hec 0.005 %-i deyil. Sual olunur ! Bəs niyə ABU müəllimləri cinayətkardırlar, İlham Əliyev və onun ailə üzvüləri isə yox !? Hələ biz ABU rektorunun qardaşı Mahir Abdullayevin əliyev ailəsi tərəfindən ogurlnmasını demirəm, rüsvaycılıga baxın ABU rektorunun qardaşını ogurla, sonrada ondan halal zəhmətilə 20 ilə qurdugu Universiteti tələb et. Bu cinaytlər hamısı dıvlət səviyyəsində oldugu ücün bu günə qədər acılmaıbdır. Hamıya bu cinayət məlumdur. Diktator əliyev rejiminin mediasının bu cılız, iyrənc qarayaxma əməllərilə heç vaxt hüquq professoru Elşad Abdullayev xalqın gözündən düşməyib və düşməyəcək də. Xalq başa düşür ki, bunu elətdirən ABU rektorunun qardaşını ogurlatdıran Mehriban -İlham Əliyevin ailəsidir. Professor Elşad Abdullayev həmişə mənliyini, kişiliyini və layaqətini saxlayır. İlham Əliyev isə hələlik özbaşınalıgını davam etdirməkdədir. O, bu əxlaqsız cinayətlərin başndadır. Bilirəmki, ogru adamdam prezident olmaz.
Müasir tipli Ali Təhsil Müəssisəsi Azərbaycan Beynəlxalq Universitetinin baglanması qanunsuz siyasi sifarişdir. Mahir Abdullayevin ogurlayan cinayətkar şəbəkəni gizli video görüntülərlə ifşa etdiyim və buna görə də Avropa Məhkəməsinə şikayət etdyim görə 57 illik despotik diktatura rejimi məndən qisas almaq məqsədilə ABU-nun fəaliyyətini qanunsuz olaraq dayandırdılar. Lakin, hamıya məlumduki ABU-in baglanmasının heç bir hüquqi əsası yoxdur. Yerində əgər ABU-dan yaxşı Ali Təhsil Müəssisəsi yaradıldımı ? Əsla yox! ABU-in yerndə əliyevin despotik diktatura rejiminə xidəmt edən Mehriban Əliyevanın ailəvi təhsil sistemi yaradıldı. O, Azərbaycan təhsil sistemini öz qohum-əqrəbalarından ibarət mafiyalaşmış korrupsioner ailəvi təhsil manopoliyasına çevirdi.
Xalq arasında Mehriban Əliyevann Azərbaycan Təhsil Sisteminə Qayınata-Qayınana Univermagaı da deyilir :
I yerdə: Aviasiya Akademiyasi, rektor prezidentin qayinatasi Arif Paşayev. Bu universitetə xalq arasında Qayınata Univermagı deyirlər;
II yerdə: Moskva Dövlet Universitetinin Baki filiali, rektor prezidentin arvadının bacısı, baldızı Nərgiz Paşayeva. Xalq arasında BaldızUnivermagıdeyirlər;
III yerdə: Azərbaycan Diplomatiya Akademiyasi, rektor prezidentin arvadinin əmisi Hafiz-Pasayev. Xalq arasında Əmi Univermagı deyirlər;
IV yerdə: AZI-ADANA, rektor prezidentin dayisinın (Cəmil Əliyev) bacanağı Siyavus Karayev. Xalq arasında Bacanag Univermagı deyirlər;
V yerdə: Odlar Yurdu Universiteti, payçı tesiscisi prezidentin arvadinin bibisi oglu Altay Məmmədov. Xalq arasında Bibioglu Univermagıdeyilir;
VI yerdə: Bakı Dövlət Universiteti, Rektor Abel Məhərrəmov, əlaqələndirici prezidentin bibisi Rəfiqə Əliyeva .Xalq arasında Bibi Universitetideyirlər;
Vll yer: Təfəkkür Universiteti, bilavasitə idarə edən prezidentin arvadının yaxını deputat Ziya Səmədzadə. Xalq arasında prezidentin arvadının Deputat Univermagı deyilir.
Vlll. Paşayevlər klanının növbəti Qayınata-Qayınana Unvermaqlarından biridə bilavasitə Mehriban Əliyevanın rəhbərliyi ilə yaradılan İ.M.Seçenov adına Brinci Moskva Dövlət Tibb Universitetinin Bakı Filialıdır. Xalq arasında Mehriban Əliyvanın Tibb Universiteti kimi tanınır. Rektor prezidentin dayısı Cəmil Əliyevin oglu Əziz Əliyevdir. Xalq arasında Dayı oglu univermagı deyilir . Yerdə qalan universitetlərdə ailəvi korrupsiya prinsipi üzrə fprmalaşıbdı.
Bu yazımla cox hörmətli Elşad müəllimə və ABU tələbələrinə bildirmək istəyirəm, Hörmətli rektorumuz bu ağır gündə biz sizinləyik. Sizə inanırıq. Sizə qarşı yalan və böhtanlara öz etirazımızı bildirik.
 Elçin Allahyarov, ABU –in Aqronomiya fakütəsinin dekanı, Almaniya

Madina, Paris, 19.03.2016

info@avropaninsesi.com

 

 

IMG_2450

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email