Print Friendly, PDF & Email

 

 

 

 

 

 

avropaninsesi.com

 

Amid Həsənov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) “Riyaziyyat-informatika” fakültəsindən 2004-cü il tarixli məzunudur. Amid Həsənov ABU-da təhsil aldıgı müddətdə müəllim-tələbə yoldaşlarını dərin hörmətini qazanmışdı. O, Tələbə Gənclər təşkilatının fəal üzüvü kimi müxalifət partiyalarının təşkil etdiyi mitimqlərdə aktiv iştirak edirdi. Bu səbəbdən də dəfələrlə polis təzyiqlərinə məruz qalıb və təhsi aldıgı dövrdə Gizli polis orqanları tərəfindən davamlı təqib olunub. O, ABU-in və Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin fəaliyyətini . müntəzəm olaraq dəstəkləyirdi. Buna görə də Xüsusi Xidmət Orqanlarının terrorina məruz qalıb,  təzyiqlərlə üzləşib – onu hədələyiblər !
Xatırlatmaq istəyərik ki, ABU-nu bitirdikdən sonra azad medianın inkişafında xüsusi rolu olub. Buna görədə “Müxalifət” qəzetində jurnalist kimi fəaliyyət göstərib. O, həmişə həqiqəti yazdıgına görə təzyiqlərlə üzləşib. Bəlliir ki, Azərbaycanda həqiqəti yazmaq və danışmaq cinayət hesab edilir. Azərbaycanda müstəqil media yoxdur. Hətta, hər il Avropa Şurası Parlament Assambleyyası  Azərbaycanda müstəqil mətbuatın və söz azadıgının olmaması haqqında qərar qəbul edir.
Müxalifet.az saytının əməkdaşı Amid Həsənova qarşı təzyiqlər davam edir. Qeyd edək ki, əməkdaşımız son günlər naməlum şəxslər tərəfindən izlənilir və ona gizli nömrələrdən təhdid xarakterli zənglər edilir.
Xatırladaq ki, ötən il dekabrın 18-də Muxalifet.az-ın redaksiyası önündə dayanan Amid Həsənov naməlum şəxslərin hücumuna da məruz qalmışdı. Belə ki, həmin vaxt sonradan dövlət nömrə nişanı saxta olduğu, daha doğrusu heç bir şəxsin adına olmadığı bəlli olan avtomobildən düşən 3 nəfər şəxs onu zorla maşına basaraq naməlum istiqamətə aparmışdılar. Həmin gün axşamadək jurnalistdən xəbər çıxmasa da, sonradan onun Nərimanov rayon 16-cı Polis İdarəsində olduğu bəlli olmuşdu. Bu zaman o da aydın olmuşdu ki, A.Həsənov polis rəisi polkovnik İsmayıl Əsədovun göstərişi ilə həbs edilib.
İdarədə ona təzyiq göstərilmiş və hakimiyyət əleyhinə yazacağı halda həbs ediləcəyi haqda xəbərdarlıq edilmişdi.
Yeri gəlmişkən, həmin hadisədən sonra A.Həsənov əksər yazılarına anonim imzalar qoyurdu. Hətta redaksiya rəhbərliyi jurnalistə edilən hədə-qorxulardan sonra onun təhlükəsizliyini nəzər alıb, A.Həsənovun saytda olan tənqidi yazılarının bəzilərini silmişdi. Bütün bunlara rəğmən A.Həsənov Milli Şuranın 11 sentyabr aksiyası zamanı da polis zorakılığı ilə üzləşmişdi. Həmin vaxt mülki geyimli polis əməkdaşları Muxalifet.az saytının əməkdaşının fotoaparatını və kamerasını alıb sındırmış, özünü isə maşına basaraq Yasamal rayon Polis İdarəsinə aparmışdılar.
Son günlər isə əməkdaşımızın yenidən naməlum şəxslər tərəfindən izlənildiyi məlum olub. Hətta həmin şəxslər telefon vasitəsilə onu ölkədə olduğu müddətdə ona rahat yaşamağa imkan  verməyəcəyi ilə hədələyiblər.

 

Ulduz, Paris, 13.12.2017

info@avropaninsesi.com