Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan diktatorlugu etdiyi cinayətlərin fakturasını “Qurbanlıq qoyun” kimi seçdiyi MTN generallarının qanlı banda başçısı KQB general Akif Çovdarova kəsir !? – MTN işi

 

“Tutulmamışdan qabaq istədim özümü öldürüm”

Adamları həbslə şantaj edib pul almaqda, büdcədən agenturaya ayrılmış pulları mənimsəməkdə, məhkəmə qərarı olmadan müxtəlif adamların telefon danışıqlarını dinləməkdə və s. əməllərdə suçlanan MTN generalı Akif Çovdarov təqsirsiz olduğunu deyir.

Nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Çovdarov oktyabrın 4-də öz məhkəməsində son sözünü deyib.

Akif Çovdarov və rəhbərlik etdiyi idarədə onun tabeliyində işləmiş üç nəfərin – Akif Əliyev, Orxan Osmanov və Səlim Məmmədovun ötən ilin oktyabrında başlamış məhkəməsi düz bir il davam etdi. Onların işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov və daha iki hakimi, amma Sabunçu Rayon Məhkəməsinin binasında baxırdı.

Bu məhkəmə prosesinə əvvəldən sonadək jurnalistlər buraxılmadı. Bu mənada, Akif Çovdarovun son söz dediyi sonuncu məhkəmə iclası da fərqlənmədi. Amma vəkillər və MTN generalının son sözünə qulaq asmış zərərçəkənlərdən Çovdarovun söylədikləri haqda müəyyən məlumatlar almaq mümkün oldu.

AzadlıqRadiosu-nun əldə etdiyi məlumata görə, Çovdarov ona irəli sürülmüş bütün ittihamları rədd edib. Deyib ki, prokurorluq saxta ifadələr əsasında həmin ittihamları düzüb-qoşub.

“İstintaq orqanı mənimlə elə davranırdı ki, ya hər şeyi açıb danışım, ya da özümü öldürüm. Məni intihar həddinə çatdırmaq istəyirdilər. Amma nəzərə almamışdılar ki, mən zəif adam deyiləm. Elə ona görə də istədiklərinə nail olmadılar. Mən ölmədim. Sübut eləyirəm ki, mənə qarşı ittihamların hamısı yalandır”, – Çovdarov belə deyib.

MTN generalı iddia edib ki, prokurorluq ona qarşı cinayət törətmiş adamlardan istifadə edib: “Mənimlə bağlı ifadələrin əksəriyyəti şər-böhtandır”.

Dövlət qarşısında xidmətləri olduğunu deyən Çovdarov söyləyib ki, ona qarşı qərəzli münasibət yeni xəbər deyil. Onun sözlərinə görə, bu qərəzin kökü hələ MTN-də işlədiyi dövrə gedib çıxır.

Akif Çovdarov çıxışının sonunda hakimlərdən bəraət hökmü çıxarılmasını istəyib.

Çovdarovun son sözündən sonra hakimlər kollegiyası keçmiş MTN-çilər haqqında hökm çıxarmaq üçün müşavirəyə gedib. Hökmün nə vaxt elan olunacağı isə dəqiq bəlli deyil.

APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A. Çovdarovun vəkilləri Kamandar Nəsibov və Şahin Rəfiyev çıxış ediblər. Onlar hüquqlarını müdafiə etdiyi şəxsə bəraət istəyiblər.

Bununla da məhkəmədə çıxışlar mərhələsi bitib və təqsirləndirilən şəxslərə son söz söyləmələri üçün vaxt verilib.

Proses sentyabrın 27-də davam etdiriləcək.

* * *

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A. Çovdarovun vəkili Sadiq Rəsulov çıxışı edir. O, A. Çovdarova verilən ittihamların əsassız olduğunu deyib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Vəkil çıxışını davam etdirir.

Qeyd edək ki, ötən iclasda prokuror təqsirləndirilən şəxslərdən Akif Çovdarovun 15 il, Səlim Məmmədovun 12 il, Akif Əliyevin 9 il, Orxan Osmanovun isə 9 il il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, təqsirləndirilən şəxslər – Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.