Print Friendly, PDF & Email

 

 

 

 

 

 

Bütün Diktatorlar avropa üçün təhlükədir !
Azərbaycan Xalqı  artıq 25 ildir ki, diktatura ilə idarə olunan Əliyevlər rejimi ilə mübarizə aparır . İstər ölkə daxilində, istərsə də ölkə xaricində hakim rejimə qarşı müntəzəm olaraq Avropanın bütün ölkə və şəhərlərində etiraz aksiyaları keçirilir. Mitinqlərin əsas mahiyyəti Azərbaycanda höküm sürən avtoritar rejimi Avropaya tanıtmaqdır.Bunlardan biri də fevralın 6-da Almaniyanın paytaxtı Berlin şəhərində Almaniya Xarici İşlər Nazirliyinin qarşısında baş tutacaq.
Təşkilatçılar Almaniyada mühacirətdə olan Demokratiya Naminə Vətəndaş Təşəbüsləri İctimai Birliyin sədri Sevinc İsgəndərova və siyasi-ictimai fəal Könül Əmirovadır.
Mitinqin şüarı “Enerji maraqlarına insan haqqlarını qurban verməyin , bütün Diktatorlar Avropa üçün təhlükədir” olacaq. Bu mitinqə Avropanın digər ölkə və şəhərlərindən də həmvətənlərimizin qatılacağı gözlənilir.
dogru-yol.com