Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Foto: Parviz Aliyev

Azərbaycan Diktatoru Ilham Əliyev hakimiyyəti insanların həyat şəraitinin yaxşılaşdırılması üçün heç bir müsbət addımlar atmırsa, deməli  Xalq öz müqəddəratını özü həll etmək məcburiyyətində qalır !
Əziz həmvətənlərim nəzərinizə çatdırım ki,Azərbaycan hər zamam dərin keçmişə, mədəniyyətə sərvətə malik olmuş bir dövlət olmuşdur.Təəssüflər olsun ki,son illərdə ölkəmiz çox bərbad hala gətirilib.bununda əsas səbəbkarı Hakimiyyətin yarıtmaz idarəçiliyi nəticəsində baş vermişdir.bütün bunlara görə bu gün ölkəmizdə yoxsulluq,işsizlik rüşvətxorluq dözülməz həddə gəlib çatmışdır.Bu gün Azərbaycanda söz azadlığı,Media azadlığı sərbəst toplaşma azadlığı deyilən bir şey yoxdur.Nəzərinizə çatdırım ki,hazırda 160 dan Çox siyasi Məhbus günahsız yerə şərlənərək Zindanlarda həbs həyatı yaşamağa məhkum olunmuşdur.Ölkə başçısı yalnız ildə bir dəfə Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Televizorda çıxış edib insanların həyat səviyyəsinin yaxşılaşdığını söyləməklə heç bir uğura nail olmaq olmaz.Bu sadəcə cəfəngiyyatdan insanları məsxərəyə salmaqdan başqa bir şey deyil.Atalarımız yaxşı deyib halva halva deməklə ağız şirin olmaz.İnsanların həyat səviyyəsini normal şəraitə çatdırmaq üçün Hakimiyyət bir çox lazımı islahatlar aparmalı Zavod və Fabriklər inşa etdirməlidir.
Əks təqdirdə, ölkəmizi bundan sonrakı illərdə daha da pis acınacaqlı günlər gözləyir.
Yox, əgər Azərbaycan Diktatoru Ilham Əliyev hakimiyyəti insanların həyat şəraitinin yaxşılaşdırılması üçün, yoxsulluq səviyyəsinin aşağı salınması üçün heç bir müsbət addımlar atmırsa, deməli artıq xalq öz müqəddəratını özü həll etmək məcburiyyətində qalır.
Tarix boyu həmişə birlik bərabərlik qalib gəlmişdir.İnanıram ki, tezliklə xalqımız yumruq təkin birləşib öz hüquqlarını bərpa etmək üçün ayağa duracaq.Yox əgər bu baş verməzsə,hələ xalqımız uzun illər bu haqsızlıq və səfalət içində yaşamağa məhkum olacaq…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Parviz Aliyev, Fransa, Paris, 22.05.2018

www.avropaninsesi.com

info@avropaninsesi.com