Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan diktatoru Ilham Əliyevin və ailə üzvülərinin Avropaya girişinə qadaga qoyulmaısnı  və  Azərbaycan xalqından ogurladıqları millli sərvətlərə  Ofşor Bank hesablarına  əl qoyullmasını tələb edirik  !!!

Nə üçün Mahir Abdullayevin ogurlanması hamıya bəlli   cinayət işi,  bugünə qədər bağlı qalıb !!! ???

 

06 Fevral 2018-ci il tarixdə Berlin şəhərində Almaniya Xarici İşlər nazirliyinin qarşısısında keçirdiyimiz aksiyanın məqsədi, hüquqları dünayanın ən qəddar despotik diktatorlugu olan Əliyev rejimi tərəfindən tapdalanmış Azərbaycan xalqının səsini Avropa və dünya dövlətlərinə çatdırmaq idi.

Azərbaycan dövlətini qəsbkarcasına zəbt etmiş zalım diktator Əliyevlər rejimi hakimiyyəti ailə biznesi halına gətirərək dövləti ailə biznesi kimi idarə edirlər.Azərbaycan xalqına heç bir açıqlama vermədən prezident seçkilərinin vaxtını 6 ay əvvələ dəyişmələrinin, növbədən kənar prezident seçkiləri planlarının arxasında hansı məqsədin dayandığı məlumdur. Rəqibsiz bir seçki keçirtmək, saxtalaşmanı rahat həyata keçirtmək, nə olursa olsun hakimiyyəti əldən verməmək. Saxta fiqurlarla saxta prezident seçkiləri keçirtmək bir mənalı şəkildə ədalətsizliyin göstəricisidir.

REAL hərakatının sədri İlqar Məmədovun, eləcədə bütün siyasi məhbusların şərlənərək haqqsız həbs olunması Azərbaycan diktatoru İlham Əlyevin  rejiminin qəsbkar,ədalətsiz olmasının bariz nümunəsidir.

2017-ci ilin oktyabrın əvvəlində AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş iki qətnamədə bir sıra tövsiyələr və insan hüquqları vəziyyətinin tənqidlərilə yanaşı İlqar Məmmədovun azad edilməsi də tövsiyə edilib.Lakin Azərbaycan hökuməti bu qətnamələrə və tövsiyələrə zərrə qədər əhəmiyyət verməyib,əksinə azad söz deyənlərin repressiyalarını davam etdirir.

Jurnalist Əfqan Muxtarlının qəsbkar rejim tərəfindən oğurlanaraq 6 il müddətinə həbs edilməsidə bu repressiyalardan biridir. Amnesty International insan haqları təşkilatı Əfqan Muxtarlını “vicdan məhbusu” adlandırıb.Əfqan Muxtarlı son illərdə bir neçə araşdırmalar apararaq Əliyevlər rejiminin iç üzünü açmışdır.

Başlıca tələblərimizdən  biri də 14 il bundan öncə, 2003-cü ilin oktyabrında  saxta ittihamlarla baglanmış  Azərbaycan Beynəlxalq Universitetini (ABU) ələ keçirmək məqsədilə   Azərbaycan diktatoru İlham Əliyevin Polis-KQB generalları  tərəfindən oğurlanan ABU rektorunun qaedaşı  Milli Təhlükəsizlik Nazirliyinin mayoru Mahir Abdullayevin barəsində idi. Artıq bütün dünyaya Mahir Abdullayevin ogurlanması cinayəti su kimi aydındır, Mahir Abdullayevin oğurlanmasında məqsəd, bu qəsbkar rejimin iyrənc əməllərinin ifşa olunmamasının qarşısını almaq idi.  Nə üçün bu cinayət işi bugünə qədər bağlı qalıb !!! ???

Avropa və dünya ölkələrinin rəhbərlərindən Əliyevlər rejimi ilə əməkdaşlığı dayandırmağı istəyirik. Diktatorlar bütün dünya üçün təhlükəlidirlər. Avropa Şurasının qətnamələrinə əhəmiyyət verməyən bir hökumətlə Avropanın əməkdaşlığı məntiqə ziddir.Mən,Fuad Akbarov, o cümlədən bütün siyasi mühacirlər və siyasi məhbuslar ümid edirik ki, ədalət tərəfdarları bu rejimə qarşı lazımi eggektli tədbirləri görəcəklər. Başlıcası isə Azərbaycan diktatoru Ilham Əliyevin və ailə üzvülərinin Avropaya girizinə qadaga qoyulmaısnı tələb edirik və onların Azərbaycan xalqından ogurladıqları millli sərvətlərə  Avropadakı ogurluq Bank hesablarına  əl qoyullmalıdır.

ABU Məzunlar Assoasiyasının üzvü, Siyasi mühacir Fuad Akbarov, Almaniya, Facebook səhifəsindən

Ulduz, Paris, 12.02.2018

info@avropaninsesi..com