Diktatura rejimi  xaricidə yaşayan Azərbaycanlıları susdurmaq üçün onların qohumlarından istifadə edir: Buna bənzər hadisələr Fransada mühacir həyatı yaşayan Elshad Abdullayev və digələrinin qohumlarına qarşı həyata keçirilib. 

 

Hakimiyyət yalnız Azərbaycanda fəaliyyət göstərən tənqidçi ictimai- siyasi fəalları və onların qohumlarını incitmir. Eyni zamanda mühacir həyatı yaşayan fəallara da qarşı eyni münasibəti sərgiləyir.Soruşa bilərsiniz necə?

Son günlər aldığım məlumatlara və mənə edilən müraciətlərə əsasən apardığım araşdırmaya görə Avropada, xüsusən Almaniyada Azərbaycan hakimiyyəti əleyhinə keçirilən aksiyaların təşkilatçıları və iştirakçılarının, eləcə də tənqidi statuslar yazan fəalların qohumları təzyiqlərə məruz qalırlar. Həmin şəxslərin ailə üzvləri və yaxınları polisə çağrılıb hədələnir, inzibatı həbs cəzasına məruz qalır. Xəbərdarlıq olunur və ya işdən çıxarılır. Hətta bəziləri onlarla qohumluqdan imtinaya məcbur edilir. Eyni zamanda Azərbaycan hakimiyyəti bəzi ölkələrə rəsmi müraciət edib ki, həmin ölkədə olan azərbaycanlı mühacir haqqında cinayət işi açılıb, onu ekstradisiya etsin. Yəni təhvil versin…

Demək istəyirəm ki, hakimiyyət ancaq ona qarşı ölkə daxilində olanlarla savaşmır. Ölkədən kənarda olan, əli çatmayan şəxsləri susdurmaq üçün onların qohumlarından istifadə edir. Yaxın tariximizdə buna bənzər hadisələr Emin Milli, Ganimat Zayidov, Gunel Movlud, Ordukhan Temirkhan BabirovElshad AbdullayevTural SadiqliYafaz Akramoglu Hasanov və digələrinin qohumlarına qarşı həyata keçirilib. Amma bu dəfə baş verənlər ictimai sferada o qədər də tanınmayan şəxslərə, xüsusən gənclərə qarşı həyata keçirilir.

Son aylar siyasi məhbuslar və digər mövzularda Avropa ölkələrində azərbaycanlı fəalların keçirdiyi aksiyalardan sonra onların qohumlarına qarşı təzyiqlər artıb. Hazırda bu istiqamətdə araşdırmalara başlamışıq. Ümid edirəm yaxın zamanlarda ortaya araşdırma məhsulu- hansısa sənəd çıxaracayıq. Və orda bütün bu faktlar ətraflı qeyd olunacaq.

İndilikdə isə təklif edirəm;

1. Ailə üzvləri və yaxınları təzyiqlərə məruz qalan mühacir fəallar bu məlumatları ictimaiyyətlə və bizimlə bölüşsünlər.

2. Təzyiqlərə məruz qalanlara ictimai dəstəyi artıraq.

Unutmayaq ki, harda yaşamasından, sosial vəziyyətindən, siyasi mənsubiyyətindən asılı olmayaq az və ya çox dərəcədə Azərbaycan davası aparan hər kəsin səsi eşidilməli və onlar müdafiə olunmalıdır.

 

 

 

Hüquq Müdafiəçisi Oktay Gülalıyev, Facebook səhifəsindən,

Ulduz, Paris, 08.11.2017

info@avropaninsesi.com

 

 

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email