Print Friendly, PDF & Email

 

 

 

 

 

 

Azərbaycan hakimiyyəti AŞPA və AİHM-ni   Yasamal Məhkəməsilə səhv salıb: Gültəkin Hacıbəyliyə qarşı cinayət xarakterli provokasiya
Bu beynəlxalq cinayət bütün Avropanı silkələyib. Bir hüquqşünas olaraq apardıgım müşühidələrə görə uzun zamandı Gültəkin Hacıbəylinin əleyhnə  törədimiş  belə eyni beynəlxalq xarakterli cinayət faktları, yalnız, Avropa Şurası Parlament Assambleyyasında (AŞPA) deyil,  həm də tez-tez Avroa İnsan Haqları Məhkəməsində (AİHM, Strasburg Məhkəməsi)  də mövcuddur. Guya AİHM-nə şikayət edən zərərçəkmişlər Azərbaycan hakimiyyətindən etdiyi şikayətindən  Gültəkin Hacıbəyli kimi Azərbaycan hakimiyyəti tərəfindən tərtib edilmiş saxta imtina Ərizələri ilə AİHM-nə müraciət ediblər. Hakimiyyət Zərərçəkmişin adından saxta ərizəilə AİHM-nə müraciət etməklə zərərçəkmişəin əleyhinə törətdiyi cinayəti ört-basdır etməyə cəhd edir. Məqsədi ona qarşı tətbiq edilə biləcək beynəlxalq sanksiyaların qarşını almaq istəyir. Azərbaycan hakimiyyəti Yasamal Məhkəməsilə Avropa Məhkəməsini, AŞPA-nı  səhv salıblar…
AŞPA, AİHM və Avropa Birliyinin (AB) hüquqi böhran vəziyyətindədi. Hazırda İngiltərə AB-dən çıxmaq məqsədilə BREXT prosedurasındadı.  AŞPA, AİHM və AB-in ciddi demokratik islahatlara ehtiyacı vardı. Bu kimi beynəlxalq xarakterli korrupsiya cinayəlıərinə real hüquqi qiymət verməlidi, əks halda böhran daha da dərinləşəcək, bu cinayəti törədən cinayətkar şəbəkə məhkəmə məsuliyyətinə cəlb olunmalıdı. Əks təqdirdə bu mötəbər qurumlar Xalqlar arasında öz nüfuzunu itirəcəkdi. Əgər, bu gün AŞPA-ın adından saxta sənədlərlər qəbul edilirsə, Avropa Şurasının üzv dövlətləri tərəfindən AŞPA və AİHM-in qərarları yerinə yetirilmirsə bu böhran daha da dərinləşəcək…
AŞPA -nın bu məruzəsi göstərir ki, hələ də onun tərkibində korrupsiyaya bulaşmış üzvlər fəaliyyət göstərir, hakimiyyətin siyasi sifarişlərini yerinə yetirir. Ciayət məkan etibarı ilə AŞPA katibliyində baş viribsə, onun rəhbərliyiilə hakimiyyət arasında korrupsiya iş birliyi olub.Lakin, sanksiya isə xırda icraçılara Azərbaycan deputatları Elxan Süleymanov və Müslüm Məmmədova tətbiq edilib, cinayətlə heç bir əlaqəsi olmayan Gültəkin Hacıbəyliyə tətbiq edili, elə təsəvvür yaradıblarki, guya Avropa Birliyində hakimiyyətin bütün korrupsiya cinayətlərini Gültəkin Hacəbəyli edib !?
Məqsəd isə hakimiyyətin cinayətini gizlətməkdi.  Bəs hanı cinayətin Təşkilatçısı, Başçısı, Rəhbəri və himayədarları !?
Keçək konkret detallara. AŞPA il yarım bundan öncə korrupsiya ilə bağlı araşdırma başladıb. Araşdırmanın predmeti Azərbaycan hakimiyyətinin 2013-ci ilin 26 yanvar tarixində AŞPA-da müzakirəyə çıxarılan “Azərbaycanda siyasi məhbuslar” adlı qətnamənin qəbulunu əngəlləmək məqsədilə avropalı deputatlara rüşvət paylaması olub. Bu prosesin aktiv icraçıları nümayəndə heyətinin iki keçmiş üzvü – Elxan Süleymanov və Müslüm Məmmədovdur, rüşvəti avropalı deputatlara onlar paylayıb, AŞPA üzvlərinin Azərbaycana səfərini onlar təşkil edib, qurumun keçmiş üzvü, İtaliya nümayəndə heyətinin rəhbəri Luka Volontenin bank hesablarına rüşvəti onlar köçürüblər. Təbii ki, Azərbaycan hakimiyyətinin birbaşa tapşırığı ilə. Araşdırma nəticəsində heç nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı ciddi sanksiya tətbiq edilməyib, o AŞPA-nın vitse-prezidenti seçilib. Bəlli olub ki, Elxan Süleymanov və Müslüm Məmmədovla birlikdə sanksiya siyahısına mən düşmüşəm. Bundan absurd qərar təsəvvür etmirəm və yəqin ki, AŞPA-nın bu qərarı onun kürü sevgisindən hələ qurtula bilməməsinin nəticəsidir.
Görəsən mən hansı suç sahibiyəm ki, Səməd Seyidovun günahını sübuta yetirə bilməyənlər mənə qarşı sanksiya tətbiq edirlər-mənim AŞPA binasına girməyimi yasaqlayırlar?!
Diqqət edin, AŞPA-dan qovulan və bu vurha-vurda yenidən AŞPA-nın vitse-prezidenti seçilən Səməd  Seyidov adı sanksiya siyahısına salınmış keçmiş deputat Gültəkin Hacıbəylinin AŞPA-nın məktubunun Azərbaycan nümayəndə heyəti tərəfindən Gültəkin Hacıbəyliyə çatdırılmaması barədə dediklərinə də münasibət bildirib:
“O parlamentin üzvü deyil axı. Parlament keçmiş deputatlara nəyi və niyə göndərməlidir?
Onun parlamentə aidiyyəti yoxdur”. Daha ətraflı:
http://m.apa.az/az/xarici_siyaset/semed-seyidov-kecmis-deputatlara-qarsi-sanksiyalar-her-hansi-ehemiyyet-kesb-etmir-7469.html
Gültəkin Hacıbəylinin əleyhnə  adam ogrusu və fırıldaqçı Azərbaycan hakimiyyətinin gücündən istifadə edən mütşəkkil cinayətkar şəbəkəsi tərəfindən bilə-bilə beynəlxalq xarakterli agır dövləti cinayət edilib. Cinayətin subyekləri vəzifə səlahiyyətlərindən cinayətkarcasına sui-istifadə edərək qəsdlə bil’-bil’ bu cinayəti ediblər. Bu qanuna zidd əməllər həm beynəlxalq, həm də Azərbaycan cinayət qanunverciliyinə görə agır cinayət hesab edilir. Bir hüquqşünas olaraq bu konkret cinayət faktını heç sübut etməyə ehtiyac da yoxdu, cinayət faktı çılpaqlıgı ilə  ortadı.
AŞPA-nı  səhv qərara sövq etmiş azərbaycanlı rəsmilər haqda prinspial qərar verməlidir. Azərbaycan hakimiyyəti  Milli Şura Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyliyə qarşı hazırladığı təxribat da bumeranq kimi özünü vurdu. Görün bunlar necə saxtakardırlar ki, AŞPA Monitorinq Komitəsinin Gültəkin Hacıbəyliyə çatdırmaq üçün AŞ PA-dakı Azərbaycan nümayəndəliyinə göndərdiyi məktubu ona verməyərək, bu qurumda Gültəkin xanımın guya onların suallarına cavab vermək, AŞPA istintaqına kömək etmək istəmədiyi təəssüratını yaradılblar, halbuki, Gültəkin Hacəbəyli bunları həmən təkzib etdi…
AŞPA-ı  həqiqətləri bildikdən sonra Gültəkin Hacıbəyli haqda yanlış qərarını dəyişəcəyinə heç bir şübhəm yoxdu. Lakin, AŞPA Azərbaycan cəmiyyətinin gözündə o zaman etubarını qazanacaq ki, öz saxtakarlığı ilə AŞPA-nı səhv qərara sövq etmiş Azərbaycanlı hakimiyyətinin  vəzifəli şəxsləri barəsində  prinspial qərar versin, jabelə Azərbaycan hakimiyyətinin  korrupsiyasına qarşı və siyasi məhbusların azad edilməsi üçün daha prinspial qərarlar qəbul etsin. Bütnü bu neqativ hallar Azərbaycan hakimiyyətinə qarşı  Beynəlxalq sanksiyaların qəbul olunmasına səbəb olacaqdır.

Elşad Abdullayevin Facebook səhifəsindən,

Ulduz, Fransa, Paris,01.07.2018

www.avropaninsesi.com

info@avropaninsesi.com