Bu barədə Almaniyada mühacir hyatı yaşayan Əlövsət Əliyev İntegrasiya Mərkəzi Facebook səhofəsində paylaşım edib:
İntegrasiya Mərkəzi
8 июня в 10:59 ·
“Dostlar, Hüquq – Mühafizə Orqanları ölkədə baş verən silahlı qarşıdurmaları, qətlləri, qəsdən adam öldürmələri, cinayətkarlığa qarşı mübarizə adı ilə məhkəməsiz və istintaqsız qətlə yetirilən insanları müxtəlif cinayətkar qruplaşmalarla əlaqələndirir və ya bu cinayətləri onların ayağına yazmaqla ictimai fikrə təsir gösrtərir və ictimai qınaqdan yayınırlar.
“Köləlik dövrünü” yaşayan mətbuatın köməyi ilə hələki buna nail ola bilirlər.
Öldürülən insanları hansısa kriminal qruplaşma ilə əlaqələndirməklə, öldürülən qadınlara əxlaqsız damğası vurmaqla, öldürülən dindara radikal dindardır, həbs olunan siyasi fəala hakimiyyət tənqidçisidir (siyahını xeyli uzatmaq da olar) deməklə, onların əleyhinə cinayət törədənlərə hansısa formada bəraət qazandırır, ictimai qınağı özlərindən uzaqlaçdırırlar.
Bakıda günün günorta çaği baş verən atışmada öldürülən şəxsi kriminal qruplaşmanın üzvü kimi təqdim etməklə və onun barəsində yazılar tirajlatmaqla bu hadisəni təşkil edən və qaçıb gizlənənlərdən asanlıqla diqqəti yayındırmağa nail olurlar.
Bəlkə, cinayətkarlığa qarşı mübarizənin prinsirləri dəyişib!!!…’’

 

 

 

 

 

Print Friendly, PDF & Email