Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

Azərbaycan Qanunlarla deyil, əmirlərlə idarə edilir: 11 aprel 2018-ci il tarixli Prezident seçkisi Konstitusiyaya ziddir ! – Elşad Abdullayev

elshadalawprof@gmail.com

Avropada belə bir ictima fikir formalaşıb ki, Azərbaycan Konstitusiya və Qanunlarla deyil, Siyasi qərarlarla-inzibati qərarlarla (qanunqüvvəli aktlarla) iadarə olunur. Bu isə ölkədə Qanun aliliyi prinsipinin kobud şəkildə pozulmasıdır.

Belə inzibati aktlardan biri də Azərbaycan diktatoru  İlham Əliyevin fevralın 5-də sərəncam verərək, aprelin 11-nə növbədənkənar prezident seçkisi təyin etməsi haqqında qanunqüvvəli aktıdır. Bu isə bir daha təsdiq edir ki, Azərbaycan Qanunlarla deyil,  əmirərlə idarə olunur. Bu  inzibati-amirlik  norması Qanun aliliyi prinsipinin pozulmasıdır.

Bu isə bir daha təsdiq eir ki, dünyanın ən qəddar despotik diktatoru İlham Əliyev və yaxın ətrafı Azərbaycan xalqına məxsus olan hakimiyyəti növbəti dəfə zəbt etmək istəyir.  Ölkədə növbədənkənar prezident seçkisinin keçirilə biləcəyi haqda buna qədər heç bir rəsmi açıqlama olmayıb, bu barədə qərar hər hansı müzakirə keçirilmədən, hətta parlamentin müstəsna səlahiyyətinə aid olan bu məsələ  Milli Məclisdə belə müzakirə olmadan  və hakimiyyət komandasının da xəbəri olmadan qəbul edilib. Belə anlaşılır ki, prezident seçkisi kimi ölkə üçün taleyüklü bir məsələ barəsində İlham Əliyev təkbaşına qərar verib. Hətta, 2016-cı ilin sentyabrında Konstitusiyaya edilən mürtəce dəyişiklik ölkə başçısına növbədənkənar prezident seçkisi elan etmək hüququ versə də, ölkədə bunu zəruri edən hansısa vəziyyət müşahidə olunmur. Təsadüfi deyil ki, bu ilin oktyabrında keçirilməli olan seçkinin nəyə görə 6 ay irəli çəkildiyinə dair ağlabatan əsaslı bir rəsmi izahat da verilmir.

Prezidntin köməkçisi Əli Həsənov əsasız arqumentlər bildirib ki, bu ilin martın 31-də azərbaycanlıların soyqırımını 100 illiyi, mayın 10-da ümummilli lider Heydər Əliyevin 95 illiyi, mayın 28-də isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq. O, bir neçə mühüm tədbirlərin seçkilərin vaxtının önə çəkilməsini guya zəruri etdiyini vurğulayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktların : 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) Prezidentin fərmanları; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları arasındakı qarşılıqlı əlaqəsini təsbit edib. Bu Konstitussiya normasında  qanun aliliyi prinsipini müəyyən edib.  Azərbaycan Respublikasının Konstitusiyası və qanunları üstün və aili hüquqi qüvvəyə malik olmasını təsbit edir. Yəni, Qanun allidir və onu digər dövlət idarəetmə aktları ilə pozmaq cinayət, inzibati və mülki hüquq pozuntusu hesab edilir.

Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin lV bənd Preidentin fərmanları ilə Konstitusiya və Qanunlar arasındakı qarşılıqlı əlaqənin dəqiq sərhəddini  müəyən edib:

“IV. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız,  dərc edilmiş fərmanların tətbiqi və icras bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.”

Qeyd etmək lazımdır ki,  Qanunqüvvəli aktlar – Konstitussiya və qanunlara uygun olaraq onların tələblərini  icra etmək məqəsdilə qəbul edilən konkret normativ hüquq aktıdır. Bir şərtə ki, Konstitisiyan və Qanunun prinsiplrinə zidd olmamlıdır.

Konstitusiya və qanunlar icra hakimiyyətinin idarəetmə aktları – “qanun qüvvəli aktları” (“inzibati aktlar”, “icra aktları”) vasitəsilə həyata keçirilir və bu zaman üstün hüquqi qüvvəyə malik olan Qanun normalarının prinsipləri   pozulmamalıdır  və onun konkret tələbləri  həyata keçirilməlidir.

Azərbaycan Respublikası Prezidentinin fərmanları,  Azərbaycan Respublikası Nazirlər Kabinetinın qərarları,  Mərkəzi icra hakimiyyəti orqanlarının aktları – Mərkəzi Seçki Komissiyasının qərarları  qanun qüvvəli aktlardır:

1-si, Hüquqi mənada, bir sıra  fərqli xüsusiyyətləinə görə  Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan  Konstitusiya və Qanunlar qanunqüvvəli aktlara münasibətdə ali hüquqi qüvvəyə malik olduqlarına görə   onlardan fərqlənirlər. Bu səbəbdən də qanun qüvvəli aktlar Qanun aliliyi prinsipinə zidd olmamlıdır və onun konkret tələblərini icra etməlidir. Əks təqdirdə,  Qanunun aliliyi prinsipinin pozulmasına səbəb olur.

2-si, Konstitussiya və Qanunu qanunqüvvəli aktlardan  fərqləndirən başlıca səbəb  onların qəbul edilmə prosedurasındadır. Qanunun   qəbul edilməsi,  yalnız  Azərbaycan Respublikası Parlamentinin  müstəsna səlahiyyətinə  daxildir.

3-si, Konstitusiya və Qanunlar  ən üstün Ali hüquqi qüvvəyə malik  olması o deməkdir ki, Qanun, qanunvericilik  qaydasında, yalnız onu onu qəbul edən  Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ləgv oluna bilinər.

4-si, Prezident hakimiyyùtinin Qanunqüvvəli  aktlarından fərqli olaraq Konstitussiya və Qanunlar daha umumiləşdirilmiş  mühüm ictimai münasibətləri nizama salır.

 Konstitusiya görə Azərbaycanda  respublika üsül – idarəsinə malik olan ölkəmiz son 25 il ərzində tarixin təkərini geri çəkrək bir ailə tərəfindən idarə olunan despotik diktatorluga çevrilib. Hələ sovetlər dönəmində 18 il (1969-1987) kommunist Azərbaycanına rəhbərlik edən ata Əliyevin yeni dönəmdəki 10 illik (1993-2003) hakimiyyətindən sonra taxta çıxan oğul İlham Əliyev 2003-cü ildən etibarən ölkəmizi qəddar avtoritar formada idarə edir. Hələ nəzərə alsaq ki, sovet dönəmində keçmiş SSİ-ni DTK (KQB) idarə etdiyi dövrdə  İlham Əliyevin atası Heydər Əliyev 1959-1969-cu illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri  vzifəsind oldugu müddətdən hesablansa artıq 59-cu ildir ki, Konstitusisiyaya görə Azərbaycan xalqına məxsus olan dövlət hakimiyyəti bir ovuc adam tərəfindən ogurlanıb.  Ölkədə kriminalaşmış idraəetmə sistemi formalaşıb. Mahir Abdullayevin ogurlanması cinayəti kimi minlərlə  günahsız azərbaycan vətədaşları ogurlanıb.

Normal ölkələrdə demokratiyanın qarantı Prezidentdir. Artıq 60 ilə yaxındır ki, bir ailə Azərbaycanda despotik diktatura hakimiyyəti yaradıb. Bu bütün dünyaya bəllidir. Müqasiyə üçün bildirmək stəyirəm ki, Fransada hər 5 ildən bir yeni bir Prezdent seçolir, son illər, Fransanın prezidenti Nikola Sarkozini, Fransua Holland əvəz etdi. Onlardan sonra, hazırda Fransanının yeni prezidenti  39 yaşlı  , ekonmika professoru Emmanuel Makrondur. Prezidentlərin hər 5 ildən bir yenidən seçilməsi Fransanı dünyanın ən demokratk ölkəsinə çevirib. Bu səbəbdədə Fransız xalqı xşbəxt yaşayı, lakin 60 illik əliyev rejiminə görə Azərbaycan xalqı bədbəxtdir…

Paris Məhkəməsi 27 noyabr 2017-ci il tarixli Məhkəmə hökmü ilə “Azərbaycanı hakimiyyətini dikatatura, İlham Əliyevi isə dünyanın ən qəddar despotik diktatoru olması haqqında”  hüquqi-siyasi “Verdikt” qəbul etmişdir. Bundan öncədə 2012-c ildə ABŞ Konqresi və 2015-ci ildə AŞPA belə saanksiyalar müəyyən edib.  

Azərbaycan bir ailə tərəfindən inzibti-amirlik metou ilə amansızlıqla idarə edilir.Azərbaycan diktatoru İlham Əliyevin hakimiyyəti dövründə minlərlə günahsız vətəndaşımız siyasi məhbus taleyi yaşamışdır. Bu gün də ölkəmizdə beynəlxlaq hüquq müdafiə təşkilatları tərəfindən tanınan 160-dan çox siyasi məhbus vardır, hələ bir o qədərdə qeyd olunmayıb.

 Müstəqil  fikirli vətəndaşlarımız adi insan hüquqlarından məhrum edilir, onlara əmək hüquqları, təhlükəsiz yaşamaq, ədalətli mühakimə olunmaq və azadlıq hüquqları tanınmır, onlar əliyev rejimi tərəfindən öz vətənlərini tərk etməyə məcbur edilirlər.

Ölkəmizdə son 25 ildə keçirilmiş bütün parlament, bələdiyyə və prezident seçkilərinin və o cümlədən, bütün referendumların nəticələri saxtalaşdırılmış və bu fakt ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmişdir. Azərbaycan Respublikası rəhbərlərinin məşhur 90 milyonluq “Dubay villaları’’,  “kürü diplomatiyası”, “Panama kağızları” və “3 milyardlıq rüşvət”  v’ s. beynəlxalq  qalmaqalları da bütün dünyayanı sarsıdıb  və heyrətə gətirib.

Belə bir şəraitdə, İlham Əliyev artıq dördüncü dəfə prezident vəzifəsini zəbt etmək üçün 11 aprel 2018-ci il tarixə yeni növbədənkənar prezident seçkisi elan edib.

Əliyevlər ailəsi hakimiyyəti əldə saxlamaq üçün ölkədə 3 dəfə saxta referendum keçirmiş və ölkə Konstitusiyasını özlərinin arzu və istəklərinə uyğunlaşdırmışdırlar.

2009-cü il tarixli saxta referendumla İlham Əliyev Konstitusiya ilə özünün ömürlük prezident olmasını təmin etmiş, “bir şəxsin iki dəfədən artıq prezident seçilməsinin qadağan edilməsi” barədə müddəanı Konstitusiyadan çıxartdırmışdır.

26 sentyabr 2016-cı ildə keçirilən son referendumla isə İlham Əliyev bir sıra digər əlavə imtiyazlarla yanaşı, həm də, heç bir səbəb göstərmədən, özü üçün “növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilmək hüququ” tanımışdır.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, “Prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur.”

Bu qanuna görə isə, Azərbaycanda növbəti prezident seçkisi 17 oktyabr 2018-ci ildə keçirilməlidir.

İlham Əliyev isə saxta referendumla mənimsədiyi səlahiyyətlərdən istifadə edərək, heç bir səbəb göstərmədən elan etdiyi qəfil prezident seçkiləri ilə özünü yenə də həmin saxta referendumla müəyyən edilən növbəti 7 illik dövr üçün prezident elan etmək istəməsi 9.8 milyonluq Azərbaycan xalqının faciəsidir.

11 aprel 2018-ci il tarixli prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasını və bu saxta nəticələrin elan edilməsini gözləmədən, Azərbaycan Respublikasında elan edilmiş növbədənkənar prezident seçkilərinin dərhal durdurulmasını, normal seçki mühitinin yaradılmasını və seçkini keçirəcək orqanların – Mərkəzi Seçki Komissiyasının (MSK), dairə seçki komissiyalarının (DSK) və yerli məntəqə seçki komissiyalarının (MnSK) paritet əsaslarla formalaşdırılmasını və seçkini beynəlxalq təşkilatların bilavasitə iştirakı ilə keçirilməsini Azərbaycan Respublikası Prezidenti İlham Əliyevdən və Azərbaycanın taleyinə cavabdeh olan bütün şəxslərdən tələb edirik !!!

İmza: Elşad Abdullayev

elshadalawprof@gmail.com

Tel:   +33 651 44 95 04