Print Friendly, PDF & Email

 

 

 

Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyə iddialı  İlqar Altay MSK-nı qanun pozuntusuna görə məhkəməyə verməsi haqqında Ərizəsini Avropaninsesi.com saytına müraciət etdi…

 

İctimai Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, Hüquq doktoru İlqar Altayı

salamalta@yahoo.com

Azərbaycan Respublikası Bakı Aellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına

Bakı şəhəri Zahid Xəlilov küçsəsi, 540-cı kvartal

İnzibati iddiaçı: Azərbaycan Respublikası növbədənkənar 11 aprel 2018-ci il Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyə iddialı Məmmədov İlqar Əli oğlu (İlqar Altay), Azərbaycan Resublikası, Şəmkir rayonu, Zəyəm qəsəbəsi, ünvan Bakı ş,, M. Hüseyn küç. 47

İnzibati cavabdeh: Azərbaycan Resublikası Mərkəzi Seçki Komissiyası, MSK sədri Pənahov Məzahir Məhəmməd oğlu
Bakı – Azərbaycan AZ 1115, S.S. Axundov 7

Maraqlı şəxs: Azərbaycan Resublikası Prezidentliyinə namizəd (hazırda Azərbaycan Resublikasının Prezidenti) Əliyev İlham Heydər oğlu

 

 Ə R İ Z Ə

AZƏRBAYCAN RESUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ 11 APREL 2018-Cİ İL TARİXDƏ NÖVBƏDƏNKƏNAR AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ SEÇKİLƏRİ KEÇİRİLMƏSİ İLƏ BAĞLI 06 FEVRAL 2018-Cİ İL TARİXLİ  QƏRARININ LƏGVİ BARƏDƏ

«06» fevral 2018-ci il tarixli qərarı ilə Mərkəzi Seçki Komissiyası 11 aprel 2018ci il tarixdə  növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini təyin etmişdir. Ancaq, MSK-nın belə bir qərar verməyə aşağıdakı hallarla əlaqədar əsası və ixtiyarı yoxdur.

  • Mərkəzi Seçki Komissiyası 6 fevral 2018ci il tarixli Növbədənkənar seçkilərin təyini qərarında öz müstəqil ali qürum və düşünmə səlahiyyətini kənara qoyub avtomatik, prezidentin bu barədəki 5 fevral 2018ci il tarixli sərəncamı və Azırbaycan Resublikasının Seçki Məcəlləsinin 179.2 maddəsinə istinad etməkdə səhv və qanunsuz addım atıb.
  • Çünki, bu maddə Konstitusiya və Seçki Məcəlləsi təqviminə uygun növbəli seçkilərin tənzimi üçün nəzərdə tutulub, növbəsiz seçkilər üçün yox. O mənada ki, bu növbədənkənar seçki təyini qərarı ilə yeni seçki tarixi də müəyyən olunmuş olur və yeni fərqli seçki elanı ilə startı günü arasında cəmisi 5 iş günü müddət qalmış olur.
  • Seçkilərin Konstitusiya və Seçki Məcəlləsində göstərilən 17 oktyabr 2018-ci il tarixində keçirilməsini öncədən bilən prezidentliyə namizədliyə iddialılar üçün seçki təyini və bir həftə sonrakı start problem deyildi. Çünki seçki tarixi əvvəlcədən məlumdur və təyin (2 ay 7 gün əvvəl) gününü də təxmin edirlər. Ancaq, qəflətən seçki tarixinin dəyişməsi  və ardınca da, 5 gündən sonra seçki marafonuna start verməsi ilə MSK namizədliyə iddialıların hüquqlarını kobud pozub.
  • O mənada ki, onlar məzuniyyətdə, ezamiyyətdə, xəstəxanada müalicədə, uzaq xaricdə ola bilmələri ilə fiziki çatdıra bilməzlər seçkinin yeni tarixini qəflətən eşidib. Bəzi namizədliyə iddialılar seçki kampaniyası üçün təqvim üzrə olacaq oktyabr seçkilərindən bir qədər öncəyə maddi imkanlarını toparlanmq və başqa imkanlarını səfərbər etmək fikrində olardı. Hesab edirəm ki, MSK bu reallıqları nəzərə alıb, Prezident və Konstitusiya Məhkəməsi ilə məsləhətləşib seçkiləri heç olmasa ən tezi 2-3 ay sonraya, iyun- iyul dövrünə təyin etməli idi.
  • Bu mənada mənim də Konstitusiya üzrə seçilmə-passiv seçki hüququ olan vətəndaş, ötən 2013-cü il prezident seçkilərində namizədliyə iddialı kimi MSK tərəfindən qeydiyyata alınan ictimai təşkilat rəhbəri, tanınmış ictimai aktiv şəxs, elmi dərəcəli hüquqşünas kimi hüququm pozulub. Namizədliyə iddialı olmağımın mətbuatda təsdiqi:
  • http://qafqazinfo.az/news/detail/daha-bir-sexs-prezidentliye-iddiasini-aciqladi-210562
  • http://news12.az/siyaset/422-lqar-altay-da-prezidentliy-namizd-oldu.html…….
  • https://www.meydan.tv/az/site/news/27391/
  • Normal təqvim zamanında keçiriləcək seçkilərin vaxtının qəflətən dəyişildiyi dovrdə xaricdə müalicədə olmuşam, klinikalarda əməliyyat qabağı müayinə zamanı bu xəbəri eşitmişəm. Rəhbərlik etdiyim İctimai Tədqiqatlar Mərkəzi İcyimai Birliyi tələsik seçkilərdə iştirakıma qərar versə və mətbuatda mənim seçkilərdə iştirakım barədə məlumatlar yayılsa və ölkəyə qayıdıb seçki marafonuna qoşulmağa cəhd etsəm də, fiziki cəhətdən bu mümkün olmayıb. Və seçki marafonu startı vaxtını itirmişəm. Seçki öz vaxtında keçirilsəydi və ya ən azı 2-3 ay öncədən start vaxtı məlum olsaydı cərrahi əməliyyatımın təyin vaxtını da uygunlaşdırardım.
  • Bu cür qəfil seytnot yaradan növbədənkənar seçki təşkili və MSK-nın da buna razılıq qərarı istər siyasi müxalifətdən, istərsə də mənim kimi çox namizədləri haqsız və qanunsuz olaraq seçkilərdən kənarda qoyub
  • Bundan başqa, MSK müstəqil ali seçki orqanı (həmçinin prezident seçkisini aparan) olaraq prezidentin növbədənkənar seçki təyini sərəncamını araşdırmadan, onun qanuniliyini, bu sərəncamla prezident seçkisi aparmaq mümkünlüyünü dəqiq müəyyən etmədən avtomatik olaraq sərəncamın ertəsi günü, sanki prezident icraçısı kimi təcili qərar qəbul edib.
  • Halbuki Prezident sərəncamının istinad edildiyi Konstitusiyanın 101-ci maddəsinin 1-ci bəndinin “Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər” ikinci cümləsi ilə, belə bir fövqəladə və dövlət-xalq əhəmiyyətli növbədənkənar tədbir üçün konkret hüquqi əsas və səbəb göstərilmir ki, hansı halda, əsasda keçirilə bilər. Konstitusiyanın başqa heç bir yerində də bu göstərilmir. Amma mütləq göstərilməli idi.
  • Necə ki, bu Konstitusiyanın 105.1-ci maddəsində növbədənkənar prezident seçkilərinin keçirilməsinə konkret səbəb göstərilir: “Prezident vaxtından əvvəl vəzifədən getdikdə… istefa verdikdə, səhhəti çökdükdə və ya cinayət etdikdə”. Və necə ki, dünyadakı bütün dovlətlərdə bu cür fövqəladə növbədənkənar seçkilər üçün konkret qanuni əsaslar olduğu var.
  • MSK nəzərə almayıb ki Seçki Məcəlləsinin 178.2. bəndinə görə Seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə elan edilir Ancaq seçki günü prezident sərərəncamı tərəfindən müəyyən edilib və bu da qanuna uygun deyil.
  • MSK novbədənkənar seçkilərin təyini və keçirilməsini əsassız edən Konstitusiya və Seçki Məcəlləsindəki bütün bu boşluqlar barədə Prezidenti və Konstitusiya Məhkəməsini məlumatlandırmalı idi və KM isə məsələyə baxıb ozünün şərhini və izahını verməli idi
  • Bundan başqa MSK növbədənkənar seçkilərin təyinindən 20 gündən çox keçməsinə baxmayaraq xalqın seçkisinin tarixinin 6 ay dəyişikliyinin, fövqəladə qəfləti növbəsiz seçki təyininin səbəblərinin xalq, cəmiyyət üçün naməlum sirli qalmasına əhəmiyyət verməyib. Nə Prezidentin xalqa müraciəti ilə, nə Konstitusiya Məhkəməsi, nə Prezidentin sözçüsü və ya digər ali hakimiyyət rəsmilərinin bəyanatı ilə seçici və seçilənlərə bu qəfləti dəyişiklik əsasları, səbəbləri rəsmi açıqlanmayıb. Bu isə bu seçkilər ətrafında müxtəlif nigarançılıq və qaranlıq müəmmalar yaratmaqla aktiv və passiv hüquqlu vətəndaşların, seçən və seçilənlərin seçki əhvalını, ruhunu, iradəsini məhv edir.
  • Və o cümlədən də namizədliyə iddialı şəxs kimi mənim də seçilmə hüququm.ozulub. Bu seçkilər xalqa məxsusdur, heç bir şəxsə yox və dövlət ya istintaq sirri deyil.. Ona gorə də, xalq, seçki hüquqlu vətəndaşlar bilməlidirlər ki, onların bu 5 il gozlədikləri mühüm həyati əhəmiyyətli seçki tədbirinin belə kəskin yerindən oynadılmasının səbəbi nədir.

Beləliklə:

Seçki Məcəlləsinin 13 maddə 1-ci bəndi: … Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş Prezidentliyə, deputatlığa, bələdiyyə üzvlüyünə namizədlər üçün irəli sürülən tələblərə cavab verdikdə, Milli Məclisin deputatı, Prezident, bələdiyyə üzvü seçilmək hüququ — passiv seçki hüququ vardır.

SM-nin17-ci maddə 3cü bəndi: Bu Məcəllə ilə müəyyənləşdirilmiş səlahiyyətləri daxilində seçki (referendum) komissiyaları seçkilərin (referendumun) hazırlanmasında və keçirilməsində dövlət hakimiyyəti orqanlarından… asılı deyildirlər; onların və vəzifəli şəxslərinin seçki (referendum) komissiyalarının fəaliyyətinə müdaxilə etməsinə yol verilmir. 

SM-nin 17-ci maddəsində Seçki komissiyalarının vəzifəsinə aid maddələr………………………………..

Seçki Məcəlləsinin Ümumi Hissəsinin 3-cü maddəsi: İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır.

 

Azərbaycan Resublikası Konstitusiyasının 1-ci maddəsinin 1-ci bəndində deyilir: Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Həmin maddənin 2-ci bəndində deyilir:  Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir.

Konstitusiyanın 2-ci  maddəsinin 2-ci bəndində deyilir: Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsi ilə həyata keçirir

Konstitusiyanın 6-cı maddəsinin müvafiq bəndlərində deyilir: I. Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. II. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.

Konstitusiyanın 26-cı maddəsinin 1-ci bəndində deyilir: I. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.

 

 Beləliklə, MSK növbədənkənar prezident seçkiləri barədə Prezident sərəncamının əsassız olduğunu, Konstitusiyada və Seçki Məcəlləsində bu seçkilər üçün əsas və səbəblərin olmadığını, seçki keçirilməsi üçün seçkilərin yeri və müddətinin normal təqvim vaxtından qəflətən dəyişdirilib 6 ay qabağa çəkilməsinin xalqa, seçən və seçilən vətəndaşlara izah edilməyib qaranlıq sirr olaraq saxlanması kimi seçki keçirilməsini mümkünsüz edən faktları  nəzərə almadan seçkilərə start verməklə Konstitusiyanı və seçki qanununu pozub.

 

MSK-nın bu əsassız və qanunsuz qərarı ilə nəinki passiv hüququ olan seçilənlərin, həm də xalqın seçici çoxluğunun iradəsinin qapanması ilə hüquqları pozulmuş olur.  

 

Bu gedişatla bu cür qanunsuz əsaslarda qeyri-legitim seçki keçirilməsinin motivində hakimiyyətin qanunsuz mənimsənilməsi durmasının müəyyən olunduğu halda, bu pozuntu əməlində MSK-nın da payının, iştirakının sübut oluna bilməsi şübhəsizdir.

 

Beləliklə, MSK öz qərarında Seçki Məcəlləsinin 179.2 növbəli seçkilərə uygun maddəsinə əlavə olunmuş “Konstitusiyanın 101. 1 maddəsindəki növbədənkənar prezident seçkiləri keçirilməsi” ikinci cümləsinin tətbiqi üçün Konstitusiyada əsas və səbəblər olmadığını gözdən qaçıraraq inzibati hərəkətsizlik pozuntusuna yol vermişdir. Halbuki dövlətin müstəqil ali seçki orqanı olaraq seçki təyini qərarı verməkdən öncə prezident və Konstitusiya Məhkəməsi ilə Konstitusiyadakı bu mühüm həlledici boşluğu aydınlaşdırıb qanuni hala salınmasından sonra seçki qərarı verməli idi. 

 

Bununla da MSK   SM-nin 26.3.1 “Prezident seçkilərinin SM-nə uygun keçirilməsini təmin edir  və 26.3.5. “prezidentliyə namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edir”…. 17.6.2 qanun çərçivəsində hər bir siyasi partiyaya, referendum üzrə təşviqat qrupuna, namizədə, seçiciyə və seçki (referendum) kampaniyasının digər iştirakçılarına ədalətli və bərabər münasibət bəsləməlidirlər;..

 

maddələrini kobud surətdə pozmaqla mənim də namizədliyə iddialı vətəndaş kimi seçki hüququmu pozmuşdur. 

 

MSK belə bir qanunsuz və əsassız qərarı, Prezidentin növbədənkənar seçkilərin keçirilməsi sərəncamını heç bir müstəqil düşüncə və hərəkət ortaya qoymadan olduğu kimi təsdiq etməsi deməkdir. Bu da onu göstərir ki, MSK-nın əsassız və qanunsuz qərarında əsas motiv Prezident İlham Əliyevin iradəsinin əksinə getməmək və onun növbədənkənar seçkilərdə namizədlərdən birisi olaraq bu seçkiləri keçirmək kimi özündən başqa heç kimə məlum olmayan sirrli maraq və məqsədini təmin etmək olmuşdur.      

 

Belə bir bir vəziyyətdə Mərkəzi Seçki Komissiyasının Növbədənkənar Prezident Seçkiləri keçirilməsi barədəki 06 fevral 2018ci il tarixli qərarı qanunsuz hesab edilib ləgv olunmalıdır.

 

Göstərilənlərə əsaslanaraq,

 

XAHİŞ  EDİRƏM

  1. Mərkəzi Seçki Komissiyasının 11 aprel 2018-ci il tarixdə növbədənkənar Azərbaycan Resublikası Prezidenti seçkiləri keçirilməsi haqqında 06 fevral 2018-ci il tarixli qərarını prezidentliyə namizəd (və movcud Prezident) İlham Heydər oğlu Əliyevin maraqlarına uygun nəzərdə tutulmaqla qanunsuz hesab edərək ləğv edəsiniz .
  2. Mərkəzi Seçki Komissiyasının hazırkı növbədənkənar seçkiləri dayandırıb, bu cür seçkiləri keçirmək üçün Konstitusiya və Seçki Məcəlləsindəki qanunvericilikdə olan bütün boşluqların düzəldilməsi və qanuni əsaslar yaranmasınadək təxirə salması barədə qərar verəsiniz.

 

27 fevral 2018-ci il.

İlqar Məmmədov (İlqar Altay)

 

Ulduz, Paris, 22.02.2018

info@avropaninsesi.com