Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubovun (“Baron”) aglasıgmaz biznes şəbəkəsi 
Ökədə ən çox kapitala malik generalın gizlinləri
Azərbaycan mediasında ölkəmizdə PKK uzantıları haqda dəfələrlə yazılıb. Həmin yazılarda prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun da bu sıraya aid olduğu və onun “Baron” ləqəbi ilə
tanındığı bildirilib. Adının çəkilməsini istəməyən oxucularımızdan biri
B.Əyyubovun biznes şəbəkəsi ilə bağlı geniş məlumatlarla cumhuriyyet.az-a müraciət
edib. Maraq doğuracağını nəzərə alaraq oxucumuzun bizə təqdim etdiyi məlumatları
ümumiləşdirərək diqqətinizə çatdırırıq.
İlk öncə onu qeyd edək ki, Azərbaycan oliqarxiyasının ən
parlaq simalarından biri olan Bəylər Əyyubov kifayət qədər kapital toplaya
bilib və hakimiyyətdəki nüfuzuna və təsir imkanlarına görə hakim siyasi elitada
ilk beşlikdə yer alır. Kapital toplamasına və nüfuz dairəsini genişləndirməyə şərait
yaradan amillər sırasında sözsüz ki, onun hakim ailəyə yaxınlığı az rol
oynamayıb. Bu səbəbdəndir ki, Əyyubov soxsaylı daşınmaz əmlaklara və geniş
biznes şəbəkəsinə sahib olub.
General dövlət əmlakının özəlləşdirilməsi zamanı əlindəki
siyasi rıçaqlardan istifadə etməklə çoxsaylı orta və iri müəssisələri nəzarətinə
keçirib. Dövlət qulluğunda çalışan şəxs üçün xoşagəlməz problemlər yarada biləcəyindən
B.Əyyubov təbii ki, bu biznes strukturlarını öz adına rəsmiləşdirməyib. Bizə təqdim
olunan məlumatlarda o da göstərilir ki, bu strukturların böyük əksəriyyəti Açıq
tipli Səhmdar Cəmiyyət (ASC) kimi fəaliyyət göstərir.
Profilinə görə, general Əyyubovun səhmdar cəmiyyətləri
müxtəlifdir. Aralarında mehmanxana da var, nəqliyyat, tikinti, sənaye, balıqçılıq,
şərabçılıq müəssisələri də.
Maraqlıdır ki, generala aid olduğu bildirilən müəssisələrin
bir hissəsi fəaliyyət göstərmir. Amma bu, o demək deyil ki, B. Əyyubov bura
boş-boşuna əl qoyub. Məsələn, tikintisinə yeni başlanan Beynəlxalq dəniz
limanının yaxınlığında yerləşən Qaradağ rayonundakı В«Ələt Avtobus TəmiriВ» ASC
ilk baxışda uğursuz proyekt təsiri bağışlaya bilər. Amma nəzərə alsaq ki, Ələt
qəsəbəsində Azad İqtidasi zonanın yaradılması dövrü üçün nəzərdə tutulub onda
strateji iqtisadi məqsədlər aydınlaşar. Yəni, bu gün bu ASC heç bir gəlir gətirməsə
də, əslində böyük prespektivlər vəd edir. Bu səhmdar cəmiyyətinin ərazisində
bir neçə sənaye müəssisəsi yerləşə bilər.
B.Əyyubova aid olan Mərdəkan broyler fabriki barədə də
ciddi planlar var. 1998-ci ildə özəlləşdirildikdən sonra fasiləsiz olaraq fəaliyyət
göstərən və istehsal həcmlərini artıran В«Mərdəkan BroylerВ» ASC 2008-ci ildə fəaliyyətini
dayandırdı. Müəssisə faktiki olaraq müflislik həddinə gətirildi. 10 il ərzində
səhmdarlar bu fabrikdən bir manat nədir, heç bir toyuq budu da görmədilər. Yüzlərlə
hektar torpaq sahəsi olan bu fabrik barədə indi yeni planlar qurulur. Ümumi
yığıncaqlar keçirilmədiyinə görə, digər səhmdarların bu planların mahiyyətindən
xəbərləri yoxdur. Ümumiyyətlə, Əyyubova aid səhmdar cəmiyyətlərdə bu plan
tez-tez işə salınır. Sahib olduğu ASC-lərin səhmlərinə münasibətdə B.Əyyubov qərb
birjalarında brokerlərin istifadə etdikləri terminlə desək В«ayıВ» kimi davranır.
Yəni, o, səhmləri toplamır, O, əllərindəki səhmlərdən gəlir götürməyən səhmdarları
onlardan yaxa qurtarmağa məcbur edir. Digər özəllik isə odur ki, Bəylər Əyyubov
adətən özəlləşdirmə zamanı səhmlərin 90%-dən çoxunu ələ keçirməyə üstünlük
verir.
Oxucumuzun təqdim etdiyi məlumatlar sırasında daha çox
maraq doğuran isə Əyyubovun biznes strukturlarının adlarıdır. Beləliklə,
aşağıda general Bəylər Əyyubovun malik olduöu səhmdar cəmiyytələrin bir
qisminin sıyahısını açıqlayırıq.
В«Bakı Dəniz Balıq LimanıВ» (В«Hövsan Balıq KonservВ», В«Bakı
Dəniz Balıq LimanıВ» və В«Soyuducu DonanmaВ» ASC-lərin birləşməsi nəticəsində
yaranıb); В«Xanlar AqrosənayeВ»; В«Mərdəkan BroylerВ»; В«Ələt Avtobus TəmiriВ»; В«DərnəgültikintisənayeВ»;
В«BakqazmaşВ»; В«Bakı YoltexnikatəmirВ»; В«Cənub; В«AygünВ»; В«Bakı Yol Tikinti-1В»;
В«Ceyranbatan Körpü KonstruksiyalarıВ»; В«QalaВ» (keçmiş
Metallurgiya Nəqliyyat ASC); В«Şirvan MehmanxanaВ»; В«Salyan TaxılВ»; В«Ekspress
İnşaatВ».
Prezidentin şəxsi mühafizə xidmətinin rəisi, general
B.Əyyubovun eks-prezident Heydər Əliyevin ən sadiq adamı olması onun mövqelərinin
güclü olmasında və sərvətinin artmasında əsas rol oynayıb. B.Əyyubovun əsas gəlir
mənbələrindən biri kənd təsərrüfatı sahəsidir. Bu gün Əyyubov kənd təsərrüfatı,
heyvandarlıq sektorunun 50 faizindən çox hissəsinə sahiblik edir. Əsasən
Goranboy, Daşkəsən, Gəncə, Xanlar, Ağcabədi və Xızıda fəaliyyətini quran
general heyvandarlıq, broylerlər, hətta gül və tərəvəz parniklərinə sahibdir.
Əyyubov yeganə generaldır ki, ölkədə ciddi məmur və
deputat korpusuna malikdir. Bu isə biznes şəbəkəsinin yaradılması üçün ciddi
faktordur. Məlumdur ki, bu gün ölkədə pul kütləsi məmurların əlindədir və daha
çox məmur korpusuna malik olan da sərvət sahibi hesab olunur. Buna görə
Əyyubovun biznes imkanlarından biri kimi bu da nəzərdə saxlanılmalıdır.
B.Əyyubovun biznes imkanlarını genişləndirməsinin başqa
bir tərəfinin isə Azərbaycana gətirilən bəzi məhsulların monopoliyasını
yaratmasıdır. Sirr deyil ki, kilosu 15-20 qəpiyə olan və Bakıda 2 manatdan
aşağı olmayan banan tam monopoliyadır. Generalın banandan başqa nəzarətdə
saxladığı digər sahə tikinti materiallarıdır. Əsasən sement, armatur bazarında
ciddi çəkiyə malik olan generalın şirkətləri tikinti bumu zamanı sərvətin daha
da şişməsinə nail oldular. Əyyubovun yol və körpü inşasında da mühüm rolu
danılmazdır.
B.Əyyubov neft və neft məhsullarının realizəsində də
ciddi təsir imkanlarına malikdir. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq
Abdullayevin Əyyubovun himayəsində olması, Gürcüstanda benzindoldurma məntəqələrinin
yaradılması məsələsi, mazut satışının pərakəndə həyata keçirilməsi generalın
biznes şəbəkəsinin tərkib hissəsidir.
Generalın digər qazanc mənbəyinin şadlıq evləri, turist
bazaları olması da diqqətə çatdırılır. Onların ən avanqardı kimi В«Ay işığıВ»
restoranlar şəbəkəsi göstərilir. Gəncə və Daşkəsəndə də generalın xüsusi
istirahət obyektləri var. Əyyubovun sərvət sahibi olmasının diqqətdən bu günə qədər
kənarda qalmasının isə tək səbəbi var. O, digər məmurların monopoliyasına
müdaxilə etmədən, siyasi proseslərə qatılmadan addım atır.
Fərid Abdullayev, Cumhuriyyet.az .  https://www.cumhuriyyet.net/sonxeber/13508-beyler-eyyubovun-biznes-shebekesi.html
Print Friendly, PDF & Email