Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

Bu gün Parisdə Azərbaycanın Fövqaladə və Səlahiyyətli Səfirliyi qarşısında Avropada yaşayan Azərbaycanlılar etiraz mitinqi keçiriblər, 02.02.2018.

Mitinq iştirakçıları prezidentə müracət etdilər…

 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə !

Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevə!

 

Ş  i  k  a  y  ə  t

 

Mən, Fransada mühacir həyatı yaşayan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Məzunu Rəşad Gurbanovun media və sosial şəbəkə üzərindən yazılarıma görə valideyinlərimin və yaxın qohumlarımın Polis-DTX tərəfindən təqib olunmasına son qoyulmasını  tələb edirəm !

Avropa və Azərbaycanda müstəqil fikirli Vətəndaşlarımızın azad fikirli çıxışlarına görə yaxın qohumlarının həbs olunması praktikasına son qoyulmasını tələb edirik!

Azərbaycan Respublikası Konstitussiyasına görə valıdeyin və yaxın qohumları övladlarının əmməllərinə görə cinayət məsuliyyətinə cəlb edilə bilməzlər.

Əsas Qaununa görə Göyçayda yaşayan Zümrad Məmmədova Fransada mühacir həyatı yaşayan övladı Mirzəli Mımmədovun əməllərinə görə məsuliyyətə cəlb olunması Konstitussiyaya ziddir. Həmin cinayəti edənlərin məsuliyyətə cəlb olunmasını təbrik edirik !

Azərbaycan respublikasının Konstitussiyasında bu norma belə müəyyən edilir:

“Maddə 66. Qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi – Heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir’’. Belə hüquq normı öncədən Avropa Konvensiyasında və BMT-in İnsan hüquqları Bəyənnaməsində də öz əksini tapıb.

Azərbaycanda belə anti–konstitussiyon vəziyyət artıq kütləvi hall alıb. Azərbaycan vətəndaşları kütləvi sürətdə faktiki olatraq dövlət terroruna məruz qalmaqda davam edir. Avropada yaşayan müstəqil fikirli insanları müxtəlif bəhanələrlə yaxın qohumlarını girov götürülür və Avropda yaşayan müstəqil fikirli vətəndaşların qarşıında şərt qoyulur , əgər susmasan girov götürülmüş qohumunu saxta ittihamlaral yox edəcəyik.

Hazırda, Azərbaycan despotik diktatorlugunda dövlət terroru İŞİD terror təşkilatından da daha təhlükəlidir.

Bu səbəbdən də Azərbaycn vətəndaşlarının hüquqlarının dövlət qarantiyası yoxdur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsində də yalnız günahı olan şəxs hüquqi məsuliyyətə cəlb oluna bilinər:

Maddə 7. Təqsirə görə məsuliyyət prinsipi

7.1. Yalnız törətdiyi Ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

7.2. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Mahir Abdullayev 13.10.2003-cü ildə  ABU-nu ələ keçirmək  və külli miqdarda pul almaq məqsədilə Prezident Administrassiyasının rəhbəri Ramiz Mehdiyevin və DİN-in nazir Ramil Usubovun bilavasitə rəhbərliyi ilə vəzifələrindən cinyətkarcasına sui-istifadə edərək Polis-KQB generalı Hilal Əsədov tərəfindən cinayətkarcasına ogurlanmışdır ! Bunu bütün dünya bilir, ABU rektoru, hüquq professoru Elşad Abdullayevin gizli video görüntüləri təkzibolunmaz maddi sübutdur və  heç şərhə də ehtiyacı yoxdur…

Bu adi bir iddia deyildir, konkret cinayət faktıdır. ABU rektoru, hüquq professoru Elşad Abdullayev bu cinayət faktı baəsində media və və sosial şəbəkələr üzərindən yüzlərlə araşdırma yazılarını ictimailəşdirib…Bulara QHT—ın və Vətəndaş Cəmiyyətinin üzvüləri tərəfindən bir daha təsdiq olunub.

Mahir Abdullayevin ogurlanması cinayətini ört-basdır etmək məqsədilə Elşad Abdullayevin şəxsiyyəti əleyhinə həqiqətə uygun olmayan şər və böhtan kompaniyası aparır !

Dünyanın heç bir yerində insanlıqdan xaric belə əxlaqsızlıq görünməyib, cinayəti edəsən, günahsız adamı hələ bir şərləyəsən !?
Həqiqətəndə, Azərbaycan hakimiyyəti analoqu olmayan “inkişafdadıdı”, hətta adam ogurlugu cinayəti edəsən və zərərçəmişin üstünə gedib qorxu altında saxlayasan!

Bəlkə, yavaşayasınız cənab ogru və fırıldaqçı “akademik” Ramiz Ənvəroviç və cinayətə media yardımı edən Əli Həsənov !

ABU rektorunun qardaşı Mahir Abdullayevin ogurlanması cinayətinin Prokurorluq və Məhkəmə istintaqının obyekytiv və hərtərəfli aparılmasını  tələb edirik, vəzifəli şəxslərin cəzalandırılmasını tələb edirik !

Və bu  cinayətə görə həqiqi günahkarların cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirik !

Saxta ittihamlarla həbs olunmuş bütün Siyasi məhbusların qeyd-şərtsiz azad olunmasını tələb edirik! ABU rektoru Elşad Abdullayevdən qisas almaq məqsədilə saxta ittihamlarla həbs olunmuş  qardaşı oglu, Qarabag müharibəsi iştirakçısı, Şəhid ailəsi və Siyas girov Mübariz Abdullayev qeyd-şərtsiz azad olunmasını tələb edirik !

Ölkədə yaradılmış ailə təhsil sistemi ləgv edilsin!

Saxta ittihamlarla fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) fəaliyyəti bərpa edilməsi tələb edirik !

Avropaya zorən sürgün edilmiş  yüz minlərlə yüksək əmək qabiliyyətli ziyalalarımızın, mühacirlərimizin dogma vətənimizə qaytarılmasını tələb edirik !

Ölkədə söz-media-internet azadlıgı təmin edilsin, bloklanmış 40 sayıtların (Avropaninsesi.com-in) ölkyə giriişinə qadgaların ləgv olunmasını tələb edirik !

15 oktyabr 2018-ci il tarixində keçiriləcək prezident sekilərinin obyektiv keçirilməsini tələb edirik !

Fransa, Paris, 02.02.2018

 

Adrec:78, avenue d’Iéna,75016 Paris

Ambassade d’Azerbaïdjan en France / Azərbaycanın Fransadakı Səfirliyi qarşısındak etiraz mitinqinin iştirakçları :

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Məzunlar Asossasiyası və Tələbə Hərəkatının sədri Rəşad Gurbanov