Print Friendly, PDF & Email

 

 

 

 

 

Elise LucetFotonun müəllifiGETTY IMAGES

Versal Apellyasiya məhkəməsi Azərbaycanın fransız jurnalistlərə qarşı defamasiya ittihamı üzrə işə baxılmamasına dair aşağı məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb.

Fransız jurnalist Elice Lucet “France 2” televiziya kanalının “Cash Investigation” (nağd pul araşdırmaları) verlişində Azərbaycanı “diktatorluq” adlandırmışdı. O, Azərbaycanı “dünyanın ən amansız diktatorluqlarından biri” kimi təsvir edib.

Azərbaycan hökuməti hesab edir ki, jurnalistlər ölkəni “diktatorluq” adlandırmaqla böhtana yol verib və buna görə də, 2015-ci ilin sentyabrında yayımlanan verlişdən dərhal sonra şikayət edib.

Başqa bir radio yayımında isə jurnalist Laurent Richard Azərbaycanın “diktatorluq” və Prezident İlham Əliyevin “zülmkar” olduğunu demişdi.

2017-ci ildə Fransa məhkəməsi Azərbaycanın qaldırdığı diffamasiya ittihamını rədd etmişdi.

Azərbaycanın şikayəti “qəbulolunmazdır”

Nanterre Cinayət Məhkəməsi Birinci instansiyada qərar vermişdi ki, Azərbaycanın şikayəti “qəbulolunmazdır” və ölkə şəxs qismində çıxış edə bilmədiyindən diffamasiya haqqında qanundan yararlana bilməz.

Azərbaycanın vəkili nə deyib?

“Əgər Apellyasiya Məhkəməsi qərar verirsə ki, zərərçəkən tərəf ölkə olanda burda diffamasiya cinayəti ola bilməz, bu, ədalətin inkar edilməsidir və eyni zamanda antisemitizm və rasizm də daxil olmaqla bütün təhqirlərə yol açır”, – Azərbaycan tərəfinin vəkili Oliver Pardo AFP-yə deyib.

Fransanın ictimai yayım şirkəti olan France Televisions və jurnalist Elise Lucetin vəkili Juliette Felix deyib ki, o, məhkəmənin “mətbuatın ölkələrin hərəkətlərini və siyasətlərini tənqid etməkdə tamamilə azad olduğunu” təsdiq etməsini gözləyib.

“Azərbaycan uduzub”

Elise Lucet öz Facebook səhifəsində qərara münasibətini paylaşıb:

“Azərbaycan bu gün Laurent Richard-ın çox gözəl nağd pul araşdırmasına qarşı apellyasiya məhkəməsini uduzub. Məlumat vermək azadlığı qalib gəldi! Bu işdə dəstəyinizə görə, hamınıza təşəkkür edirəm”.

Sərhədsiz Reportyorlar təşkilatının 2018-ci ildəki hesabatına görə, Azərbaycan mətbuat azadlığına görə 180 ölkə arasında 163-cü yeri tutur.

Hesabata görə, Azərbaycan 2018-ci ildə bir pillə geriləyib.

BBC.COM