Strateq.az-ın əldə etdiyi xəbərə görə, hazırda KİVDF-də fövqəladə iclas keçirilir. Toplantıda bu qurumun xətti ilə indiyədək dövlət tərəfindən maliyyələşdirilən qəzetlərin xeyli hissəsinə maliyyə yardımı ayrılmasının dayandırılmasına qərar veriləcək.

Məlumata görə, KİVDF-nin bu qərarının elanından sonra təxminən 10 qəzetin maliyyələşdirilməsi nəzərdə tutulur. Digərlərinin çap formasında fəaliyyətini dayandıraraq, elektron nəşrə keçmələri tövsiyə olunacaq.

Strateq.az-a çatan məlumata görə, maliyyə yardımı dayandırılacaq qəzetlər aşağıdakılardır: “Şərq”, “Ədalət”, “Unikal”, Palitra”, “Paralel”, “Azad Azərbaycan”, “Həftəiçi”, “Bizim Yol”, “Olaylar”, “Üç Nöqtə”, “Oxu Məni”, “Hürriyyət”, “Reytinq”, “Hərbi And”, “Türküstan”, “İqtisadiyyat” və “Mövqe” qəzetləri.

Maliyyələşdirilməsi davam etdiriləcək qəzetlər siyahısında isə “Səs”, “Yeni Azərbaycan”, “Yeni Müsavat”, “Kaspi”, “Kaspiy”, “525-ci qəzet”, “Bakı Xəbər” və “Novoe Vremya”nın adları çəkilir.

Xatırladaq ki, KİVDF sonuncu dəfə 32 qəzetə 28 dekabr 2018-ci il tarixdə 3 ay müddətinə maliyyə yardımı ayırıb. Ötən müddətdə bu nəşrlərdən “Eskspress” qəzeti çap fəaliyyətini dayandırıb.

***

Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib.

Strateq.az xəbər verir ki, Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib:

1. Fondun 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının müzakirəsi və təsdiqi;

2. Fondun yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təşkil olunan fərdi jurnalist yazıları müsabiqəsinin elanının müzakirəsi və təsdiqi.

Müzakirəyə çıxarılan birinci məsələ barədə geniş məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin 2019-cu il fevral ayının 1-dən martın 28-dək, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nda əksini tapmış 19 istiqamət üzrə keçirilməsi nəzərdə tutulur.

Hazırda bütün dünyada internet media resurslarının sürətlə inkişaf etdiyini və çap mediasının obyektiv səbəblərdən problemlə üzləşdiyini diqqətə çatdıran Vüqar Səfərli bu baxımdan KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanında müəyyən dəyişikliklərin edilməsinə ehtiyac olduğunu vurğulayıb.

V.Səfərli bildirib ki, çap mediasının cəmiyyətdəki nüfuz və mövqelərinin möhkəmləndirilməsi məqsədilə qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərə yenidən baxılması günün zəruri tələbinə çevrilib.

İcraçı direktor bildirib ki, müsabiqə elanında təklif olunan dəyişikliyə əsasən, Fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər.

V.Səfərli, həmçinin qeyd edib ki, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə olması nəzərdə tutulur. Sonra Müşahidə Şurasının üzvləri müsabiqə elanına təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bölüşüblər.

Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən Cəmaləddin Quliyev, Bəhruz Quliyev, Əvəz Rüstəmov və Rasim Həsənov çap mediasının məzmun və forma baxımından daha da təkmilləşdirilməsi, fəaliyyətini yeni dövrün tələblərinə uyğun qurulması baxımından təklif olunan dəyişiklikləri müsbət dəyərləndiriblər. Müsabiqə elanı qeyd edilən dəyişikliklərlə birgə səsə qoyularaq yekdilliklə qəbul edilib.

kivdf-qazet-2019

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xatırladaq ki, KİVDF-nin bu gün qəzetlərin maliyyələşdirilməsi ilə bağlı yeni şərtləri açıqlanıb. “Bizim yol” da məhz maliyyə yardımı dayandırılan KİV orqanlarından biridir.

Bundan əvvəl də qeyd olunurdu ki, Azərbaycanda bir neçə qəzet bağlanacaq. Bağlanan qəzetlər sırasında “Ekspress” qəzeti də var. Lakin, baglanan qəzetlər sırasında Paqon altında fəaliyyət göstərən cinayətkar şəbəkəyəyə media yardımı edən əli həsənovçu   KQB trollugu ed’m “Təzadlar” qəzeti kimi Reket qəzetləri adı yoxdu…

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email