Print Friendly, PDF & Email

 

 

 

 

 

 

Avropaninsesi.com 

Azərbaycanda dərəbəylik davam edir: Sahibkarlığa Kömək Milli Fondunun sədri Şirzad Abdullayevin cinayətlərindən Prezidentə, Prokurorluga və Nazirə şikayətlər edilir, lakin… 

Foto:  Sahibkarlığa Kömək Milli Fondunun sədri Şirzad Abdullayev
Ümumiyyətlə, fəaliyyətə başladığı dövrdən 2015-ci ilədək dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlər hesabına SKMF üst-üstə 1 milyard 747 milon manat kredit alıb. Onun 931 milyon manatı dövlət büdcəsi hesabına, 816,3 milyon manatı isə verilmiş kreditlərin qaytarılmasından daxil olan vəsaitlər hesabına həyata keçirilib.Bu qədər fantastik rəqəmlərə baxmayaraq, ölkədə qeyri-neft sektorunun durumu onların səmərəli xərclənməsini şübhə altına alan faktdır. Burada isə heç şübhəsiz, diqqətlər iqtisadiyyat naziri Şahin Mustafayevlə Şirzad Abdullayevə yönəlir. Hər halda hər iki yüksək çinli məmur SKMF-nin vəsaitlərinin taleyi ilə bağlı cəmiyyətdəki çoxsaylı şübhələrə aydınlıq gətirməli, ciddi suallara ağlabatan cavablar verməyə çalışmalıdır. 
“Parabank” və Şirzad Abdullayev sahibkarı iflas həddinə çatdırıb

 

“İlham” MMC-nin təsisçisi, sahibkar İqbal Mikayılov iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevə açıq məktub ünvanlayıb.

AFN.az xəbər verir ki, xəzərnews.az-a daxil olan məktubda Sahibkarlığa Kömək Milli Fondunun sədri Şirzad Abdullayevin müvəkkil banklarla iş birliyinə girərək sahibkarların başına gətirdikləri oyunlardan yazılır. Şikayətçinin məktubunu olduğu kimi təqdim edirik:

– Hörmətli nazir. Əvvəla diqqətinizə çatdırıram ki, mən 2014-cü ilin aprel ayından təsis etdiyim “İlham” MMC kəndli fermer təsərrüfatını fəaliyyətə başlamağımdan çox peşiman. Özümü qəti bağışlaya bilmirəm. Düzdür, çox böyük həvəslə qısa müddətdə səhralıqda ən müasir səviyyədə təsərrüfat yaratdım. Amma bu gün çox peşmanam. Mən adi zəhmətkeş sahibkarlara Sizin tabeçiliyinizdə olan Sahibkarlığa Kömək Milli Fondu tərəfindən hansı ögəy, aqressiv münasibət göstərildiyinin şahidi oldum. Çünki mən ötən ilin dekabr ayında 45 min manat güzəştli krediti ölkə başçımız Cənab İlham Əliyevə dəfələrlə şikayət edəndən sonra aldığımda, sahibkarlığa edilən “köməyin” hansı formada olmasına şahidlik etdim Mən əslində Sahibkarlığa Kömək Milli Fondundan 80 min güzəştli kredit almaq istəyirdim. Şirzad Abdullayevin sayəsində 45 min öna görə verildi ki, 50 min olsaydı 5 illiyə düşəcəkdir. 45 min verdi ki, mən əziyyət çəkim və təsərrüfatımı normal şəkildə yarada bilməyim və bir ilin tamamında əsas borcu qaytarmağda əziyyət çəkim. Biləsiniz ki, Şirzad Abdullayevin arzusu gələn ilin yanvar ayında həyata keçəcək və mən sahibkar kimi “İlham” MMC kəndli fermer təsərrüfatının fəaliyyətini dayandırıb əmlakımı satışa çıxardacağam ki, bankın borcunu qaytarım. Bunu Sizə deməkdə məqsədim odur ki, mənim bu ilin aprel ayından “Parabank”dan yenidən əlavə girov təqdim edərək güzəştli kredit götürməyimə əngəl olan elə Şirzad Abdullayev olub. Çünki mən Şirzad Abdullayevin qəbulundan çıxıb “Parabank”ın mərkəzi ofisinə yaxınlaşıb İdarə Heyətinin sədri Vəli Quliyevlə görüşə bilməsəm də o mənə telefonda “əlavə girov təqdim et, güzəştli kredit üçün sənədini SKMF-ə göndərim” demişdi. Girovlarımı təqdim etmişdim və sənədləşmə gedirdi. Mən bankın razılığı və sənədlərimin hazırlaması barədə Şirzad Abdullayevin “sağ əli” olan Mahir adlı işçisinə məlumat verəndən sonra hər şey alt-üst oldu. Mahir banka zəng vuraraq mənim sənədlərimin onlara göndərilməməsi barədə tapşırıq verəndən sonra “Parabank”ın sədri Vəli Quliyev 180 dərəcə dəyişdi. Mən bu məsələni araşdırmaqdan ötrü Şirzad Abdullayevin qəbuluna getdim və hadisəni olduğu kimi danışdım. Şirzad Abdullayev heç nədən xəbəri olmadan Mahiri yanına çağırıb emosiya ilə “sən banka zəng vurub nəsə demisən” deyəndə Mahir Sizcə nə cavab verməli idi? Mahir mənim yanımdan banka zəng vurdu ki, mən Sizə sənədlərin göndərilməməsi barədə tapşırıq vermişəm? Sizcə bankın işçisi Mahirin üzünə durub deyərdi bəli demisiz? Mən elə oradaca Şirzad Abrullayevin və Mahirin rola girdiyini aydın şəkildə şahidi oldum. Sadəcə mən 6 ay bankın yollarında girin-giriftar qalandan sonra Vəli Quliyev barəsində mətbuatda şikayətlər etdim və mənə xəbər gəldi ki, sizin güzəştli kredit almanıza mane olan Sahibkarlığa Kömək Milli Fondudur. Bəli, mən bunu araşdırdım və başqa banklara müraciət etdim. Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil banklarının əksəriyyəti bildirdilər ki, Şirzad Abdullayev özü zəng vurub bizə deməsə, filan sahibkarın sənədini mənə göndərin biz öz başımıza bunu edə bilmərik. Ona görə də Şirzad Abdullayevin razılığı olmalıdır. Şirzad Abdullayev özü və eləcə də Siz bu iddianı təbii ki, qəti şəkildə qəbul etmirsiniz. Amma reallıq budur cənab Şahin Mustafayev.

“Parabank” və Şirzad Abdullayev sahibkarı iflas həddinə çatdırıb

Ona görə mənim Sizə bir vətəndaş – sahibkar kimi sualım var: Siz hansı sadə, əli qabarlı, arxasında iri ranqlı məmur olmayan sahibkara dövlətimizin ayırdığı güzəştli kreditdən 100 min, 200 min, 300 min, 400 min, 500 min güzəştli kredit vermisiniz? Vermisinizsə adını açıqlayın ictimaiyyətə gedək yerində həmin sahibkarlarla görüşək və həmin krediti necə, hansı şərtlərlə götürdüyünü öyrənək.

Dövlətimizin başçısı Cənab İlham Əliyevin hər il sahibkarlığın inkişafına ayırdığı vəsait bəlkə kiminsə şəxsi puludur? Bəlkə həmin pul kiminsə ata-babasından miras qalıb? Açıqlayın biz də Sizi bir daha narahat etməyək.
Sahibkarlara mane olan, onları incidənlərin son aylarda aqibətini özünüz də gördünüz. Nə üçün bir dəfə maraqlanmırsınız ki, Şirzad Abdullayev mənim kimi əli qabarlı, zəhmətkeş, dövlətinə sədaqətli gənc sahibkarı çıxılmaz duruma salıb? Nəyə görə araşdırmırsınız ki, mən həqiqətən təsərrüfat yaratmışam, bəlkə mən pulu aparıb Avropa ölkələrində kef məclislərinə xərcləyəcəm. Mən dələduz deyiləm ki, bəziləri kimi başqasının təsərrüfatını göstərim yalandan deyim mənimdir, tez mənə kredit verin.

Cənab Şahin Mustafayev. Nə vaxta qədər ölkə rəhbərliyini, xalqımızı aldadıb saxta rəqəmləri ictimaiyyətə açıqlayacaqsınız?”

P.S. Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.

AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru

Daha ətraflı bax:

https://afn.az/iqtisadiyyat/26484-parabank-ve-shirzad-abdullayev-sahibkari-iflas-heddine-chatdirib.html

Sahibkarlığa Kömək Milli Fondunda nə baş verir? – İTTİHAM VAR

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti şəffaf deyil.

Söhbət bu qurumun sahibkarlara kömək məqsədi ilə ayırdığı vəsaitlərin xeyli hissəsinin təyinatına uyğun şəkildə xərclənməməsi, bəzi hallarda isə rüşvət və korrupsiya predmetinə çevrilməsindən gedir.

Qeyd edək ki, hazırda Şirzad Abdullayevin rəhbəri olduğu Fond, ölkədə fəaliyyət göstərən kiçik və orta biznesə yardım etmək məqsədilə yaradılıb. Amma indiyədək mətbuatda dərc olunan məlumatlara nəzər saldıqda və müxtəlif mənbələrdən gələn məlumatlara diqqət yetirdikdə məlum olur ki, SKMF-nin fəaliyyəti heç də birmənalı olaraq kiçik və orta biznesin inkişafına yönəlməyib. Bu fond tərəfindən kreditlərin ayrılmasında ciddi korrupsiya hallarına yol verilməsi və kreditlərin əksər hallarda təyinatı üzrə xərclənmədiyi iddia olunur. Eyni zamanda qeyd olunur ki, SKMF-dan xırda fermerlərin və orta təbəqəyə aid sahibkarların kredit götürməsi bir çox hallarda mümkünsüz olur. Bu baş tutanda isə fermerlərdən «haqq» tələb edilir. İddialara görə, alınan həmin «haqqın» kiçik bir hissəsi Fondun başçısına, yerdə qalanı isə İqtisadiyyat Nazirliyinin rəhbərliyinə çatır.

Daha bir iddia (hansı ki, mütəmadi gündəmə gətirilsə də, internet üzərindən apardığımız araşdırmalarda bununla bağlı SKMF tərəfindən hər hansı təkzibə rast gəlmək mümkün olmadı)

Fond dövlətin vəsaitini güzəştli kredit kimi yüksək vəzifəli şəxslər, böyük iş adamları arasında bölüşdürür. Bildirildiyinə görə, Fonddan kredit götürənlər ancaq yüksək vəzifəli məmurlardır ki, bunların da əksəriyyətini icra başçıları, nazir müavinləri, nazirliklərin şöbə müdirləri və digər vəzifəli şəxslər və onların bizneslərini idarə edənlərdir. SKMF-nin ayırdığı güzəştli kreditlərin bir sıra hallarda hansısa məmurların, onların ətrafındakıların və böyük iş adamlarının bizneslərinin çiçəklənməsinə yönəldiyi barədə iddialar fonunda diqqət çəkən başqa bir önəmli xüsus ondan ibarətdir ki, bir qayda olaraq, «arxasız», himayəsi olmayan orta və kiçik biznes sahiblərinə qarşı bürokratik əngəllər, süründürməçilik adət halını alıb. Bəzi hallarda onlar hətta «şapka» vəd etməklə belə, güzəştli kredit almaqda çətinlik çəkirlər.

Ekspertlərin də Şirzad Abdullayevin və rəhbəri olduğu qurumun fəaliyyəti ilə bağlı fikirləri birmənalıdır. Onlar hesab edirlər ki, Abdullayevin rəhbərlik etməyə başladığı 2008-ci ildən etibarən SKMF dövlətin ayırdığı vəsaiti nəzərdə tutulan sahələrin inkişafına yönəltsəydi, indi ölkədə iqtisadi vəziyyət, xüsusilə də qeyri-neft sektorunda durum müsbət mənada tamamilə fərqli olardı.Bu fikirlə razılaşmamaq mümkün deyil: görəsən, iqtisadiyyat naziri Şahin Mustafayev tabeliyindəki qurumun xətti ilə indiyədək «güzəştli kredit» adı ilə on milyonlarla manatın xərclənməsinə baxmayaraq, orta və kiçik sahibkarlığın çətin günlər yaşamasını, ölkə iqtisadiyyatının güclənməsinə real mənada böyük təsir göstərməməsini, ələlxüsus da aqrar sektorla bağlı son 7 ildə gözləntilərin özünü yetərincə doğrultmamasını nə ilə izah edir? Həmin pullar şəffaf, eyni zamanda təyinatı üzrə xərclənsəydi, vəziyyət yenə indiki kimimi olardı?

Ümumiyyətlə, fəaliyyətə başladığı dövrdən 2015-ci ilədək dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlər hesabına SKMF üst-üstə 1 milyard 747 milon manat kredit alıb. Onun 931 milyon manatı dövlət büdcəsi hesabına, 816,3 milyon manatı isə verilmiş kreditlərin qaytarılmasından daxil olan vəsaitlər hesabına həyata keçirilib.Bu qədər fantastik rəqəmlərə baxmayaraq, ölkədə qeyri-neft sektorunun durumu onların səmərəli xərclənməsini şübhə altına alan faktdır. Burada isə heç şübhəsiz, diqqətlər iqtisadiyyat naziri Şahin Mustafayevlə Şirzad Abdullayevə yönəlir. Hər halda hər iki yüksək çinli məmur SKMF-nin vəsaitlərinin taleyi ilə bağlı cəmiyyətdəki çoxsaylı şübhələrə aydınlıq gətirməli, ciddi suallara ağlabatan cavablar verməyə çalışmalıdır.

Daha ətraflı bax:

http://xalqxeber.az/cemiyyet/780-sahibkarliga-komek-milli-fondunda-ne-bash-verir-ttham-var.html

unikal.org

www.xalqxeber.az
Şəhid atasından baş prokurora növbəti müraciət
Ağdamdan məcburi köçkün, şəhid atası Əli Hüseynov Baş prokuror Zakir Qaralova müraciət edib. Əli Hüseynov müraciətin bir surətini də KiV-ə göndərib. Şəhid atası yazır: “Cənab Baş prokuror sizə şəhid atası kimi müraciət edərək bildirirəm ki, oğlum sahibkarlıqla məşğul olur. O, sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədilə Sahibkarlığa Kömək Milli Fondundan kredit almaq üçün fondun rəhbəri Şirzad Abdullayevə lazım olan bütün sənədləri təqdim edib. Lakin Şirzad Abdullayev xəzinədarı Mahirlə birlikdə oğlum Ramil Hüseynovun qarşısına şərt irəli sürüblər. Bu şərt onlara “hörmət” etməkdən ibarət olub. Oğlum şərti qəbul etmədiyi üçün Şirzad Abdullayev krediti ayırmalı olan “Azəriqazbank”in Sumqayıt filialına 120 min manat pulun verilməməsi barədə göstəriş verib.
2014-cü ildən başlayaraq Şirzad Abdullayevin vəzifə səlahiyyətindən istifadə etməsi barədə müxtəlif qurumlara, o cümlədən prokurorluq orqanlarına müraciət etmişik. Amma fondun sədri həmin instansiyaları susduraraq cinayət işinin başlanmasına imkan vermir. Bu işlərlərlə bağlı toplanmış materiallar baxılması üçün Yasamal Rayon Prokurorluğuna göndərilib. Prokurorluğa bizim tərəfimizdən lazım olan faktlar, sübutlar və şahidlər təqdim olunub. Qarşı tərəfdən süründürməciliyə yol verən “Aqrarkredit”in rəhbəri Məmməd Musayevin ifadəsi alınıb. Amma Şirzad Abdullayevə rəsmi məktub göndərilsə də, o, ifadə verməkdən imtina edib. Hətta Yasamal Rayon Prokurorluğu “Azəriqaz Bank”a rəsmi məktubla müraciət edərək Ramil Hüseynovun sahibkarlıqla bağlı təqdim etdiyi sənədləri və kredit ayrılması barədə komitənin qərarını tələb edib. Lakin onlar barədə mənə heç bir məlumat verilməyib.
Cənab Baş prokuror, Yasamal Rayon Prokurorluğunda aparılan “araşdırma” da onu göstərdi ki, Şirzad Abdullayevə və Məmməd Musayevə prokuroluq orqanlarının gücü çatmır. Hətta mən şəhid atası kimi Sizi mərhum Heydər Əliyevin ruhuna dəfələrlə and vermişəm ki, Yasamal Rayon Prokurorluğuna göstəriş verəsiniz ki, işə ədalətli baxılaraq cinayət işi başlansın. Amma qanunvericiliyə zidd olaraq barəsində şikayət etdiyim şəxslərin cinayət əməllərinin araşdırılması həmin şəxslərin özlərinə göndərilir.
Xahiş edirəm ki, Yasamal Rayon Prokurorluğunda baxılmış materialların nəticəsi barədə qərarın surətinin bizə təqdim olunmasına göstəriş verəsiniz.
Xahiş edirəm ki, məni qəbul edəsiniz, bu iki məmurun qanunsuz əməlləri, prezidentin sərəncamlarına zidd hərəkətləri barədə faktları sizə təqdim edim. Bundan sonra siz şəhid atasının 8-9 ay prokurorluq orqanlarında süründürməçiliyə məruz qalmasının şahidi olacaq və əmin olacaqsınız ki, bu məmurlar barədə cinayət işinin başlanması gecikdirilib.
Sizi ədalətli Bir baş prokuror kimi bilərək məni qəbuı etməyinizi xahiş edirəm”.
Daha ətraflı bax:https://www.azadliq.info/167917.html
Şəhid atasının ölkə başçısına təqdim etdiyi faktlar
“Cənab prezident, cənab Ramiz Mehdiyev mən və oğlum sahibkarlıq fəaliyyəti ilə məşğuluq. Lakin Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayev bizi müflis edib”. Bu sözlər Ağdam rayonundan məcburi köçkün, şəhid atası Əli Hüseynov ölkə başçısı İlham Əliyevə və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə növbəti müraciətindəndir. Şəhid atası müraciətin bir surətini də redaksiyamıza ünvanlayıb. Əli Hüseynov yazır ki, Sahibkarkığa Kömək Milli Fondundan kredit almaq istəsələr də, onların qarşısında müəyyən şərtlər irəli sürülüb:” Bu şərtləri qəbul etmədiyimizə görə Şirzad Abdullayev bizə vəsait ayırmaq istəmir. Bununla bağlı müvafiq qurumlara şikayətimizdən sonra Yasamal Rayon Prokurorluğunda araşdırma başlanıb. Biz lazım olan bütün materialları, faktları prokuroluğa təqdim etmişik. Eyni zamanda ifadəmiz alınıb. Lakin Baş Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Nazim Abbasov faktla bağlı cinayət işinin başlanmasına mane olur və şikayətimiz araşdırılması olması şikayətçi olduğumuz orqana göndərilir.

Cənab prezident, cənab Ramiz Mehdiyev mən zəhmətkeş sahibkaram. Öz hesabıma icarəyə götürdüyüm torpağı şoranlıqdan təmizləmişəm. Məqsədim təsərrüfatı genişləndirmək və bununla da yeni iş yerləri açmaqdır. Amma məqsədli şəkildə buna mane olurlar. Yalan danışmadığımı sübut etmək üçün gördüyüm işi videolentə aldırmışam və sizə təqdim edəcəm. Təəssüf ki, bəzi dövlət rəsmiləri sizin sərəncamların ziddinə hərəkət edir. Məsələn, Nazim Abbasov bizimlə bağlı baş prokuror Zakir Qaralova yanlış məlumatlar verir. Bu səbəbdən də baş prokurorun qəbuluna düşə bilmirəm ki, dərdimi deyim. Halbuki mən ona müraciətlərimdə məcbur qalaraq mərhum Heydər Əliyevin ruhuna and vermişdim ki, məni qəbul etsin. Cənab prezident, qanunu pozan “prokurorlar” mənə deyirlər ki, sən vəsait istədiyinə görə şikayətini İqtisadiyyat Nazirliyinə göndəririk. Halbuki bizim tələbimiz prokurorluğa təqdim etdiyimiz faktların araşdırılmasıdır. Biz istəyirik ki, baş vermiş hadisəyə hüquqi qiymət verilsin. Mən artıq bu sistemə inanmıram. Ona görə də Sizdən artıq dərəcədə xahiş edirəm ki, məni qəbul edib şikayətimi şəxsən dinləyəsiniz və problemin həllinə kömək edəsiniz. Yaxud şikayətimi inandığlnız qurumların birinin araşdırılması barədə göstəriş verəsiniz”.

Daha ıtraflı bax:

http://azsiam.info/cemiyyet/12176-hid-atasnn-lk-basna-tqdim-etdiyi-faktlar.html

 

Ulduz, Paris, 05.11.2017,

info@avropaninsesi.com