Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

parviz1984@live.com

Çarəsiz xalqım!
Təəssüflər olsun ki, Azərbaycanda elə bir qəddar despotik Diktatura rejim yaradılıb ki, insanlar qorxularından öz haqlarını belə tələb etməkdən çəkinirlər. Azərbaycan Diktatoru İlham Əliyev  ölkəni elə günə salıb ki , səsini çıxardanı, doğruyu haqqı danışanı saxta ittihamlarla şərləyib atırlar zindana.bu gün Azərbaycanda 160 dan çox siyasi məhbus günahsız yerə Əliyev rejiminin qurbanına çevirilərək zindanlarda çürüdülür.Ölkədə bir dənə azad fikirli azad əqidəli insan buraxmırlar ki, sözünü deyə bilsin. AZEL.TV-nin Təsisçi və Baş Redaktoru Əfqan Sadıqov rejimin şərləyərək həbsə atığı qurbanlarından biridir.Əfqan həbsdən təzəcə xilas olmuşdur ki,amansız rejim onu şərləyərək yenidən 1 ay həbsə atdı.Polis Əfqana fiziki zor tətbiq edərək,onu amansızcasına döyərək məcbur edib ki,etmədiyi əməli qəbul etsin.budu sənin Azad və demokratik Azərbaycan Respuplikası adlandırdığın məmləkət !?

Əfqanı nəyə görə yenidən həbs etməyin səbəbi çox sadədir, çünki Əfqan sənin qurduğun zalım diktatura Rejiminin qarşısında baş əymir, əksinə sənin bu yarıtmaz siyasətinin tezliklə dağılacağını açıq şəkildə statuslarında bildirdiyinə görə,ölkəni uçuruma apardığını söylədiyinə görə,Əfqan kimi qorxmaz vətən oğullarını həbsə atırsan.

Yaxşı olardı ki,Əliyev rejimi azad fikirli insanları şərləyib həbsə atdırmaqdansa,25 ildən çoxdur ki Erməni tapdağı altında qalam Qarabağımızı qaytarmaqla məşğul olsun.yaxşı olardı ki,Rüşvətxorluğu, Manapolyanı,qohumbazlığı və ailə hakimiyyətini durdursun.ölkədə təqaüd yaşı kişilərdə 65 yaşdır amma nədənsə “iri buynuz”lu məmurlarımız heçdə kreslolarını təhvil vermək istəmirlər.yaxşı olardı ki Ölkə başcısı bu işlərlə ölkəsinin inkişafa nail olması yolunda addımlar atsın.

Bu Arada Rejimin ən güclü və çəkindiyi rəqiblərindən olan Real hərəkatının sədri İlqar Məmmədov bu gün Şərti olaraq azadlığa buraxılıb.xatırladaq ki,İlqar Məmmədov 2013 cü il Yanvarın 24 İsmayıllı hadisələri ilə bağlı 7 il azadlıqdan məhrum edilmişdir.bu münasibətlə bütün Real üzvülərini və İlqar sevərləri təbrik edirəm!

Arzu edirəm bütün siyasi məhbuslar tezliklə qeyd-şərtsiz öz azadlıqlarına qovuşsunlar !

Pərviz Əliyev

Paris, Fransa, 15 avqst 2018