2AEF1993-05DC-4E38-ABFA-87C10D89F6F7_mw1024_mh1024_sMəsələni şərh edən Azərbaycan Demokrat partiyasının sədri Sərdar CƏLALOĞLUAİM.Az-a söyləyib ki, bu məsələ təəccüb doğurmalı deyil:
“Belə hadisələr ölkəmizdə çox yaşanıb. Bir müddət öncə, Daxili İşlər Nazirliyinin Məmmədov soyadlı bir əməkdaşı insan oğurluğu ilə məşğul olurdu. İmkanlı adamların övladlarını oğurlayıb pul alırdı. Bu Azərbaycanda ənənədir. Hətta MTN-dən əvvəl DİN-də də böyük bir dəstə ifşa olundu. Zaman-zaman hüquq mühafizə orqanlarımızda cinayətkar dəstələr aşkarlanıb. MTN-də baş verənlər ilk deyil. Digər hüquq mühafizə orqanlarında da bu cür cinayətkar dəstələr mövcud olub. Hazırda da müxtəlif güc strukturlarında bu cür cinayətkar qruplaşmaların fəaliyyət göstərməsi istisna edilmir. Ola bilsin ki, indiki halda başqa qrumlarda da bu cür cinayətkar dəstələr var. Bu, ölkədə yanlış idaretmənin nəticəsidir. Neçə ki, ölkəmizdə idaretmə dəyişməyib, nazirliklər və komitələrdə bu cür cinayətkar dəstələr yetişəcək və bu hadisələr təkrarlanacaq. Təəccüblü heç bir şey yoxdur. Azərbaycanda hüquq mühafizə orqanlarının bəzi əməkdaşlarının adam oğurlaması, insan oldürməsi, terror aktı törətməsi və vətəndaşların əmlakını qanunsuz yolla əlindən alması birinci hal deyil. Bu ənənə ölkəmizdə çox geniş yayılıb”.

Mənsur,

AİM.Az

 

Print Friendly, PDF & Email