Print Friendly, PDF & Email

 

 

 

 

 

 

İctimai Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, Hüquq doktoru İlqar Altayın Facebook səhifəsindən
salamalta@yahoo.com
Azərbaycanda kçiriləcək növbədənkənar 11 aprel 2018-ci il tarixli Prezident seçkisinin təyini, təşkili və keçirilməsi qanunsuzluqlar !
SEÇKILƏRLƏ BAĞLI PREZIDENTƏ MŪRACİƏT.
Növbədənkənar 11 aprel 2018-ci il Prezident Seçkilərinin təyini, təşkili və keçirilməsindəki qanunsuzluqlar, bu seçkinin leğitimliyini şübhə altına alan bir sıra pozuntular barədə tədqiqat-analizimlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətimin (3 hissəli-GİRİŞ,TƏDQİQAT-ANALİZ, NƏTİCƏ) nəticə hissəsi. (əvvəlki 2 hissə genişdir və hörmətli oxuculara tədricən təqdim edəcəyik)
“””””””””””””””””””””””
TƏDQİQAT-ANALİZ NƏTİCƏSİ.
“””””””””””
CƏNAB PREZİDENT
1. Azərbaycan Konstitusiyasında Azərbaycan Prezidentinin növbədənkənar 11 aprel 2018-ci il prezident seçkiləri keçirilməsi barədə 5 fevral 2018-ci il tarixli sərəncamını və seçkilərin legitimliyini təmin edə biləcək kifayət qədər hüquqi əsaslar yoxdur.
Prezident sərəncamının istinad edildiyi Konstitusiyanın 101-ci maddəsinin 1-ci bəndinin “Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər” ikinci cümləsi arxasına belə bir fövqəladə və dövlət-xalq əhəmiyyətli tədbir üçün konkret hüquqi əsas və səbəb göstərilmir. Konstitusiyanın başqa heç bir yerində də bu göstərilmir. Amma mütləq göstərilməli idi, necə ki, bu Konstitusiyanın 105.1-ci maddəsində növbədənkənar prezident seçkilərinin keçirilməsinə konkret səbəb göstərilir: “Prezident vaxtından əvvəl getdikdə…” (istefa verdikdə, səhhəti çökdükdə və ya cinayət etdikdə). Və necə ki, dünya bütün bu cür fövqəladə növbədənkənar seçkilərə konkret qanuni əsaslar olduğu kimi.
Ona görə də Konstitusiya Məhkəməsi təcili bu məsələyə baxmalıdır və Əsas Qanunda olan bu boşluqlar barədə xüsusi izah, şərh və qərar verməlidir. Bu seçkinin təyin və keçirilməsinin nə dərəcədə Konstitusiya hüququna müvafiq olması qanunla aydınlaşdırılmalıdır. Lazım gəlsə, bu məsələnin qanuni və hüquqi tənzimi üçün seçkilər dayandırılmalı, Seçki Məcəlləsinə bu barədə müvafiq tənzimedici və hüquqverici əlavələr edilməlidir, çünki Məcəllədə də bu yoxdur. Belə hüquqi əsassızlıqla seçki keçirmək olmaz. (Qeyd edim ki əslində, növbədənkənar prezident seçkiləri keçirilməsi qərarını Konstitusiya Məhkəməsi verməlidir, necə ki, 101. 5 maddədə müharibə ilə bağlı seçkiləri dayandırıb, prezident səlahiyyətlərini uzatma qərarını verir. Prezident əslində özü namizəd-maraqlı şəxs kimi seçkiləri təyin etməməlidir. Məsələn, Rusiyada olan kimi).
2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 11 aprel 2018-ci il tarixdə növbədənkənar prezident seçkiləri keçirilməsi barədəki 6 fevral 2018ci il tarixli qərarı əsassız və qanunsuzdur.
Mərkəzi Seçki Komissiyası 6 fevral 2018ci il tarixli Növbədənkənar seçkilərin təyini qərarında öz müstəqil ali qürum və düşünmə səlahiyyətini kənara qoyub avtomatik, prezidentin bu barədəki 5 fevral 2018-ci il tarixli sərəncamına və Azərbaycan Resublikası Seçki Məcəlləsinin 179.2 maddəsinə istinad etməkdə səhv və qanunsuz addım atıb. Çünki, bu maddə Konstitusiya təqviminə uygun növbəli seçkilərin tənzimi üçün nəzərdə tutulub, növbəsiz seçkilər üçün yox. O mənada ki, bu seçki təyini qərarı ilə seçki startı günü arasında cəmi 5 gün vaxt qalmış olur. Seçkilərin Konstitusiyada göstərilən 17 oktyabr 2018-ci il tarixində keçirilməsini bilən prezidentliyə namizədliyə iddialılar üçün seçki təyini və bir həftə sonrakı start problem deyil. Çünki seçki tarixi əvvəlcədən məlumdur və təyin gününü də təxmin edirlər.
Qəflətən seçki tarixinin dəyişməsi və ardınca da 5 gün sonra seçki marafonuna start vermə qərarı ilə MSK namizədliyə iddialıların hüquqlarını kobud pozub. O mənada ki, onlar məzuniyyətdə, ezamiyyətdə, xəstəxanada müalicədə, uzaq xaricdə ola bilmələri ilə fiziki çatdıra bilməzlər seçkinin yeni tarixini qəflətən eşidib. Hesab edirəm ki, MSK bunları nəzərə alıb, Prezident və Konstitusiya Məhkəməsi ilə məsləhətləşib seçkiləri heç olmasa 1-2 ay sonraya, may-iyun dövrünə təyin etməli idi. Bu halda isə, prezidentliyə namizədlərdən hər birisi MSK-nın bu qərarından seçkilərin qanunsuz təyini barədə məhkəməyə şikayət vermə hüququna malikdir. Və mən də özümdə bu hüququ saxlayıram.
3. Azərbaycan Resublikası Prezidentinin Konstitusiyada təsbit edilmiş 17 oktyabr 2018-ci il prezident seçkilərinin vaxtını dəyişib 6 ay əvvələ, 11 fevral 2018-ci il tarixinə qəflətən növbədənkənar prezident seçkiləri elan etməsinin səbəbini xalqa, ictimaiyyətə inadla açıqlamamsı seçkilərin əsaslı olmasını və ya qeyri-məkrli planlaşdırılmasını və ya şəffaf, azad və demokratikliyini şübhə altına salır.
Prezidentin növbədənkənar prezident seçkiləri barədə sərəncamında bu fövqəladə qəfləti dəyişikliyin səbəbinin göstərilməməsi, Konstitusiyada buna səbəb-əsas göstərilməməsi, sonrakı MSK qərarının və hakimiyyətin ən yuxarı eşelonundakı təmsilçilərinin belə bu səbəbi konkret göstərə bilməməsi seçicilər və seçilənlər, bütün xalq və cəmiyyət üçün dərin müəmma və narahatlıq, nigarançılıq və stress-şok yaradır. Xalqın seçki əhvalını, seçim iradəsini heçə endirir. Seçki təyini sərəncamından 2 həftədən çox keçməsinə baxmayaraq, seçkilərin birdən-birə 6 ay qabağa çəkilməsinin səbəbi və izahı barədə nə Prezidentin xalqa müraciəti, nə onun sözçüləri və ya hakimiyyətin yuxarı şəxslərinin dövlət adından konkret rəsmi açıqlaması olmayıb.
Və aydın olur ki, hakimiyyətin ən yüksək dairəsində bu qərar barədə xəbəri olan yoxdur. Bu da, bu dəyişiklikliyin dövlət sirrindən də çox şəxsi sirr olması, dəyişiklik səbəbinin müxtəlif cür yozulması, müharibə və ya başqa təhlükə ilə və ya hakimiyyətin seçki ilə bağlı məkrli planları olması və s. əlaqələndirilir. Bu isə, xüsusi ictimai gərginlik yaratmaqla seçkilərin keyfiyyət və effektliliyinə mütləq təsir edir, beyin-düşüncələrdə bu seçkiləri iqnor vəziyyətə salır. Çünki dünya seçki praktikasında heç bir xalq, cəmiyyət, seçən və seçilən təbəqənin növbədənkənar prezident seçkisi kimi fövqəladə hal ilə rastlaşması və üstəlik səbəbindən də qəti olaraq malumatsız qalması halına rast gəlinməyib. Və xalqın adı ilə keçirilən bu növbəsiz seçkilərdə xalqa qarşı belə bir görünməmiş saymazlıq, sayqısızlıq, insanlarda seçkilərin azad və demokratikliyinə inamı, seçki ruhunu öldürür.
CƏNAB PREZİDENT.
Bütün bunları göstərməklə Sizdən xahiş edirəm ki, bu analiz-araşdırmamdakı faktlara diqqət yetirib, hazırkı növbədənkənar prezident seçkilərinin təxirə salınmasını nəzərdən keçirəsiniz. Sizin-Prezidentin, Konstitusiya Məhkəməsi, Milli Məclis və MSK-nın konkret addımları və qərarları ilə növbədənkənar seçkilərin legitimliyinin təminatı üçün konkret qanunvericilik bazasının yaradılmasını təmin edəsiniz. Belə hüquqi-dayanıqsız əsaslar, məxfi-sirrli qaranlıq səbəblər üzərində tələsik-qaçaraq təşkil olunan, hamını təəccüb qoyan prezident seçkilərinin legitimliyi, məntiq və hüquqlulugu, azad və demokratikliyi şübhə altına düşür. Belə bir oyun diktatura xarakterli seçki nə bu xalqa, nə bu dövlətə, nə də Sizin özünüzə xeyir və baş ucalığı gətirməz.
Hörmətlə,
İLQAR ALTAY.
İctimai Tədqiqatlar Mərkəzi
İctimai Birliyinin sədri,
elmi dərəcəli hüquqşünas.
“””””””””””””””””
Qeyd. Mən bir Azərbaycan vətəndaşı olaraq öz konstitusion hüquqlarımdan istifadə etməklə əxlaq, təhsil və intellekt səviyyəmə uygun, vətəndaşı olduğum dövlətin Prezidentinə vacib prezident seçkisi problemi ilə bağlı etika, hüquq və hörmət çərçivəsində açıq ictimai formada müraciət etdim. Ümid edirəm, mənim bu qərəzsiz tənqidi və konstruktiv, açıq və birbaşa müraciətimə dövlət başçısı öz tutduğu ali posta uygun tolerant yanaşacaq. Onun hökumət, siyasi, ictimai nümayəndələri və tərəfdarları isə, izafi canifəşanlığı kənara qoyub şəxsimə, fəaliyyət sferama, fb səhifəmə, yaxın doğmalarıma qarşı nəsə problemlər yaratmayacaq, mənəvi təxribat etməyəcəklər və mənim də adekvat addımlar atmağıma zərurət olmayacaq .

 

Ulduz, Paris, 22.02.2018

info@avropaninsesi.com