Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Bu həftə məhkəmənin qərarı ilə deputat mandatını 1 milyon dollara satmağa çalışan Gülər Əhmədovaya eks-deputat təqaüdü təyin olundu. 5 il əvvəlki korrupsiya qalmaqalının bir sıra nəticələri:
Əsas şahid Sevinc Babayeva Türkiyədə müəmmalı şəraitdə öldü.
Sevinc Babayevanın öz əcəli ilə ölmədiyini deyən oğlu Ayxan Məmmədov həbsdədir.
Korrupsiyanı ifşa edən videonu yayımlayan Elşad Abdullayev vətənə dönə bilmir. 
Elşad Abdullayevin qardaşı Mahir Abdullayev “Bandotdel” tərəfindən oğurlanıb, taleyi barədə indiyədək xəbər yoxdur.
Qanunverici orqana mandat satan Gülər Əhmədova isə 5 aylıq həbsdən sonra apelyasiya məhkəməsinin zalından azad buraxılıb. Bu gün onun imtiyazları bərpa olunub və o, eks-deputat təqaüdü alır.
Azərbaycanda korrupsiya ilə mübarizə belə aparılır.”
Sevinc Osmanqızının Facebook səhifəsindən

Ulduz, Fransa, Paris,07.06.2018

www.avropaninsesi.com

info@avropaninsesi.com

P.S. Gülər Əhmədovanın mandat alveri Mahir Abdullayevin ogurlanması cinayətinin tərkib hissəsidi. Hakimiyyət Mahir Abdullayevin ogurlanması cinayətini ört-basdır etmək məqsədilə Gülərqeyt sussurlugunun arxasında gizənibki, öz əsas cinayəti görünməsin. Gülər Əhmədova Mahir ogurlandıqdan 12 saaat sonra haradan bilirdi ki, Mahir Abdullayevi ogurlayıblar !? Azərbaycan parlamentinin sabiq deputatı Gülr Əhmədovanın Mahir Abdullayevin ogurlanması cinayətində iştirak etməsı iddia deyil, konkret cinayət faktıdır : O, cinayətin İcraçısı və “Nakolşikidir” (İstiqamət verəni)
Azərbaycan Respublikası Prezident Admnistrassiyasının rəhbəri Ramiz Mehdiyevin adından ilk olaraq mənimlə aktiv danışıqlar aparan Azərbaycan parlamentinin sabiq deputatı Gülr Əhmədova Mahir Abdullayevin ogurlanması cinayətində iştirak etməsı iddia deyil, konkret cinayət faktıdır : Gülər Əhmədova haqqında məhkəmə hökmü Azərbaycan hakimiyyəti tərəfindən siyasi sifarişlə qəbul edildiyinə görə Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova və Mahir Abdullayevin ogurlanması cinayəti işinə baxan hakimlərə Beynəlxalq sanksiya tətbiq olunmalıır.
13 oktyabr 2003-cü il tarixində saat 15 radələrində Mahir Abdullayev məkan etibarı ilə mügənni Mətanət İsgəndərlinin evindən DIN-in Banditizm Idarəsinin Qara maskalı silahlı əməkdaşları tərəfindən ogurlanıb. Bundan sonra, elə səhərisi günü, səhər saat 8 radələrndə keçmiş deputat Gülər Əhmədova Azərbaycan Beynəlxalq Universitetinin (ABU-in) rektorun qəbul otagında vasitəçisi mərhum Sevinc Babayeva ilə mənimlə Prezident Admnistrassiyasının rəhbəri Ramiz Mehdiyevin adından təcili görüşməyə gəlmişdi.
Burada məntiqi olaraq Mahir Abdullayevin ogurlanması cinayətlə onun nəticəsi arasında məntiq əlaqə var idi. Çünki, bu ana qədər mən, şəxsən keçmiş deputat Gülər Əhmədova ilə heç bir vaxt görüşməmişdim, onunla heç bir iş əlaqəsində omamışam, onunla heç bir qərəzli ədavətim də olmayıb. O, məni çaşdırmaq məqsədilə mənə dedi ki, Mahirin mənə 600 dollar borcu var. Sonra mənə bildirdi ki, Mahiri ogurlayıblar, mən bu işi 2 milyon pul müqabilində Prezident Admnistrassiyasının rəhbəri Ramiz Mehdiyevin vasitəsi ilə həll edə bilərəm. Hələ, bu zamana qədər mən Mahirin ogurlanması haqqında heç bir məlumatım yox idi. Bu səbəbdən də Azərbaycanda qadın mafiyasının başçısı Keçmiş deputat Gülər Əhmədova və Mügənni Mətanət İgəndərlinin Mahir Abdullayevin ogurlanması cinayətində birgə iştirak etməsi iddia deyil, konkret cinayət faktıdır.