%d1%81%d0%bd%d0%b8%d0%bc%d0%be%d0%ba-%d1%8d%d0%ba%d1%80%d0%b0%d0%bd%d0%b0-2016-11-16-%d0%b2-1-45-38

 

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN SİYAHISI / HESABAT … Sənəd 15 oktyabr 2016-cı ilə qədər olan dövrü əhatə edir …
AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN SİYAHISI / HESABAT:  Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hüquq professoru Elşad Abdullayevi susdurmaq məqsədilə  qardaşı oglu Mübariz Abdullayevi həqiqətə uygun omayan saxta ittihamlarla Azərbaycan diktatoru İlham Əliyevin məhkəməsi  tərəfindən 10 il azadıqdan məhrum edilib … Mübariz Abdullayevə təyin edilən saxta məhkəmə hökmünü hüquq professory Elşad Abdullayevi siyasi sifariş hesab edir .   ABU rektoru Elşad Abdullayin günahı odurki, o, Azərbzycanda adam ogurlugu ilə məşgul olan mütəşəkkikil cinayətkar təşkilatı maddi sübutların – gizli video görüntülərin əsasıda ifşa edib.

Hesabatdan çıxarış:

90. Mübariz Əslan oğlu Abdullayev Saxlanma tarixi: 21 avqust 2013-cü il İttiham: CM-in 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi Saxlandığı yer: Şəki Penitensiar Müəssisəsi İş üzrə qısa arayış: Mübariz Abdullayev ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin qardaşı oğludur.
2010-cu ildə rektoru olduğu Universitetinin lisenziyası ləğv edildikdən sonra hakimiyyətlə münasibətləri kəskinləşən və bu səbəbdən də ölkədən qaçaraq hazırda Fransada siyasi mühacirət həyatı yaşayan Elşad Abdullayev 2012-ci ilin sentyabrında qalmaqallı videonun yayılması ilə gündəmə gəlib. Videoda Elşad Abdullayevlə həmin dövrdə hakim partiyadan millət vəkili olmuş Gülər Əhmədova, o sıradan görüşdə vasitəçi kimi təqdim edilən millət vəkilinin rəfiqəsi Sevinc Babayeva arasında danışıqlar əks olunub, millət vəkili Elşad Abdullayevin millət vəkili seçilməsi üçün ondan 1 milyon manat pul istəyib və bu vəsaitin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə veriləcəyini bildirib. Bu video yayıldıqdan sonra Sevinc Babayeva naməlum şəraitdə Türkiyədə ölüb, Gülər Əhmədova isə 2013-cü ilin fevralında həbs olunub (bir müddətdən sonra o, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb). E.Abdullayev bu videodan sonra daha bir neçə qalmaqallı video yayıb və bu videoların yayılmasına görə onunla hakimiyyət arasında münasibət daha da kəskinləşib. Elşad Abdullayevin keçmiş Milli Təhlükəsizlik Nazirliyində işləyən qardaşı Mahir Abdullayev 2003-cü ildə itkin düşüb. E.Abdullayev bu hadisəyə görə də Azərbaycan hakimiyyətini, xüsusən hüquq mühafizə orqanlarını tictimai şəkildə tənqid edib. Mübariz Abdullayevə verilən ittiham da əmisi Mahir Abdullayevin itkin düşməsi ilə bağlıdır. İttihama əsasən, Mübariz Abdullayev əmisi Mahir Abdullayev itkin düşdükdən bir müddət sonra əmisi Elşad Abdullayevə zəng edərək başqa şəxs adından danışaraq qardaşının onda olduğunu və əvəzində 50 000 manat istədiyini bildirib və bu pulun Zaqatala rayonuna gətirilməsini istəyib. Lakin nəticədə Elşad Abdullayev Zaqatalaya getməyib və heç kimə heç bir vəsait verməyib. İş materiallarında bunun qarşısının Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının aldığı vurğulansa da, bunun hansı şəkildə baş verdiyi izah edilmir.
AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN SİYAHISI / HESABAT Sənəd 15 oktyabr 2016-cı ilə qədər olan dövrü əhatə edir
M.Abdullayevi 2003-cü ildə Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları həbs edərək 3 gün saxlayıb və ona qarşı cinayət işi açılıb, lakin 3 gündən sonra o sərbəst buraxılıb və yalnız 10 ildən sonra, məhz Elşad Abdullayevlə hakimiyyətin münasibətləri pisləşdikdən sonra istintaqa çağırılıb. Bu 10 il ərzində Mübariz Abdullayev bir dəfə də olsun dindirilməyib, hər hansı istintaq hərəkəti aparılmayıb. 2013-cü ildə sahə müvəkkili M.Abdullayevə onun Baş Prokurorluğa getməli olduğunu bildirib. Baş Prokurorluqda Elmar Camalovla görüşən M.Abdullayevə bildirilib ki, onun barəsində cinayət işinə baxılması üçün sənədlər məhkəməyə göndəriləcək və onun yenidən ifadəsinə ehtiyac var, lakin ondan ifadə almadan boş kağıza imza atdırıblar və onu sərbəst buraxıblar. M.Abdullayev hökm aldığı gün məhkəmə zalında həbs edilib.
M.Abdullayev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2013-cü il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi (hakim Saleh Süleymanov) 03 iyun 2014-cü ildə bu hökmü qüvvədə saxlayıb. Ali Məhkəmə də 05 mart 2015-ci ildə M.Abdullayevin şikayətini təmin etməyib. M.Abdullayevin 10 il əvvəl açılmış cinayət işi əsasında həbs edilməsi, ondan ifadə almaq əvəzinə boş kağıza imza atdırılması, məhkəmə prosesləri zamanı yalnız Kürdəmir Rayon Polis Şöbəsinin keçmiş əməkdaşlarının şahid qismində verdikləri ifadələrin əsas götürülməsi, başqa sübutların araşdırılmaması göstərir ki, onu əmisi Elşad Abdullayevin tənqidi mövqeyinə və hakimiyyətlə münasibətlərinin kəskinləşməsinə görə həbs ediblər.

 

%d1%81%d0%bd%d0%b8%d0%bc%d0%be%d0%ba-%d1%8d%d0%ba%d1%80%d0%b0%d0%bd%d0%b0-2016-11-16-%d0%b2-2-32-21

 

Hüquq professoru Elşad Abdullayev

Fransa, Paris, 16.11.2016

 

Daha ətraflı izlə avropaninsesi.com:
Mübariz Abdullayev; Tehran Abdullayev; Mahir Abdullayev; Oktay Gülalıyev; Adil İsmayılov; Azad Mürsəliyev;  Siyasi girov;  Siyasi məhbus;  Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi Hesabatı;  AAMBŞ-in İctimai Təhqiqat Komisiyyasının Hesabatı; Azərbaycan Beynəlxalq Universiteti;  ABU; Akif Çovdarov; MTN İşi;  Hilal Əsədov; Rəsul Rəsulov; Fikrət Əliyev;  Hacı Məmmədov; Polis İşi; Gülər Əhmədova; Gülərqeyt Isi; mügənni Mətanət İsgəndərli ; Ələddin Əsədov; Sənan İbrahimov; Qulu Cəfərov; Azərbaycan Prezidentinin köməkçüsi Əli Həsənovun arvadı Sonanın uşaqları – reket jurnalistlər:  Asif Mərzili; Zümrüd Mədəmmədova; Habil Vəliyev; Əfqan Muxtarlı
info@avropaninsesi.com

 

 

 

 

Print Friendly, PDF & Email