Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

Foto: Soldan 3-cü  Sadagat İsmayılova – ABU valideyini

 

Azərbaycanda təhsil böhranından çıxmaq üçün ailə-feodal təhsil sistemi ləgv olunmalı, ABU-in fəaliyyəti bərpa olunmalıdır ! – Sadagat İsmayılova – ABU valideyini

 

Sadagat Ismayilova :

Hakimiyyətə lazim olan heykəllərdi, unversetlər deyil. Bir Azərbaycan Beynəlxalq Universitetinin (ABU) valideyini olaraq  bildirmək istəyirəm ki, ABU  ən asagı təhsil haqqi olan  və yüksək kefiyyətli təhsil verən universit idi.  Burada olan kefiyyetli təhsil kasib xalqa sərf edirdi. Bu səbəbdən də korrusioner  hakimiyyətə ise serf etmeyən nümunəvi təhsil ocagı idi.

 

Elshad Abdullayev :

Sadəqat xanım, Sizin Yeni iliniz və 2018-ci ilin ən casarətli ABU valideyini seçilməyiniz münasibətilə təbrik edirəm!!! – Azərbaycan Beynəlxalq Universitetinin (ABU) baglanması siyasi sifarişdir. Dövlət büdcəsindən bir stəkan su almayan xalq arasinda”Qara camaat”ın Ali Təhsil Müəssisəsi kimi taninan Azərbaycan Beynəlxalq Universitetində illik təhsil haqqı 450-800 dollar idi, amma toxunulmazlıq imtiyazına malik olan və dövlət büdcəsindən yüz milyardlarla maliyyələşdirilən Azərbaycan diktatoru İlham Əliyevin ailə üzvülərinə məxsus korrupsiyalaşmış “Univermaqlar”ında təhsil haqqı 5 – 9 min Dollardı !? Yalnız, elə 2018-ci ilin ilk həftəsində prezidentin baldızı Nərgiz Paşayevanın rektoru oldigu Moskva Dövlət Universitetinin Bakı Filalına dövlət büdcəsindən 40 milyon dollar pul ayrılıb, yaxud prezidentin arvadımının əmisi Hafiz Paşayevin rektoru oldugu Diplomatik Akademiyaya dövlət büdcəsindən 40 milyon dollar pul ayrılıb. Halbuki, əksinə olaraq dövlət büdcəsindən bir stəkna su almayan ABU hər il dövlət büdcəsinə 2 milyon dollara yaxın vergi ödəyirdi…,

– Bunu necə başa düşmək olar ?!

– Və de fakto təhsilin keyfiyyətinə görə də ABU ailə-feodal Universitetlərdən öndə gedirdi. Krimnallaşmış ailə Universitetləri öz qzetlərində və TV-də bizdən guya öndə idilər. Amma, Prezident Aparatının öz “Abutreyent” jurnalına görə ABU fəaliyyətdə oldugu müddətdə reytinq göstəricilərinə görə paşayevlərin-mehdiyevlərin  korupsiyalaşmış ailə universitetlərindən öndə idi. Bu səbəbdən də reytinq göstəricisinə ABU-dan geri qalan korrupsiya bataqlıgında olan ailə universiteyləri baglanmalıdı. Məhz, bu deməyə əsas verir ki, ABU-in baglanması siyasi sifarişdir, onun fəaliyyətinin baglanması üçün hüç bir hüquqi əsası yox idi. Hətta, Əliyev rejimi qardaşımı ogurlayıb məndən ABU-ni tələb edirdilər, budur bu hakimiyyətin kriminal mahiyyəti. Mahir Abdullayevin ogurlanması cinayəti və bu müstəvidə ABU-in baglanmsı despotik Əliyev diktatorlugunun siyasi sifarişidir.

 

Sadagat Ismayilova :

ABu xalqina xidmet eden unversitet idi yeni xalqin cibine uyqun kefiyyetli tehsil var idi ve ABU gorkemi Avropa unversetlerine uyqun men bu nversete geden ozmu Avropa unversetlerinde hiss edirdim ancaq bu unversitet niye hakimiyyeti narahat etdi bilmirem korrupsiya deyirsinizse basqa unversetlere baxanda en asaqi mebleq burda idi mesdibada hesen beyin sozu olmasin bes neyi bu hakimiyyetin xosuna gelmedi bu boyuklukde unverseti daqitdi beli bu hakimiyyetin yegane plani xalqin xeyrine ne varsa mehv etmek lazimdir. Ne qeder gencin heyati ile oynayib strese saldilar niye bilmirem ? Onu bilirem ki xalqina dusmen bele bbir hakimiyyet tanimadim ?

 

Elshad Abdullayev :

Bir milləti məhv etmək ücün onun müəllimini gözddən salmaq kifayətdir. Ölkənin qabaqcıl təhsil işçisi əliyev diktatorlugunun təqiblərindən Fransaya mühacirat edib! Yüz minlərlə ziyallı insanlarımız Avropaya mühacirat edib, yüz minlərlə yüksək əmək qabiliyyətli mühacirləri öz dogma vətəninə qaytarılmalıdır…

 

Sadagat Ismayilova :

Lakin, hamıya məlumduki ABU-in baglanmasının heç bir hüquqi əsası yoxdur, ədalətsizlikdir.

Fikir verin, əgər, yerində ABU-dan yaxşı Ali Təhsil Müəssisəsi yaradıldımı !?

Əsla yox!

ABU-in yerndə əliyevin despotik diktatura rejiminə xidəmt edən Mehriban Əliyevanın ailəvi təhsil sistemi yaradıldı. O, Azərbaycan təhsil sistemini öz qohum-əqrəbalarından ibarət mafiyalaşmış korrupsioner ailəvi təhsil manopoliyasına çevirdi.

Xalq arasında Mehriban Əliyevann Azərbaycan Təhsil Sisteminə Qayınata-Qayınana Univermagaı da deyilir :

I yerdə: Aviasiya Akademiyasi, rektor prezidentin qayinatasi Arif Paşayev. Bu universitetə xalq arasında Qayınata Univermagı deyirlər;
II yerdə: Moskva Dövlet Universitetinin Baki filiali, rektor prezidentin arvadının bacısı, baldızı Nərgiz Paşayeva. Xalq arasında Baldız Univermagı deyirlər;


III yerdə: Azərbaycan Diplomatiya Akademiyasi, rektor prezidentin arvadinin əmisi Hafiz-Pasayev. Xalq arasında Əmi Univermagı deyirlər;
IV yerdə: AZI-ADANA, rektor prezidentin dayisinın (Cəmil Əliyev) bacanağı Siyavus Karayev. Xalq arasında Bacanag Univermagı deyirlər;
V yerdə: Odlar Yurdu Universiteti, payçı tesiscisi prezidentin arvadinin bibisi oglu Altay Məmmədov. Xalq arasında Bibioglu Univermagı deyilir;


Vl yerdə: Təfəkkür Universiteti, bilavasitə idarə edən prezidentin arvadının yaxını deputat Ziya Səmədzadə. Xalq arasında prezidentin arvadının Deputat Univermagı deyilir.

Vll yerdə. Paşayevlər klanının növbəti Qayınata-Qayınana Unvermaqlarından biri də bilavasitə Mehriban Əliyevanın rəhbərliyi ilə yaradılan İ.M.Seçenov adına Brinci Moskva Dövlət Tibb Universitetinin Bakı Filialıdır.  Xalq arasında Mehriban Əliyvanın Tibb

Universiteti kimi tanınır. Rektor prezidentin dayısı Cəmil Əliyevin oglu Əziz Əliyevdir. Xalq arasında Dayı oglu univermagı deyilir . 

Yerdə qalan universitetlərdə ailəvi korrupsiya prinsipi üzrə fprmalaşıbdı.

VIll yerdə: Bakı Dövlət Universiteti, Rektor Abel Məhərrəmov, əlaqələndirici prezidentin bibisi Rəfiqə Əliyeva. Xalq arasında Bibi Universiteti deyirlər. Əslində BDU-in əsas Xozeyini Prezident Admnistrassiyasının rəhbəri Ramiz Mehdiyevin arvadı Qala xanımdır (Qalina Artunyanovna Yuryeviç) ;

lX yerdə  Bakı Biznes Universitetinin  rektoru İbad Abbasov olsada, Universitetin faktiki sahibi  Prezident Admnistrassiyasının rəhbəri Ramiz Mehdiyevin qudası Nazirlər Kabinetində Elm Şöbəsinin müdüri vəzifəsində çalışan İsmayıl Əliyevdir.İsmayıl Əliyevin qızı Ramiz Mehdiyevin oglu Teymur Mehdiyevin həyat yoldaşıdır. Bu Universitetə xalq arasında Ramiz Mehdiyevin Quda Universiteti deyilir və s.

Xatırlatmaq istəyirəm ki, ölkədə mövcud Ali Təhsil Müssisələri hakim mehdiyevlər-əliyevlər ailə üzvülərinin nüfuz dairəsinə bölünüb. Bəyənmədiyimiz sovet dövlət təhsil sistemi ləgv edilib, əvəzində ailə təhsil sistemi yaradılıb. Bunların özlərinə diqqət yetirəndə başa düşmək olur ki, bu adamların heç birinin normal təhsil səviyyəsi yoxdur.

 

Bu yazımla cox hörmətli Elşad müəllimə və ABU tələbələrinə bildirmək istəyirəm, Hörmətli rektorumuz bu ağır gündə biz sizinləyik. Sizə inanırıq. Sizə qarşı yalan və böhtanlara öz etirazımızı bildiririk. Ölkədə təhsil böhranından çıxmaq üçün korrupsiyaya qurşanmış ailə-feodal təhsil sistemi ləgv olunsun, ABU-in fəaliyyəti bərpa olunmalıdır !

 

Sadaqət İsmayılova, ABU-in valideyini, Facebook səhifəsindən,

Rəşad, Paris, 12.01.2018

info@avropaninsesi.com