Print Friendly, PDF & Email

 

 

 

 

 

 

Foto: Candice Imbert / Council of Europe

Avropa Şurası Parlament Assambleyasının İspaniyadan olan depuatı pedro Agramunt qurumdan istefa verib. Bu barədə İspaniyanın “Elmundo.es” saytı məlumat yayıb. Saytın xəbərinə görə, P.Aqramunt bu xəbəri dünən təsdiqləyib.

İspaniyalı deputatın ölkənin Senatından da istefası məsələsinə baxılacaq.

Aqramunt və AŞPA-nın Səməd Seyidov da daxil olmaqla digər 3 deputatı bgir neçə gün əvvəl qurumun Qaydalar Komitəsi tərəfindən cəzalandırılıb. Azərbaycanla münasibətdə AŞPA-nın etik qaydalarını pozan, korrupsiyaya yol verən 4 deputata fərdi sanksiya tətbiq olunub. Aqramun 10 il, digər 3 deputat isə 2 il ərzində AŞPA-da seçmə və seçilmə hüququ da daxil olmaqla bir sıra hüquqlarından məhrum ediliblər.

Qaydalar Komitəsinin qərarından sonra buna münasibət bildirən və bir neçə ildir Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri olan Səməd Seyidov deyib ki, ona tətbiq olunan sanksiya ilə fəxr edir. O, Avropa Şurasının qərarını əsassız hesab edir və bunu erməni lobbisinin fəaliyyəti ilə əlaqələndirir.