Print Friendly, PDF & Email

 

 

 

 

 

 

Foto: ABU-in Prorektoru Hacı Əyyub Əzizov, Azərbaycanın xalq rəssamı Tahir Salahov və ABU rektoru Elşad Abdullayev, Bakı, 2009-cu il

 

 

Azərbaycanın xalq rəssamı Tahir Salahov 1928–ci il noyabr ayının 29–da Bakı şəhərində anadan olub. 1957–ci ildə V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu rəssam–nəqqaş peşəsi üzrə bitirib.

1960–1961–ci illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katib vəzifəsində, sonra 1963–74–cü illərdə isə M.Ə.Əliyev adına Azərbaycan Dövlət Teatr institutunda dosent, professor vəzifələrində çalışıb. Sənətkar 20 il Rəssamlıq Atelyesinə rəhbərlik edib, 1980–1992–ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq və kompozisiya kafedrasının müdiri olub.

Çoxillik pedaqoji fəaliyyətində Azərbaycan İncəsənət İnstitutu, eləcə də V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda gənc rəssamlar yetişdirib.

 

 

 

 

 

 

 

 

Azərbaycanın xalq rəssamı Tahir Salahov Fransanın “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib

 

 

 

T.Salahov öz əsərləri ilə Qərb və Şərq arasında körpü yaradan sənətkarlardandır. O, özünəməxsus tərzdə – boyaların dili ilə Fransa xalqının da qəlbini fəth edib. Rəssam Parisdə təşkil edilən sərgilərində Azərbaycan xalqının malik olduğu yüksək mədəni dəyərləri bir daha qərb tamaşaçılarının diqqətinə çatdırıb.

Diplomat deyib ki, sənətkarın əsərlərinə qiymət verən fransız modelyer Pyer Kardin öz məqaləsində rəssamı tarixdə böyük iz qoyacaq sənətkar kimi dəyərləndirərək, onun əsərlərində xüsusi bir reallıq olduğunu vurğulayıb: “Biz bu yüksək mükafatı Tahir Salahova Fransada təqdim etmək niyyətində idik. Lakin sənətkar israrla burada, Bakıda təqdim olunmasını istədi. Bu, bir daha onun doğma yurda bağlılığını, Azərbaycana sevgisini göstərir”.

Səfir Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı olan “Şərəf Legionu” ordenini T.Salahova təqdim edib.

T.Salahov da öz növbəsində, səfirə və Fransa dövlətinin başçısına minnətdarlığını bildirib.

Dünya şöhrətli rəssam deyib: “İlk dəfə 1963-cü ildə Fransada təşkil edilən sərgidə gənc rəssam kimi iştirak etməyimə baxmayaraq, əsərlərim sevildi. Dünya şöhrətli bəstəkar Qara Qarayevin portreti xüsusi maraqla qarşılandı”.

Sənətkar bildirib ki, bu gün məhz burada toplaşmağımıza səbəb Bakının ürəyi sayılan qədim İçərişəhərdir: “Çünki İçərişəhərdə M.Lermontov, A.Düma, M.Rostropoviç, P.Kardin kimi neçə-neçə bənzərsiz söz və incəsənət xadimləri olub. Bu baxımdan da təqdimatın burada təşkili mənim üçün olduqca əhəmiyyətlidir”.

Sonda bütün iştirakçılara minnətdarlığını bildirən T.Salahov bu mükafatı təkcə özünə yox, bütövlükdə Azərbaycan təsviri sənətinə verilən yüksək qiymət kimi dəyərləndirib.

 

 

 

 

 

 

 

 

Video:  Azərbaycanın xalq rəssamı Tahir Salahov ABU-da