Print Friendly, PDF & Email

 

 

 

 

Azərbaycanlı alim professor Rafiq Əliyev Lütfi Zadənin vəsiyyətindən İMTİNA ETDİ

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə mirasının bir hissəsini professor Rafiq Əliyevə vəsiyyət edib.
Bu barədə Publika.az-a məlumat verən, R.Əliyev mirasdan tam imtina etdiyini deyib:
“Həmin mirası özəl məqsədlərim, ailəmə xərcləyə bilməzdim. Ona görə də, həmin vəsaitin hamısını Lütfi Zadənin irsini təbliğ və tədqiq edən beynəlxalq elmi mərkəzə – “Zadə irsi və süni intellekt” Assosiasiyasına bağışladım. Həmin vəsait elm adamları, xəstə olan,xaricə təhsil almaq istəyən tələbələrə xərclənəcək. Bu sahə ilə məşğul olan alimlərə kömək və təqaüd məqsədilə istifadə ediləcək. Oradan 1 dollar da olsun istifadə etməyəcəm”.
R.Əliyev Lütfi Zadənin sağlığında bu mirasdan xəbərdar olmadığını deyib:
“Bu barədə bir neçə gün öncə Lütfi Zadənin oğlu Norman mənə vəsiyyət barədə məktub yazdı. Mən də həmin vəsaitin elm üçün xərclənməsini uyğun bildim. Sağlığında o, jurnalist Mir Şahin Ağayevə müsahibəsində mənəvi irsi barədə vəsiyyətini açıqlamışdı. Həmin müsahibədə mənəvi irsini mənə bağışladığını demişdi. Biz onunla birlikdə kitab yazmışdıq, birlikdə işləmişik. Bu yaxınlarda birlikdə yazdığımız kitab çap ediləcək. Onun qonanarını da oğluna göndərəcəm”.
Qeyd edək ki, dünya şöhrətli alim Lütfi Zadə bu ilin sentyabrın 6-da dünyasını dəyişib.
Gülxar