Azərbaycanlıların etiraz nümayişi zamanı ermənilər də Ermənistan səfirliyinin qarşısında dayanaraq əks-şüarlar səsləndirib, Ermənistan bayrağını sərgiləyiblər.

Etiraz nümayişi zamanı azərbaycanlı və ermənilər arasında qarşıdurma da yanaşıb, xəsarət alanlar olub. Onları polis ayırıb.

Cümə günü Britaniya paytaxtı Londonda azərbaycanlılar Ermənistan Səfirliyinin qarşısında Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində döyüşlər ilə əlaqədar olaraq etiraz nümayişi keçiriblər.

Əllərində Azərbaycan və Türkiyə bayraqları tutmuş onlarca azərbaycanlı “Qarabağ”, “Qarabag bizimdir, bizim olacaq”, “Utan, Ermənistan” kimi şüarlar səsləndirib.

 

 

Print Friendly, PDF & Email