Image may contain: 2 people, people standing, crowd and outdoor

Bakıda, Yasamal rayonunda yerləşən Məhsul stadionunda müxalifətin Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq və ölkədən oğurlanmış pulların geri qaytarılması tələblərilə mitinqi keçirilib. Bu mitinq kütləviliyi baxımından son illərin ən izdihamlı mitinqi olub. Məhsul stadionu demək olar ki, dolub, minlərlə iştirakçı isə mitinqi stadiondan kənarda izləyib – polsi qapıları bağlayaraq onları stadiona buraxmayıb.

Ərazidə internet kəsilib, bu üzdən də mitinqdən canlı yayım etmək, davamlı video və foto çəkilişlər paylaşmaq mümkün olmayıb.

Xatırladaq ki, mitinqi Milli Şura təyin edib. Müsavat, ADR hərəkatı, ReAl partiyası və demokratik düşərgənin bir sıra başqa təşkilatları, ictimaiyyət və siyasət adamları mitinqə dəstək verib.

Mitinqdə “Bu vətən bizimdir”, “ Siyasi məhbuslara azadlıq”, “Mehman Hüseynova azadlıq”, “Biz qalib gələcəyik” və başqa şüarlar yazılmış plakatlar qaldırılıb. Aksiya iştirakçıları tez-tez “Azadlıq” və “İstefa” şüarları səsləndirilib.

Mitinqdən daha geniş reportaj təqdim edəcəyik.

Image may contain: one or more people, crowd and outdoor

 

azadliq.info

 

 

 

 

Print Friendly, PDF & Email