Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

Oktay Gülalıyev acebook səhifəsində paylaşıb:  “OXUYAQ, PAYLAŞAQ, DƏSTƏK OLAQ!!!

“Bandotdel”- də girov saxlanılan Saleh Rüstəmovun ölüm xəbəri yayılıb…

Dostlar, biabırçı “əfv sərəncamı”- nın ardınca daha üzücü bir xəbər aldıq. 18 gündür oğurlanıb girov saxlanılan Elçibəy hakimiyyətinin keçmiş icra başçısı Saleh Rüstəmovun ölüm xəbəri yayılıb. Onun “bandotdel”- də işgəncə altında həyatını itirdiyi bildirilir. Məlumatın nə qədər doğru olduğunu bilmirəm. Ümid edirəm təki belə olmasın.

Amma az öncə etibarlı mənbələrdən aldığım məlumata görə bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin və vəkilinin israrına baxmayaraq Saleh Rüstəmovu onlarla görüşdürməyiblər. Bu hal ciddi narahatlıq yaradır və yayılan məlumatın çox təəssüf ki mötəbərliliyini artırır.

Dostlar, Saleh Rüstəmov öldürülbsə bu cinayət hakimiyyət tərəfindən həyata keçirilmiş siyasi qətldir. Biz bu biabırçılığa, vandalizmə, dərəbəyliyə göz yuma bilmərik.

Sizləri Saleh Rüstəmovla bağlı sabah saat 12- də fövqəladə şəkildə toplanmağa, onun tapılması ilə bağlı xüsusi kampaniyaya başlamağa çağırırıam. Mən bir hüquq müdafiəçisi olaraq ölkəmdə belə biabırçılığın baş verməsinə görə utanıram.

Heç kim susmamalıdır. Ona görə yox ki, bu hal sabah hamının başına gələ bilər. Həm də ona görə ki, Saleh Rüstəmovun başına gətirilənlər 100 illiyini qeyd etdiyimiz cumhuriyyt dəyərlərinə ziddir. Həm də insanlıq adına nə varsa ona da ziddir.

Gəlin susmayaq, etiraz səsimizi qaldıraq. Sabah saat 12.00- da hamı bir araya gəlsin!

P.S. Sabah (artıq bu gün- red.) saat 12- də “bandotdel”- ə gedib Saleh Rüstəmovla bağlı məlumat almağa çalışacaq, saat 13.00- da isə toplantı- zal tədbiri keçirəcəyik.”

 

L’image contient peut-être : 1 personne, texte