Print Friendly, PDF & Email

 

 

 

 

 

Realmediagrouptv@gmail.com
Baş redaktorun şikayətinə baxan yoxdur: «Məni Mətbuat Şurasının və Azər Mirzəyevin şərindən, xilas edin»

“Realnewsinfo.com” xəbər saytının Təsisçisi və Baş Redaktoru Emin Haqq qeyd edir ki, son günlər Hirkan Milli Parkın direktoru Azər Mirzəyevin onun haqqında məqsədli şikayyətləri ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Vitse Prezidenti Mehriban Əliyevaya, DTX-nin rəisi Mədət Quliyevə, Baş Prokuror Zakir Qaralova, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimova, Daxili İşlər Naziri Ramil Usubova və Mətbuat Şurasının sədri Əflatun Amaşova rəsmi müraciət edib.
Jurnalist müraciətində Mətbuat Şurasının İdarə Heyətinin və şikayətlər üzrə komisiya üzüvlərinin, eyni zamanda Hirkan Milli Parkının direktoru Azər Mirzəyev cəzalandırılması, istintaqın daha dinamik aparılması üçün müvafiq tapşırıq verilməsini xahiş edib. Baş redaktor müraciətində qeyd edir ki, Mətbuat şurasının İdarə Heyəti tərəfindən dünən saytda yazıların çıxarılması muqabilində ona rüşvət təklif olunub. Jurnalist bildirir ki, rüşvət təklifini təsdiq edən səs yazılarını tezliklə ictimaiyyətə təqdim edəcək.
“Realnewsinfo.com” xəbər portalının redaktoru, Emin Haqq Hirkan Milli Parkının müdiri vəzifəsini icra edən Azər Mirzəyevin yarıtmaz fəaliyyəti və bununla bağlı Lənkəran, Astara rayon sakinlərinin narazılıqlarını özündə əksetdirən müraciət hazırlayaraq Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə göndərib. Müraciətin mətnini aşağıda olduğu kimi dərc edirik:

Müraciətdə deyilir:

– Hörmətli Prezident,

“Diqqətinizə çatdırım ki, rəhbərlik etdiyim “realnewsinfo.com” xəbər saytı fəaliyyətə başladığı gündən Azərbaycan qanunlarına müvafiq formada fəaliyyət göstərir. Fəaliyyət göstərdiyimiz müddətdə hər zaman Azərbaycan Dövlətinin mənafeyini dünyada hər şeydən üstün tutmuşuq. Eyni zamanda Sizin – Azərbaycan Respublikasının Prezidentinin media ilə bağlı fəaliyyətinizi təqdir edirik. Milli Mətbuatın 140 iliyi ilə bağlı Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşünüz zamanı söylədiyiniz, “Media problemlərin aşkara çıxarılması üçün mənim ən yaxın dəstəkçilərimdən biridir” – fikiri bu gündə tərəfimizdən səmimiyyətlə qəbul edilir. “Bundan sonra da ölkədə baş verən hər hansı pozuntu hadisəsinə qarşı mətbuatı fəal olmağa çağırıram” – fikrinizi Azərbaycan Prezidentinin bu sahəyə dəstəyi kimi dəyərləndiririk. Siz mediada yer alan tənqidlər barədə danışaraq bildirdiniz ki, medianın müxtəlif sahələri tənqid etməsini təqdir edirsiniz, bəzən özünüzdə də, müxtəlif tənqidi məqamlar, çatışmazlıqlarla bağlı məsələləri məhz mediadan öyrənir, bununla bağlı müxtəlif göstərişlər verirsiniz.

Cənab Prezident!

Əslində bizim hər – hansı Azərbaycan məmuru ilə də problemimiz yoxdur. Biz sadəcə məhz Sizin də qeyd etdiyiniz kimi ölkədə baş verən məmur özbaşınalığı, korrupsiya və mənimsəmə halları ilə bağlı məlumatlar dərc edir, araşdırmalar aparırıq. Deməli “Realnewsinfo.com” un dərc etdiyi araşdırmalar və operativ informasiyalar məhz bizim ölkəmizdə bu işlə məşğul olan kimlərinsə xoşuna gəlmir. Hesab edirik ki, elə ona görə də xakerlər tərəfindən arası kəsilmədən edilən hücumların arxasında hansısa maraqlı şəxs və ya şəxslər dururlar. Onu da əlavə edək ki, bu məsələ ilə bağlı hər hansı göstərişin sıravi vətəndaş tərəfindən verilməsi də inandırıcı görünmür.
Deməli hər hansı məmurun qanunsuz hərəkəti ilə bağlı tənqidi fikrin yazılması, dərhal həmin mətbuat orqanının məhkəmə qərarına ehtiyac olmadan fəaliyyətinin dayanmasına səbəb olacaq. Mən son günlər hələ ki, məlum olmayan şəxs və ya şəxslərin mənə qarşı qisasçılıq hissini görürəm. Bunu özüm və ailəm üçün ciddi təhlükə hesab edirəm. Hələ ki, naməlum olan şəxs və ya şəxslər sanki bütün fəaliyyətlərini bu saytın yox edilməsi istiqamətində birləşdiriblər. Həmin informasiya və araşdırmaları isə özü-özünə deyil, məhz mənim tərəfimdən hazırlanır və dərc edilir. Deməli bu qəzəbin əsas ünvanı da mən və ailəmdir.

«İnanıram ki, ölkə prezidenti Cənab İlham Əliyev səsimə səs verib, məni məmur şərindən, haqsız suçlamalardan, qanunsuz və əsassız məhkəmə hökmlərindən xilas edəcəkdir».
“Realnewsinfo.com” xəbər saytının Baş redaktoru olaraq mən Azərbaycanımız üçün kifayət qədər uğura imza atmışam. Mənim hazırladığım reportajlar, habelə verdiyim məlumatlar öz dürüstlüyü, obyektivliyi və tərəfsizliyi ilə fərqlənib.
Mən 10 ildir ki, mətbuat sahəsində çalışıram. Bu günə kimi vətənpərvərlik, dövlət və dövlətçilik ideyaları mövzusunda, eləcə də sizin yürütdüyünüz siyasət nəticəsində ölkəmizdə baş verən iqtisadi inkişafa həsr olunmuş yüzlərlə məqalənin müəllifiyəm. Mənim bu gün Sizə müraciət etməkdə məqsədim, Lənkəran rayonunundan bir çox sakinlərin Hirkan Milli Parkı ilə bağlı narahatçılıqlarını sizin nəzər, diqqətinizə çatdirmaqdir.

Cənab prezident,

Sizin bir sıra təbitəin və ətaf muhitin qorunması ilə bağlı müşavirələrdəki çıxışınızdan sonra Hirkan Milli Parkının direktoru Azər Mirzəyevin qanunsuz əməlləri haqqında məlumatlar yayıldı. Həmin məlumatları digər media orqanları kimi biz də verərək,Azər Mirzəyevin bu hərəkətini dövlətin siyasətinə zidd bir addım olduğunu və bu hadisənin iqtidara qarşı narazı bir təbəqə yaratdığını vurğuladıq. Lakin ona bu əmri verən Lənkəran rayon İcra Başçısı Taleh Qaraşovdur. Bunlara baxmayaraq “qanun mənəm” fikirləri ilə Milli Parka rəhbərlik edən Azər Mirzəyevin qanunsuz əməlləri barəsində dəfələrlə cinayyət işi açılıb, dəfələrlə məhkəmə hökümləri verilib amma icra olunmamış və ona görə də Azər Mirzəyev hələ də azadlıqdadır. Onun azadlıqda gəzməsi məni və ailəmi ciddi təhlükə altında qoyur.

Cənab Prezident,

Mən Hirkan Milli Parkının direktoru Azər Mirzəyev barəsində mətbuatda yazdığım bütün yazılarımın məsuliyyətini daşımağa hazıram, yazı yazarkən də heç bir qərəzçiliyə, böhtana yol verməmişəm. Azər Mirzəyevin qanunsuz əməlləri sadalanmaqla bitib tükənmir. Ancaq bunu araşdran yoxdur. Bu şəxs yaşıllıqlara qənim kəsilərək sözü gedən parkı “terrora” məruz qoyub. Bu şəxsin “qoruyucu mələkləri” Ekologiya Nazirliyi və Lənkəran rayon rayon İcra Hakimiyyətidir. Bu “qoruyucu mələklər” bu gün nəqədər ki, vəzifədə əyləşiblərsə onun qanunsuz əməllərinə dəstək verirlər.
Odur ki, Sizdən məni Azər Mirzəyevin şər və böhtanından, Azər Mirzəyevi mudafiə edən Mətbuat Şurasının özlərinin yaratdıqı öz daxili mafiya quruplaşmasının qarşısının alınmasında və həmin şuranın isə ədalətsiz hökmündən xilas etməyinizi xahiş edirəm”. Mətbuat Şurasının maraq dairəsi ondan ibarətdir ki, mən Hirkan Milli Parkının direktoru Azər Mirzəyevin qanunsuz əməlləri barəsində yazdıqım xəbərlərə SON qoyum və AZər Mirzəyev haqqında təkzib yazaraq bütün KİV numayəndələrinə göndərməyim tələb olunub. Ümummili Liderimiz Heydər Əliyevin Sovetlər dönəmində respublikaya rəhbərlik etdiyi illərdə yaşıllıqları məhv edən, bir ağacın budaqını kəsən mənim ailəmin, mənim övladlarımın başını kəsir dediyi sözlər Azər Mirzəyev və onu mudafiə edən bəzi idarə rəhbərləri üçün görünür heç bir əhəmiyyət daşımır. Xüsusilə qeyd etmək istəyirəm ki, o dövürdə bizlər üçün yaradilmiş şəraitə görə Dahi Öndərə borcluyuq.

Cənab Prezident!

Mən hələ bu günə kimi, şəxsi problemlərim ilə bağlı Sizə müraciət etməmişəm. Lakin indi, Hirkan Mİlli Parkının Direktoru Azər Mirzəyevin qanunsuz əməlləri barəsində məlumatı sizə çatdirmağı özümə borc bildim. Lənkəran sakinləri Əliyev Hümmət, Şahgəldiyeva Ayna bizə ünvanladıqları yazılı müraciətlərdə və canlı söhbətlərdə Hirkan Milli Parkının müdiri ilə bağlı haqlı naraziliqlarını çatdirirlar. Odur ki, mənim üçün əziz və doğma olan kasıb təbəqənin fikirlərinə şərik olaraq Sizə müraciət edirəm, Sizdən, şanlı tarixi olan Lənkəranda Hirkan Milli Parkını rüşvətxor, sərişdəsiz, atdığı addimlarla yaşıllıqlara qənim kəsilən, sakinləri dövlətdən incik salmağa çalışan Azər Mirzəyevin əlindən almanızı xahiş edirik.

Cənab Prezident!

Tarixi reallıqdan bəllidir ki,əbədilik qazanan böyük şəxsiyyətləri tarix az-az yetişdirir.Əqidəsi xalqının azadlığı,inkişafı qüdrətlənməsi uğurunda mübarizəyə həsr olunmuş belə insanlar zaman keçdikcə daha əzəmətli olurlar.Azərbaycanın milli sərvəti olan nəhəng şəxsiyyətlər əməlləri və təfəkürləri ilə yaddaşlarda əbədi qalırlar.Zəmanəmizin ən nəhəng və heyrətamiz şəxsiyyəti olan Ümummilli Liderimiz Heydər Əliyev məhz belə şəxsiyyətlərdən biri idi və əbədi olaraq nəinki Azərbaycan Xalqının yaddaşında eyni qayda da,dunya siyasət tarixində əbədi yaşayacaq və onun siyasi irsi akademik araşdırma predmeti olacaq.
Lənkəran, Astara, Lerik, Masallı ziyalıları, pedaqoqları sadə əhali ilə birlikdə daima Sizin qətiyyətli siyasətinizi dəstəkləməklə yanaşı, Sizin təbliğatçınız olub. İndən sonra da Sizə və Sizin siyasi komandanıza inam davam edəcək. Elə bu inamın əsasında, ümüd edirik ki, tezliklə Lənkəranda yerləşən Hirkan Milli Parkı təsadüfi insanlardan xilas olacaq. Lənkəranda yaşıllıqların gələcək inkişafını istəyən hər bir Lənkəranlının istəyi budur.

Cənab Prezident!

Bütün bunlardan sonra ümidim Sizə qalıb. Mənə yardım edib-etməməyinizdən asılı olmayaraq Sizə minnətdarlığımı bildirir və xahiş edirəm ki, vaxt ayırıb məni qəbul edəsiniz”. Bildirirəm ki, müvafiq qurumların rəhbərlərinə dəfələrlə Hirkan Milli Parkının direktoru Azər Mirzəyevin qanunsuz əməlləri barəsində sakinlərin müraciət etməsinə baxmayaraq, səsinə səs verən, problemi ilə maraqlanan yoxdur. Bu səbəbdən də böyük ümid bəslədiyi Azərbaycan Reaspublikasının Prezidenti İlham Əliyevdən səbirsizliklə cavab gözləyirlər.

Öncədən Sizə böyük ehtiramımızı və səmimi təşəkkürümüzü bildiririk.

Cənab Prezident!

Mətbuat Şurasının İdarə Heyətinin dəvəti ilə 29 dekabr 2017- ci ildə təşkil etdikləri iclasda iştirak etdim. Şuranın bu qədər fakt varkən Hirkan Milli Parkının direktorunun maraqlarının qoruması və məni yazıları davam edəcəyim halda Huquq mühafizə orqanları tərəfindən həbs etdirəcəklərini açıq ifadə etmələri təəssüf doğurur. Ən dəhşətlisi odur ki, mən yazıları saytdan çıxartmaqda imtina etdikdə onlar mənə rüşvət təklif etdilər. Mən təklif olunan rüşvətdən imtina etdim. Bundan sonra məni həbs etdirəcəyini söyləyən Mətbuat Şurasının səlahiyyətliləri unutmuşdular ki, iclasda baş verənləri və iclasdan sonra davam edən rüşvət təklifini lentə almışam.

Cənab Prezident!
Mətbuat Şurasının rəhbərliyinin fəaliyyət göstərdiyim saytı bağlamaqla məni hədələməsidə qanunsuzluqdur.
Yox əgər “Realnewsinfo.com” xəbər saytının fəaliyyətinin dayandırılması vacibdirsə və ya lazımdırsa bunu məhz Siz – Azərbaycan Respublikasının Prezidenti olaraq edin. Əksinə, fəaliyyət göstərməyimizi istəyirsinizsə o halda da məhz Siz – Azərbaycan Respublikasının Prezidenti olaraq bu problemin həllində bizə kömək edin”.

HAZIRLADI ARAŞDIRMAÇI – JURNALİST EMİN HAQQ

“REALNEWSİNFO.COM” PORTALI İLƏ ƏLAQƏ: tel; (+99450)-330 73 07 , e-mail “Realmediagrouptv@gmail.com

 

Ulduz, Paris, 08.01.2018

info@avropaninsesi.com