Print Friendly, PDF & Email

 

 

 

 

Azərbaycan Beynəlxalq Bankın” “Yasamal” filialı ilə bağlı cinayət işi açılıb. Belə ki, Beynəlxalq Bankın İpoteka Şöbəsində külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktı ilə İpoteka Şöbəsinin təqsirləndirilən 3 nəfər əməkdaşı haqda, ipoteka şöbəsinin keçmiş müdiri Çıraqəliyev Əmir, Baş kredit mütəxəssisi Ağazadə Tofiq və hazırda axtarışda olan digər kredit mütəxəssisi Nəsibov Samir olmaqla barələrində həbs qətimkan tədbiri seçilib. Bunu Azərbaycan Respublikası Baş Prokurorunun müavini Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinin rəisi Kamran Əliyev bildirib.

Qeyd edək ki, saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (mənimsəmə və istaf etmə), 308 (vəzifə səlahiyyətlərindən sui istifadə), həmçinin 308-1 (dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam edir.

N.Paşayeva