Elşad Abdullayevin yaydığı son videonun ictimai müzakirəsində ciddi mesajlar verildi (FOTO/VIDEO)
“Bu videoda Polisin qanlı banda başçısı Hacı Məmmədovun dediyi osminoqu gördüm”
21 Noyabr 2012 06:12, Azadlıq qəzeti

 

https://youtu.be/b4VObnYNWBM

 

https://youtu.be/DCXhBEBRbus

 

https://youtu.be/Zzc1c2LvvI4

 

https://youtu.be/ehVlRS5G-54

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əli Kərimli: “Hüquq mühafizə sisteminin, generallarının tamamən içində olduğu cinayətkar dəstədən söhbət gedir”
https://youtu.be/SMamZzmgjak
 
Cəmil Həsənli: “Azərbaycanda sistemin mahiyyəti rüşvətdir, korrupsiyadır”
Lisenziyası ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı sonuncu videonu ötən gün İctimai Palata (İP) müzakirəyə çıxardı. İP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamalın moderatorluğu ilə keçən müzakirələrdə əksər ictimai-siyasi qüvvələrin təmsilçiləri iştirak edirdi.
Ölkədə ciddi idarəetmə böhranı var
Qısa giriş sözündə V.Mirkamal özü də E.Abdullayevin yaydığı videogörüntülərlə bağlı fikirlərini bölüşdü. Bildirdi ki, həmin videolar ölkədə ciddi idarəetmə böhranı olduğunu göstərir: “Görüntülərdən, eləcə də Elşad Abdullayevin özünün apardığı müstəqil araşdırmadan bəlli olur ki, Azərbaycanda qanunverici orqan, hüquq-mühafizə sistemi saxtakarların, cinayətkarların əlindədir”.
V.Mirkamal Azərbaycanda dövlətçiliyin təhlükə altında olduğuna diqqət çəkərək bildirdi ki, boğazdan yuxarı “dövlətçilik siyasəti”ndən danışanlar ciddi dövlət postunda əyləşmiş adamın – hakim Ağababa Babayevin açıqlamaları barədə düşünüb danışmalıdırlar.
Dövlət adam oğurluğu ilə məşğuldur
https://www.youtube.com/watch?v=9DmLLi7OVgs
Daha sonra İctimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sdri Əli Kərimlinin mövzu ətrafında çıxış etdi:
– Elşad Abdullayevin yaydığı sonuncu videoda biz görürük ki, Nərimanov rayon məhkəməsinin keçmiş sədri, hazırda isə Ağır Cinayətlərə dair Məhkəmənin hakimi olan Ağababa Babayev birbaşa dövlət səviyyəsində həyata keçirilən cinayətlərdən danışır, özünə məlum olan hallarla bağlı şahid ifadəsi verir. Bu dəhşətli faktla sübut olunur ki, həmin video çəkilənə qədər artıq 3 il 8 aydır ki, oğurlanan, qanunsuz gizlədilən və qaytarılmasına görə yaxınlarından pul tələb edilən Mahir Abdullayev dövlət idarəsində – Daxili İşlər Hazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Yəni, adam oğurluğunda dövlət orqanının iştirakı bu görüntülərdə birbaşa təsdiq olunub. Geniş ictimaiyyət üçün videonun əhəmiyyəti də bundan ibarətdir.
https://youtu.be/WRykmvv5adA
Məhkəmə sisteminin tam ifşası
Hacı Ağababa bu ölkədə məhkəmə sisteminin oyuncaq olduğunu təsdiq edir. Biz bilirdik ki, məhkəmələr Prezident Aparatının sifarişlərini yerinə yetirir, amma məhkəmə sədri rəsmən təsdiq edir ki, nəinki Prezident Aparatı, hətta hüquq-mühafizə orqanlarının göstərişləri də məhkəmələr üçün məcburi imiş. Məhkəmə sədri deyir: “7-8 ildir nə demisiniz, hamısını etmişik”. Kimin haqqında deyilir bunlar? Daxili İşlər Hazirliyinin rəhbərliyi haqqında. Yəni, məhkəmə sisteminin tam iflas etdiyini bu video aşkar şəkildə sübut edir.
https://youtu.be/ZIhduYgTxaM
Pullu adamları hüquq-mühafizə orqanları soyur
Bu videoda başqa bir böyük cinayətdən də söz açılır. Zülfüqarlı qardaşlarının rəsmən 5 milyon müqabilində azad edildiyini və elə onların həbsinin də bu məqsədlə həyata keçirildiyi bildirilir. Özü də kim bunu edir? Elə bir adamlar ki, məhkəmə sədri onların qarşısında səsini çıxara bilmir. Necə olur, cəmiyyətin birmənalı neqativ münasibət bəslədiyi tör-töküntülərin sözü ilə məlum “zəhərlənmə şou”su yaradılır, onlarla adam dindirilir, amma mühüm bir məhkəmə sədrinin bu ifadəsilə bağlı araşdırma başlamır? Hacının ifadəsi həmçinin başqa bir nəfərin də 2 milyon pulunu almaq üçün həbs edildiyini təsdiqləyir. Hakimin dediyindən belə məlum olur ki, həmin adamın da heç bir günahı yoxdur. Sadəcə, yaxşı pulu olduğuna görə sifarişlə saxlanılıb. Rəsmən təsdiqlənir ki, pullu adamlar dövlət səviyyəsində həbs olunur, pulu alınır, sonra buraxılır.
Hacı Məmmədovun dediyi osminoq…
Videonun sonunda belə bir məqam var: Elşad Abdullayev oğurlanan qardaşının təsadüfi adam olmadığını deyir. Məhkəmə sədri də cavabında bildirir ki, “əşşi, bunların təsadüfi adamlarla nə işi var?” Deməli, bütün gözəgəlimli, biznesdə, ictimai-siyasi mühitdə uğur qazananların hamısı hakimiyyətin potensial hədəfdilər.
Xatirimdədir, məhkəməsi zamanı Hacı Məmmədov belə bir ifadə işlətmişdi ki, əsl cinayətkar dəstə ondan kənarda və azadlıqdadır. Demişdi, əsl osminoq azadlıqda öz işini görür. Açığı, mən bu videoda həmin osminoqu gördüm: dövlətin hüquq-mühafizə sisteminin, generallarının da daxil olduğu cinayətkar dəstədən söhbət gedir.
Günün sualı
Baxın, Mahir Abdullayev Milli Təhlükəsizlik nazirinin köməkçisi, mayor olub. Vaxtaşırı dövlət başçısı ilə görüşmək imkanı olan bir nazirin köməkçisini kimlər oğurlayıb o şəkildə saxlaya bilər? Əgər belə bir adamın başına bu cür hadisə gətirilirsə, istənilən azərbaycanlılın taleyi necə ola bilər? Özü MTH mayoru, qardaşlarının biri universitet rektoru, o biri prokurorluğun polkovnik rütbəli əməkdaşı olan bir şəxsi üç il yarım səssiz-səmirsiz oğurlayıb saxlaya bilirlərsə, sıradan bir vətəndaşımızın başına görün nə gətirirlər…
Videodan mesajlar
Bu videokadrlarda bir neçə mesaj da var.
Birinci: Birmənalı şəkildə sübut olundu ki, Azərbaycandakı hakimiyyət sadəcə avtoritar hakimiyyət deyil, təkcə insanların hüquq və azadlıqlarını tapdayan, qələbələri oğurlayan, zorakı deyil, ümumiyyətlə, kriminal dəstədir. Ən ağır cinayətlərin “hüquq-mühafizə” adı altında gizlənmiş strukturlar tərəfindən həyata keçirildiyinin sübutu çıxıb ortaya.
İkinci: Bu videolarda Azərbaycan cəmiyyətinin bütün təbəqələrinə mesaj var. Dövlət idarələrində işləyənlərə mesaj var ki, onların hər biri Mahir Abdullayevin, Gülər Əhmədovanın, Hacı Ağababanın taleyini yaşaya bilər. Onlar dəhşətli dərəcədə kriminallaşan sistemin “vitncik”ləridir.
Bu “vintlər” hər gün o təhlükəni yaşamaqla günlərini keçirirlər.
Üçüncü: Bu videoda sahibkarlara ciddi mesaj var. Sahibkarlar başa düşməlidirlər ki, məhkəmə sədrinin xatırlatdığı –  sadəcə pulu olduğuna görə həbs olunub, pulu alınandan sonra azadlığa buraxılan şəxs onların hər biri ola bilər.
Videoya baxandan sonra mən düşündüm ki, biz necə də sadəlövhcəsinə illərdir təəccüblü suallar veririk ki, Elmar Hüseynov qətli və bu qəbildən olan digər ağır cinayətlərin üstü niyə açılmır? Bu təəccüblü sualın cavabı videolarda var. Bu videonu görəndən, hüquq-mühafizə sisteminin hansı günə qaldığını biləndən sonra açığı, artıq belə fikrə düşməyin özü qeyri-ciddidir. Biz kimlərdən gözləyirik bu cinayətlərin açılmasını?
Bu video təkcə Azərbaycan hakimiyyətini ifşa eləmir…
Azərbaycan hökumətinə müxtəlif bəhanələrlə kömək eləyən bütün o xidmətçilərin hamısını bu görüntülər növbəti dəfə ifşa etdi. Biz buradan o adamlara səslənməliyik. Özünü hakimiyyət düşərgəsində hesab edən siyasətçi də, yandaş mediada çalışan jurnalist də, QHT yaradıb hökumətin ömrünü uzatmağa çalışan “vətəndaş cəmiyyəti təmsilçiləri” də fərqlində olmalıdır ki, Azərbaycan cəmiyyəti onların təkcə avtoritar rejimə xidmət eləmədiyini dərk edir. Bu cür davranışla sizlər, vətəndaşları oğurlayan, öldürən cinayətkarların daha uzun müddətə hakimiyyətdə qalmasına yardımçı olursunuz.
“Cinayətkar dəstənin ifşa olunmaqdan xilasına imkan verməməliyik”
Elşad Abdullayev bəyan edir ki, bu videolar illər öncə MTN-ə də təqdim olunub. Və bu günə qədər də videodakı Hacı Ağababa hakimdir, heç bir istintaq getməyib, heç kimə “gözün üstə qaşın var” deyilməyib. Gümanlarımızı kənara qoyaq, ortada rəsmiyyət var. Məlum olur ki, neçə ildir Azərbaycanı idarə edən adamların cinayətlərdən xəbəri var. Ancaq cəmiyyət onları bilməyənə qədər, hökuməti idarə edənlərin təfəkküründə bunlar cinayət sayılmayıb.
Yəni, Elşad Abdullayev boğaza yığılıb, ictimaiyyətə müraciət edib bu videoları açmasaydı, Baş Prokurorluq, MTH, Daxili İşlər Hazirliyi və nəhayət, prezident üçün bu əməllər cinayət sayılmırmış. Artıq bu məsələlər ictimailəşəndən sonra hökumət çalışacaq ki, 5-ci dərəcəli icraçıları qurban verməklə işi bitirsin.
Azərbaycan cəmiyyəti bu cür məsələlərdə həssaslıq göstərməli, səfərbər olmalı və bu işin də ört-basdır edilməsinə imkan verməməlidir. Bir neçə icraçını qurban verməklə nəhəng cinayətkar dəstənin ifşadan özünü xilas etməsinə imkan verməməliyik.
Nəhayət, cəmiyyət özünə qarşı hörmətsizliyi qəbul etməməlidir. Düşünməlidir ki, necə olur, 9 milyonun qarşısında belə cinayətləri törədənlər bizi idarə etmək iddiasında bulunurlar?
Hakimiyyət qorxusundan susur
Hövbəti çıxışçı Qurban Məmmədov bildirdi ki, videoda göstərilənlər azərbaycanlıların çoxdan bildiyi cinayətlərin sübutudur: “Hakimiyyətin yerinə olsaydım, videosu yayılan deputatı da, hakimi də həbsə atar və deyərdi ki, bu adamlar dövlətin adından yalan danışır. Lakin hakimiyyət bunu edə bilmir, çünki qorxur”.
Qorxunun səbəblərini açıqlayan Qurban Məmmədov dedi ki, analoji videolar çox adamlarda – polis rəislərində, prokurorlarda, iş adamlarında da var: “Mənim özümə vaxtilə sahibkarlar yanaşıb deyirdilər ki, onlardan böyük pullar tələb edib əvəzində monopolistlik təklif edirlər. Mən məsləhət verdim ki, gələcəkdə bu işlərin araşdırılması üçün bunların hamısını videoya çəksinlər. Onlar da bunu ediblər. Buna görə də hakimiyyət qorxusundan belə məsələlərdə susur.
Videodan görünür ki, hakimiyyət hakimlərin qürurunu sındırıb. Biz onlarla görüşəndə görürük ki, cavan adamlardılar, amma nevroz, şəkər xəstəliyinə tutulublar, əlləri əsir. Onlardan öz oyunlarında istifadə edənlər xüsusi müzakirə olunmalıdır”.
Qurban Məmmədov hesab edir ki, Elşad Abdullayevin açıqladığı videoları İctimai Palata və digər demokratik qüvvələr disklərə köçürüb, xalqa müraciət formasında əhali arasında yaymalıdır: “Müxalifət bu işi həyata keçirməlidir. Çünki xalqın böyük hissəsi əslində, nə baş verdiyindən məlumatsızdır”.
“Bu, çox təhlükəli haldır”
Ziyalılar Forumunun üzvü, professor Cəmil Həsənli İctimai Palatanın müzakirəyə çıxardığı mövzunun aktual olduğunu vurğuladı. Onun sözlərinə görə, bu məsələnin müzakirəsi bir daha əsl müxalifətin və gücün ünvanını göstərir: “Kim Azərbaycanda dəyişiklik istəyirsə, ədalətin bərpasına cəhd göstərirsə, bu prosesin ağırlıq yükünü öz çiynində götürən İctimai Palataya dəstək verməlidir. Biz aparacağı mübarizədə bundan sonra İctimai Palatanın yanında olmağa çalışacağıq”.
C.Həsənli qeyd etdi ki, Azərbaycanda bütövlükdə Konstitusiya, o cümlədən bu ali qanunun 1-ci maddəsi işləmir. Faktiki, Azərbaycan xalqı hakimiyyəti formalaşdırmaq hüququnu itirib: “Müşahidə elədiyimiz qalan bütün məsələlər də bunun tərkib hissəsidir. Hakimiyyət oğurluqla adaptasiya olub. Korrupsiyanın hesabatını dürüst təqdim eləyənlər hakimiyyətdə qabağa çəkilir, rütbəsi yüksəldilir. Bu da ölkədə mənəvi dəyərlərin pozulmasına gətirib çıxarır. Əlaqədar təşkilatlar zəhmət çəkib əvvəl Elşad Abdullayevin qardaşı ilə bağlı məsələlərə aydınlıq gətirsinlər. Sonra onun oğru olub-olmadığını aydınlaşdırsınlar. Hakimin dediyindən belə məlum olur ki, üç il yarım Mahiri qanunsuz həbsdə saxlayandan sonra gəlib hakimə deyiblər ki, onun haqqında həbs qərarı ver. Vətəndaş oğurlanıb üç il yarım Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılırsa, daha bu idarənin adındakı “Qarşı” sözünü çıxarmaq lazımdır. Azərbaycanda sistemin mahiyyəti rüşvətdir, korrupsiyadır”.
Anti-sovet yazıları və mövqeyinə rəğmən, Cəmil Həsənli etiraf etdi ki, Sovet Azərbaycanında insanların hüquq və azadlıqları müstəqil Azərbaycandakından daha yaxşı qorunub: “Bu, çox təhlükəli haldır. Bu, onunla nəticələnə nilər ki, o hacı hakimlikdən bezdiyi kimi, insanlarımız da müstəqillikdən bezə bilər”.
Hakimlər əsarətdədir
Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli də Elşad Abdullayevin yaydığı son video ilə bağlı fikirlərini bölüşdü: “Bu videoya baxanda görünür ki, ölkədə elə sistem qurulub nə qanun, nə ləyaqət, nə də Həcc ziyarəti hakimi düzgünlüyə gətirə bilməyib. Bununla belə, hakim bezdiyini deyir. O, əslində, ölkədə məhkəmə hakimiyyətini xarakterizə edən faktı qoyub ortaya. İcra hakimiyyəti, qanunverici hakimiyyət, məhkəmə hakimiyyəti – hamısı eyni gündədir”.
Ənnağı Hacıbəyli bildirdi ki, onlar bir neçə il əvvəl hakimlik üçün imtahan verən şəxslərə təlim keçiblər. Təlimlər zamanı həmin şəxslər o qədər proqressiv görünüblər ki, adam düşünürmüş ki, məhkəmə sistemində bunların olması inqilab yaradacaq: “Ancaq illər keçəndən sonra bu adamların da rüşvətə, haqsızlığa qurşandığını gördük. Mən onlardan soruşdum ki, niyə belə oldular? Onlar dedi ki, müəllim, bizim iki yolumuz var: ya hakimlikdən getmək, ya da deyilənlərə boyun əymək. İş ondadır ki, bu adamlar gedə də bilmirlır. Onlara imkan vermirlər ki, gəlib bu sistemin üzvü olsunlar, sonra da rahatca getsinlər”.
“Azərbaycanda hakimiyyətin cinayətkar qolları formalaşıb”
Dinləmələrə Demokratik Qüvvələrin Məşvərət Məclisinin təmsilçiləri – ALP sədri Əvəz Temirxan və ACP sədrinin müavini Vaqif Mahmudov da qatılmışdı. Əvəz Temirxan İP-in bu cür dinləmələr keçirməsini təqdir etdiklərini bildirdi. Qeyd etdi ki, Məşvərət Məclisi bu cür tədbirləri birgə keçirməyə hazırdır.
“Azərbaycanda hakimiyyətin cinayətkar qolları formalaşıb. Son videolar bunun sübutudur. Xalq ayıqdır, sadəcə, müxalifətin birliyinə zərurət var ki, xalq hərəkətə keçsin. Biz bir araya gəlməliyik”, – deyə Əvəz Temirxan əlavə etdi.
Bu vəziyyət beynəlxalq təşkilatlara da çatdırılmalıdır
Ölkənin tanınmış hüquqşünaslarından olan Hamizəd Səfərov da hesab edir ki, E.Abdullayevin yaydığı videolar ölkədəki vəziyyəti cəmiyyətə faktlarla çatdırmağa əsas verir: “Bu videolar hakimiyyətə bir neçə il əvvəl çatdırılıb. Lakin göründüyü kimi, heç bir tədbir görülməyib. Hakimiyyət xalqı saymır. Elşad Abullayev əllərinə düşən kimi onu tutacaqlar. Lakin Gülər Əhmədova hakimiyyəti qorxutduğu üçün onu tutmurlar. Yaranmış vəziyyət beynəlxalq təşkilatlara da çatdırılmalıdır”.
Siyasi hakimiyyətin istefası məsələsi gündəmə gətirilməlidir
Sabiq baş nazir Pənah Hüseyn belə bir ideya ilə çıxış etdi ki, müzakirələrdə səslənən fikirlər, təkliflər sənəd şəklinə salınsın. O həmçinin hakimiyyətin, birbaşa icra hakimiyyətinin istefası tələbinin qoyulmasını təklif etdi: “Bu hakimiyyət üçün daha dəhşətli sürpriz videoların yayılması hələ qabaqdadır. Biz həmin videolardan görünən cinayətlərə və digər saysız-hesabsız qanunsuzluqlara yol verən siyasi hakimiyyətin istefası məsələsini qoymalıyıq. Daha nə olmalıdır ki, bu hakimiyyət istefaya getsin?”
Müsavat partiyası Gənclər Təşkilatının üzvü Kənan Səfərli təklif etdi ki, E.Abdullayevin videoları disklərə yazılaraq, gənclər arasında yayılsın.
İP üzvü, professor Sultanhəmid Məlikov bildirdi ki, baş verənləri xalqa çatdırmağın və insanları hərəkətə gətirməyin yeni mexanizmini tapmaq lazımdır.
Müsavat başqanından Elşad Abdullayevə uğur diləyi
Müsavat Partiyasının başqanı İsa Qəmbər çıxışına Elşad Abdullayevi təbrik etməklə başladı:
– Elşad müəllimi təbrik edirəm. Çünki hesab edirəm ki, yaydığı növbəti video onun kino yaradıcılığının yeni mərhələsidir. Əgər Gülər Əhmədova ilə bağlı videoda səs çətinliklə eşidilirdisə, görüntü, ancaq bir kamera ilə çəkilirdisə, artıq hakimlə söhbəti əks etdirən videoda səs aydın eşidilir, bir neçə kamera qurulub. Görünür ki, Elşad müəllimin rejissorluğu yüksələn xətlə gedir. O, yeni-yeni videolarla xalqımızı təəccübləndirməkdə davam edəcək. Mən ciddi deyirəm. Ona bu işində, yaradıcılığının xalqa təqdim olunmasında uğurlar arzulayıram. Çünki Elşad Abdullayev həqiqətən də bu işi ilə çox böyük xidmətlər göstərir. Özünün əvvəlki fəaliyyətindən, cəmiyyətin, ayrı-ayrı adamların ona münasibətindən asılı olmayaraq, Elşad müəllim xalqa xidmət göstərir. O, həqiqətləri xalqa göstərir, hakimiyyəti ifşa edir. Göstərir ki, bu rejim sistemi nə cür idarə edir, hər şeyin korrupsiya üzərində qurulduğunu ifşa edir. Rejimin pul qazanmaq üsullarından birinin də adam oğurluğu olduğunu açıq şəkildə ortaya qoyur.
Xalq partlayış həddindədir
Korrupsiya da, adam oğurluğu da Əliyev rejiminin mahiyyətindədir. Marat Manafov adlı biznesmen var idi. 1994-cü ildə yoxa çıxdı. Tanınmış kino aktyoru Fəxrəddin Manafovun qardaşı idi. Bu cür adam oğurluqları bu hakimiyyətin zamanında çox olub. Sadəcə, faktlar çox zaman üzə çıxmır. Mahir Abdullayevin də Elşad Abdullayev kimi əzmkar və yaradıcı qardaşı olmasaydı, yada düşəcəkdimi ki, 2003-cü ildə belə bir adam yoxa çıxıb? Bu rejimin adam oğurluğu biznesinin əsası hakimiyyətlərinin ilk vaxtlarından – 1993-cü ildən qoyulub və davam edir. Bu təhlükə xalqımız üçün mövcuddur. Rüşvətxorluq da həmçinin 1993-cü ildən başlayıb və bu gün dəhşətli xarakter alıb. İndiki mərhələdə nədən bu videolar ard-arda gəlməyə başlayıb? Təbii ki, konkret məsələ – insan oğurluğu var, qardaşının yoxa çıxmasından narahat olan şəxsin səyləri var. Amma burada ən böyük mesaj Azərbaycanda hakimiyyətin dəyişməsinin labüdlüyü mesajıdır. Bu videolar o mesajı verir. Hələlik hakimiyyətin başında dayanan adama şans verilir ki, bu videolardan istifadə edib qərarlarını qəbul elə. Amma hər şeydən göründüyü kimi, videolar birinci şəxsə – İlham Əliyevə doğru irəliləyir. Sizi inandırıram, elə videolar ortaya çıxmağa başlayacaq ki, xalq qərar qarşısında qalacaq, xalqın bu hakimiyyətə dözməyə haqqı qalmayacaq. Xalq hər şeyi çox diqqətlə izləyir, özü bilir ki, nə zaman bu məsələlərə reaksiya verəcək. Xalqın enerjisi partlayış həddinə gəlib çatıb. Qısa müddətdə hakimiyyət düzgün addımlar atmasa, ölkənin siyasi qüvvələri birlik haqqında ümumi danışıqlardan konkret işə keçməsə, vəziyyəti dəyişmək üçün konkret iş görməsə, xalqın bu hakimiyyəti devirməkdən başqa əlacı qalmayacaq. Çox qısa bir zamanı var hakimiyyətin ki, gedən proseslərdən nəticə çıxarsın. Qısa müddətdən sonra artıq seçim etmək, addım atmaq məcburiyyəti xalqın üzərində olacaq. Demokratik düşərgə, İctimai Palata özünü həmin günə ciddi şəkildə hazırlaşdırmalıdır.
https://www.azadliq.info/23859.html
Natiq
P.S.
https://youtu.be/hNs3I18xuOY
https://youtu.be/xwP4gNuwdfI

Mahir Abdullayevin ogurlanması cinayətində ifşa olunan mütəşəkkil cinayətkar təşkilatın subyektləri və himayədarları, daha ətraflı bax:

 

 

1. Elşad Abdullayevin şikayəti Avropa Insan Hüquqları Məhkəməsində baxılacaq – Strasburg
http://avropaninsesi.com/elsad-abdullayevin-sikay%C9%99ti-avropa-insan-huquqlari-m%C9%99hk%C9%99m%C9%99sind%C9%99-baxilacaq/
2.Mahir Abdullayevin ogurlanması cinayətinə görə Azərbaycan diktatoru İlham Əliyevin ailə üzvüləri bilavasitə hüquqi-siyasi məsuliyyət daşıyır…! – Elşad Abdullayev
http://avropaninsesi.com/mahir-abdullayevin-ogurlanmasi-cinay%C9%99tin%C9%99-gor%C9%99-az%C9%99rbaycan-diktatoru-ilham-%C9%99liyevin-ail%C9%99-uzvul%C9%99ri-bilavasit%C9%99-huquqi-siyasi-m%C9%99suliyy%C9%99t-dasiyir-el/
3.Elşad Abdullayevin yaydığı son Gizli videonun ictimai müzakirəsində ciddi mesajlar verildi: Dövlət adam oğurluğu ilə məşğuldur !  
http://avropaninsesi.com/bir-cox-ap-deputati-anti-az%C9%99rbaycan-kampaniyasina-inanib/
4.Prezidentin köməkçisi Əli Həsənov hakimiyyəti məndən üzür istəmək əvəzinə 15-ci ildir ki, mənə qarşı  terror hücümlürı edir !
http://avropaninsesi.com/prezidentin-kom%C9%99kcisi-%C9%99li-h%C9%99s%C9%99nov-hakimiyy%C9%99ti-m%C9%99nd%C9%99n-uzur-ist%C9%99m%C9%99k-%C9%99v%C9%99zin%C9%99-15-ci-ildir-ki-m%C9%99n%C9%99-qarsi-terror-hucumluri-edir/
5. AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN SİYAHISI: Elşad Abdullayevi susdurmaq məqsədilə qardaşı oglu Mübariz Abdullayevi saxta ittihamlarla 10 il azadıqdan məhrum edilib
http://avropaninsesi.com/az%C9%99rbaycanda-siyasi-m%C9%99hbuslarin-siyahisi-elsad-abdullayevi-susdurmaq-m%C9%99qs%C9%99dil%C9%99-qardasi-oglu-mubariz-abdullayevi-saxta-ittihamlarla-10-il-azadiqdan-m%C9%99hrum-edilib/
6. Elşad Abdullayevin ifşaedici videolarına görə qardaşı oğlu Mübariz Abdullayevi yerli və beynəlxalq hüquq- müdafiə təşkilatları “Siyasi girov” adlandırır – Hüquq Müdafiəçisi Oktay Gülalıyev
http://avropaninsesi.com/oktay-gulaliyev-elsad-abdullayevin-gizli-videolarina-gor%C9%99-onun-qardasi-oglu-mubariz-abdullayevi-yerli-v%C9%99-beyn%C9%99lxalq-huquq-mudafi%C9%99-t%C9%99skilatlari-siyasi-girov-adlandirir/
7. Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin İctimai Təhqiqat Komissiyasının Hesabatı, Bakı, 19 avqust 2013-ci il, 187 səhifə. – l bölüm – MTN işi
http://avropaninsesi.com/mtn-sussurlugu-451-mtn-zabiti-mahir-abdullayevin-mut%C9%99skkil-cinay%C9%99tkar-t%C9%99skilat-t%C9%99r%C9%99find%C9%99n-ogurlanmasina-dair-cinay%C9%99t-isi-il%C9%99-bagli-ictimai-t%C9%99hqiq/
8. Mahir Abdullayevin ogurlanması siyasi adam oğurluğu cinayətidir ! – Hüquq Müdafiəçisi Oktay Gülalıyev
http://avropaninsesi.com/az%C9%99rbaycanda-siyasi-adam-ogurlugu-cinay%C9%99tl%C9%99ri-niy%C9%99-bu-cinay%C9%99tl%C9%99rin-ustu-acilmir-oktay-gulaliyev/
9. Fransada mühacir həyatı yaşayan ABU-in rektoru Elşad Abdullayevin Azərbaycandakı qohumlarına qarşı həyata keçirilən təzyiqlər – Çıxarış – “Avropa işi” Hesabatı
http://avropaninsesi.com/fransada-muhacir-h%C9%99yati-yasayan-abu-nun-sabiq-rektoru-elsad-abdullayevin-az%C9%99rbaycandaki-qohumlarina-qarsi-h%C9%99yata-keciril%C9%99n-t%C9%99zyiql%C9%99r-cixaris-avropa/
10. Nərimanov Rayon Məhkəməsinin sədri Babayev Agababa Mahir Abdullayevin ogurlanması cinayətini bilavasitə edənləri ifşa etdiyinə görə qətlə yetirildi – Gizli video
http://avropaninsesi.com/46368-2/
11.Dubayda alınan mülklər, Heydər Əliyev Fondunun maliyyə mənbəələri, Mahir Abdullayevin ogurlanması cinayəti və s. agır dövləti cinayətlər “Dövlət sirri” kimi qorunub saxlanmalıdır – video -Ramiz Mehdiyev
http://avropaninsesi.com/dubayda-alinan-mulkl%C9%99r-heyd%C9%99r-%C9%99liyev-fondunun-maliyy%C9%99-m%C9%99nb%C9%99%C9%99l%C9%99ri-mahir-abdullayevin-ogurlanmasi-cinay%C9%99ti-v%C9%99-s-agir-dovl%C9%99ti-cinay%C9%99tl%C9%99/
12.Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin ogurlanması cinayətinin sifarişçisi Prezident Admnistrassiyasının rəhbəri Ramiz Mehdiyevdi, cinayətin əsas icraçılarından biri də keçmiş deputat Gülər Əhmədovadır !!! – Video – Aslan İsmayılov
http://avropaninsesi.com/elsad-abdullayevin-qardasi-mahir-abdullayevin-ogurlanmasi-cinay%C9%99tinin-sifariscisi-prezident-admnistrassiyasinin-r%C9%99hb%C9%99ri-ramiz-mehdiyevdi-cinay%C9%99tin-%C9%99sas-icracilarindan-biri-d/
13.Gülər Əhmədovanın Mahir Abdullayevin ogurlanması cinayətində iştirak etməsı iddia deyil, konkret cinayət faktıdır : O, cinayətin İcraçısı və “Nakolşikidir” (İstiqamət verəni) – Elşad Abdullayev
http://avropaninsesi.com/sabiq-deputat-gulr-%C9%99hm%C9%99dovanin-mahir-abdullayevin-ogurlanmasi-cinay%C9%99tind%C9%99-istirak-etm%C9%99si-iddia-deyil-konkret-cinay%C9%99t-faktidir-o-cinay%C9%99tin-icracisi-v%C9%99/
14.Ramiz  Mehdiyev Mahir Abdullayevin ogurlanamsı cinayətində yeri cinayətin Rəhbəri subyektidir – Rəssam “Bakılı”
http://avropaninsesi.com/ramiz-mehdiyev-mahir-abdullayevin-ogurlanamsi-cinay%C9%99tind%C9%99-yeri-cinay%C9%99tin-r%C9%99hb%C9%99ri-subyektidir-r%C9%99ssam-bakili/
15.Əfqan Muxtarlı: Mahir Abdullayevin ogurlanması cinayətinin marşrutu mügənni Mətanət İsgəndərlinin evindən başlayıb DİN-in Banditizm idarəsində bitib – Video – MTN Işi
http://avropaninsesi.com/arasdirmaci-jurnalist-%C9%99fqan-muxtarli-mahir-abdullayev-nec%C9%99-ogurlanib-ogurlugun-marsrutu-din-in-banditizm-idar%C9%99sind%C9%99-bitib-video-mtn-isi/
16. “Mahir Abdullayev işi XXI əsrin ən dəhşətli cinayətidir və bəlkə  də, bu hadisə Hacı Məmmədov cinayətini kölgədə qoyacaq” – Vidadi İsgəndərli
http://avropaninsesi.com/mehman-huseynovun-h%C9%99bsi-cox-maraqli-m%C9%99qamlar-emin-huseynov/
17.Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov  Mahir Abdullayevin ogurlanması cinayətində yeri cinayətin Təşkilatçısı subyekti qismində yerini almışdır – Hüquq prof. Elşad Abdullayev
http://avropaninsesi.com/az%C9%99rbaycan-prezidentinin-ictimai-siyasi-m%C9%99s%C9%99l%C9%99l%C9%99r-uzr%C9%99-kom%C9%99kcisi-%C9%99li-h%C9%99s%C9%99nov-mahir-abdullayevin-ogurlanmasi-cinay%C9%99tind%C9%99-yeri-cinay/
18.Azərbaycan diktatoru İlham Əliyev günüahkarı ifşa etmək əvəzinə ‘’GÜLƏRQEYT’’-in arxasında gizlənir-Birinci yazı
 
http://avropaninsesi.com/az%C9%99rbaycan-diktatoru-ilham-%C9%99liyev-gunuahkari-ifsa-etm%C9%99k-%C9%99v%C9%99zin%C9%99-gul%C9%99rqeyt-in-arxasinda-gizl%C9%99nir/
19.Gülər Əhmədova haqqında məhkəmə hökmü  siyasi sifarişlə qəbul edildiyinə görə Beynəlxalq sanksiya tətbiq olunmalıır – Yeniləndi
 
http://avropaninsesi.com/gul%C9%99r-%C9%99hm%C9%99dova-haqqinda-m%C9%99hk%C9%99m%C9%99-hokmu-siyasi-sifarisl%C9%99-q%C9%99bul-edildiyin%C9%99-gor%C9%99-beyn%C9%99lxalq-sanksiya-t%C9%99tbiq-olunmaliir/
20.Əfqan Muxtarlı: Mahir Abdullayevin ogurlanması cinayətinin marşrutu mügənni Mətanət İsgəndərlinin evindən başlayıb DİN-in Banditizm idarəsində bitib – Video – MTN Işi
http://avropaninsesi.com/arasdirmaci-jurnalist-%C9%99fqan-muxtarli-mahir-abdullayev-nec%C9%99-ogurlanib-ogurlugun-marsrutu-din-in-banditizm-idar%C9%99sind%C9%99-bitib-video-mtn-isi/
 
21.Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov  Mahir Abdullayevin ogurlanması cinayətində yeri cinayətin Təşkilatçısı subyekti qismində yerini almışdır – Hüquq prof. Elşad Abdullayev
http://avropaninsesi.com/az%C9%99rbaycan-prezidentinin-ictimai-siyasi-m%C9%99s%C9%99l%C9%99l%C9%99r-uzr%C9%99-kom%C9%99kcisi-%C9%99li-h%C9%99s%C9%99nov-mahir-abdullayevin-ogurlanmasi-cinay%C9%99tind%C9%99-yeri-cinay/
20.Azərbaycan diktatoru İlham Əliyev günüahkarı ifşa etmək əvəzinə ‘’GÜLƏRQEYT’’-in arxasında gizlənir-Birinci yazı
 
http://avropaninsesi.com/az%C9%99rbaycan-diktatoru-ilham-%C9%99liyev-gunuahkari-ifsa-etm%C9%99k-%C9%99v%C9%99zin%C9%99-gul%C9%99rqeyt-in-arxasinda-gizl%C9%99nir/
21.Gülər Əhmədova haqqında məhkəmə hökmü  siyasi sifarişlə qəbul edildiyinə görə Beynəlxalq sanksiya tətbiq olunmalıır – Yeniləndi
 
http://avropaninsesi.com/gul%C9%99r-%C9%99hm%C9%99dova-haqqinda-m%C9%99hk%C9%99m%C9%99-hokmu-siyasi-sifarisl%C9%99-q%C9%99bul-edildiyin%C9%99-gor%C9%99-beyn%C9%99lxalq-sanksiya-t%C9%99tbiq-olunmaliir/
 
22.Elşad Abdullayevin şikayətləri haqqında qanunsuz məhkəmə qərarları çıxaran  Məhkəmə hakimlərinə, Prokurorluq və cinayətdə təqsirli bilinən Vəzifəli şəxslərə – Maqnitski Aktı tətbiq olunmalıdır (Azeri)
http://avropaninsesi.com/elsad-abdullayevin-sikay%C9%99tl%C9%99ri-haqqinda-qanunsuz-m%C9%99hk%C9%99m%C9%99-q%C9%99rarlari-cixaran-m%C9%99hk%C9%99m%C9%99-hakiml%C9%99rin%C9%99-prokurorluq-v%C9%99-cinay%C9%99td%C9%99-t/
 
23.Gizli polisin generalı Vaqif Şərifov: ” Get, ABU rektoru Elşad Abdullayevə deynənki, Mahiri Hilal Əsədovun rəhbərlik etdiyi Bakı Banditizmi Mətanət İsgəndərlinin evindən ogurlayıb …”- Gizli video – DIN Vll İdarənin məxfi zabiti Rövşən Abbasquliyev
 
http://avropaninsesi.com/din-in-tamamil%C9%99-m%C9%99xfi-vll-idar%C9%99sinin-r%C9%99isi-general-faqif-s%C9%99rifov-get-abu-rektoru-elsad-abdullayev%C9%99-deyn%C9%99nki-qardasi-mahiri-hilal/
24.Mənə qarşı söyüş-böhtan kompaniyasının episentirində Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov və Avropada yerləşdirdyi Casus şəbəkəsinin KQB trollardı  – Paris
http://avropaninsesi.com/m%C9%99n%C9%99-qarsi-soyus-bohtan-kompaniyasinin-episentirind%C9%99-az%C9%99rbaycan-prezidentinin-kom%C9%99kcisi-%C9%99li-h%C9%99s%C9%99nov-dayanir/
 
25. KQB casusları formaca müxtəli adamlar olsalarda, məzmunca eynidirlər – Xüsusi Təhlükəli Resedevist Çinayətkarlardı
http://avropaninsesi.com/onlar-formaca-muxt%C9%99li-adamlar-olsalarda-m%C9%99zmunca-eynidirl%C9%99r-xususi-t%C9%99hluk%C9%99li-resedevist-cinay%C9%99tkarlardi/
 
 
26.Prezidenti köməkçisi Əli Həsənovun himayədarlıgı ilə yaranmış Beynəlxalq Təhsil Mafiyası Azərbaycan Beynəlxalq Universitetini terror edib !
http://avropaninsesi.com/prezidenti-kom%C9%99kcisi-%C9%99li-h%C9%99s%C9%99novun-himay%C9%99darligi-il%C9%99-yaranmis-beyn%C9%99lxalq-t%C9%99hsil-mafiyasi-az%C9%99rbaycan-beyn%C9%99lxalq-universitetini-terror-edib/
27.Universitetlərin reytinq Göstəricilərinə görə ABU deyil, Prezidentin köməkçisi Əli Həsənova məxsus Universitet baglanmalı idi, amma…,-“Abuturyent “ jurnalı, №11, 12, 2007, səh.33 – 6-cı yazı – Elşad Abdullayev
http://avropaninsesi.com/universitetl%C9%99rin-reytinq-gost%C9%99ricil%C9%99rin%C9%99-gor%C9%99-abu-deyil-prezidentin-kom%C9%99kcisi-%C9%99li-h%C9%99s%C9%99nova-m%C9%99xsus-universitet-baglanmali-idi-amma-6-ci-yazi/
 
 
28.ABU reytinq göstəricillərinə görə Azərbaycan Ali Təhsil Müəssisələri içərisində 11-ci yerdə olmuşdu – Təhsil işi
 
http://avropaninsesi.com/az%C9%99rbaycan-universitetl%C9%99rinin-reytinql%C9%99ri-haqqinda-abu-38-ali-t%C9%99hsil-mu%C9%99ssis%C9%99l%C9%99ri-ic%C9%99risind%C9%99-11-ci-yerd%C9%99-olmusdu-abuturyent/
 
29.ABU-in baglanmasının başlıca səbəbıərindən biri də  Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun siyasiləşmiş beynəlxalq təhsil mafiyası olub – Elşad Abdullayev
 
http://avropaninsesi.com/az%C9%99rbaycan-beyn%C9%99lxalq-universitetinin-baglanmasinin-baslica-s%C9%99b%C9%99bi%C9%99rind%C9%99n-biri-d%C9%99-az%C9%99rbaycan-prezidenti-ilham-%C9%99liyevin-ictimai-siyasi-m%C9%99s%C9%99l/
 
30.Prezidentin İctimai-siyasi məsələlər köməkçisi  Əli Həsənovun mənim əleyhimə apardıgı söyüş kompaniyasının tamamilə məxfi iştirakçıları – Ailə üzvüləri
 
http://avropaninsesi.com/prezidentin-ictimai-siyasi-m%C9%99s%C9%99l%C9%99l%C9%99r-kom%C9%99kcisi-%C9%99li-h%C9%99s%C9%99novun-m%C9%99nim-%C9%99leyhim%C9%99-apardigi-soyus-kompaniyasinin-tamamil%C9%99-m%C9%99xfi-istirakc/
 
31.Məni söyüş edən, söyüşü dəstəkləyən və şöyüşdən mənfəət əldə edənlər
http://avropaninsesi.com/m%C9%99ni-soyus-ed%C9%99n-soyusu-d%C9%99st%C9%99kl%C9%99y%C9%99n-v%C9%99-soyusd%C9%99n-m%C9%99nf%C9%99%C9%99t-%C9%99ld%C9%99-ed%C9%99nl%C9%99r/
 
32.Azərbaycan hakimiyyətinin mənim əleyhimə apardıgı böhtan kompaniyasının əsas səbəbləri – Elşad Abdullayev
 
http://avropaninsesi.com/az%C9%99rbaycan-hakimiyy%C9%99tinin-m%C9%99nim-%C9%99leyhim%C9%99-apardigi-bohtan-kompaniyasinin-%C9%99sas-s%C9%99b%C9%99bl%C9%99ri-elsad-abdullayev/
 
33.KQB casusu Fuad Agayev  Azərbaycan Dövlət Təhlükəsiszlik Xidməti Əks Kəşfiyyat İdarəsinin (DTX ƏKİ)  Avropada yerləşdirilmiş Casus Kompüter Şəbəkəsinin və Terror mərkəzinin rəhbəridir. lll hissə – KQB-in agentini üzdən tanıyın
http://avropaninsesi.com/isvecr%C9%99d%C9%99-muhacir-h%C9%99yati-yasayan-fuad-agayev-az%C9%99rbaycan-dovl%C9%99t-t%C9%99hluk%C9%99siszlik-xidm%C9%99ti-%C9%99ks-k%C9%99sfiyyat-idar%C9%99sinin-dtx-%C9%99ki-avropad/
34.KQB zabiti Fuad Agayev hakimiyyətin sifarişilə Facebook üzərindən əvvəllər başqlarını təhqir etdiyinə görə həbs olunub – Vidieo -İsveçrə
http://avropaninsesi.com/kqb-zabiti-fuad-agayev-hakimiyy%C9%99tin-sifarisi%C9%99-facebook-uz%C9%99rind%C9%99n-%C9%99vv%C9%99lrd%C9%99-basqasini-t%C9%99hqir-etdiyin%C9%99-gor%C9%99-h%C9%99bs-olunub-vidieo-isvecr%C9%99/
35.Bu gün XXl əsr Azərbaycanın ən agır dövləti cinayəti Mahir Abdulayevin ogurlanması cinayətinin 15 illiyi tamam olur (13 oktyabr 2003-cü il)…
http://avropaninsesi.com/bu-gun-xxl-%C9%99sr-az%C9%99rbaycanin-%C9%99n-agir-dovl%C9%99ti-cinay%C9%99ti-mahir-abdulayevin-ogurlanmasi-cinay%C9%99tinin-15-illiyi-tamam-olur-13-oktyabr-2003-cu-il/
36.Jurnalst etikası və əxlaqından hali olan Gülnaz Qəmbərli Mahir Abdullayevin
 
 
 
37.Azərbaycan hakimiyyətinin mənim əleyhimə açdıgı saxta fabrikovat olunmuş qannsuz orqan transplantasiyası cinayət işini siyasi sifariş hesab edirəm – Hüquq professoru Elşad Abdullayev (Azeri)
http://avropaninsesi.com/az%C9%99rbaycan-hakimiyy%C9%99tinin-m%C9%99nim-%C9%99leyhim%C9%99-acdigi-saxta-fabrikovat-olunmus-qannsuz-orqan-transplantasiyasi-cinay%C9%99t-isini-siyasi-sifaris-hesab-e
38.Elşad Abdullayev: A R Baş Prokuroru Zakir Qaralovun Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatla əlbir fəaliyyət ğöstərməsi haqqında qanunsuz əməllərindən şikayyət- 02.02.2013
http://avropaninsesi.com/elsad-abdullayev-a-r-bas-prokuroru-zakir-qaralovun-az%C9%99rbaycanda-adam-ogurlugu-il%C9%99-m%C9%99sgul-olan-mut%C9%99s%C9%99kkil-cinay%C9%99tkar-t%C9%99skilatla-%C9%99lbir-f%C9%99aliyy%C9%99t-gost/
39.Deputat Gülr Əhmədovanın və Mügənni Mətanət İgəndərlinin Mahir Abdullayevin ogurlanması cinayətində birgə iştirak etməsı iddia deyil, konkret cinayət faktıdır !
 
http://avropaninsesi.com/mug%C9%99nni-m%C9%99tan%C9%99t-ig%C9%99nd%C9%99rlinin-mahir-abdullayevin-ogurlanmasi-cinay%C9%99tind%C9%99-istiraki-iddia-deyil-konkret-cinay%C9%99t-faktidir-video-mtn-isi/
40.Əfqan Muxtarlı: Mahir Abdullayevin ogurlanması cinayətinin marşrutu mügənni Mətanət İsgəndərlinin evindən başlayıb DİN-in Banditizm idarəsində bitib – Video – MTN Işi
http://avropaninsesi.com/arasdirmaci-jurnalist-%C9%99fqan-muxtarli-mahir-abdullayev-nec%C9%99-ogurlanib-ogurlugun-marsrutu-din-in-banditizm-idar%C9%99sind%C9%99-bitib-video-mtn-isi/
41.Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov  Mahir Abdullayevin ogurlanması cinayətində yeri cinayətin Təşkilatçısı subyekti qismində yerini almışdır – Hüquq prof. Elşad Abdullayev
 
http://avropaninsesi.com/az%C9%99rbaycan-prezidentinin-ictimai-siyasi-m%C9%99s%C9%99l%C9%99l%C9%99r-uzr%C9%99-kom%C9%99kcisi-%C9%99li-h%C9%99s%C9%99nov-mahir-abdullayevin-ogurlanmasi-cinay%C9%99tind%C9%99-yeri-cinay/
42.Azərbaycan diktatoru İlham Əliyev günüahkarı ifşa etmək əvəzinə ‘’GÜLƏRQEYT’’-in arxasında gizlənir-Birinci yazı
http://avropaninsesi.com/az%C9%99rbaycan-diktatoru-ilham-%C9%99liyev-gunuahkari-ifsa-etm%C9%99k-%C9%99v%C9%99zin%C9%99-gul%C9%99rqeyt-in-arxasinda-gizl%C9%99nir/
43.Mügənni Mətanət İgəndərlinin Mahir Abdullayevin ogurlanması cinayətində iştirakı iddia deyil, konkret cinayət faktıdır … !!! – MTN İşi
http://avropaninsesi.org/mug%C9%99nni-m%C9%99tan%C9%99t-ig%C9%99nd%C9%99rlinin-mahir-abdullayevin-ogurlanmasi-cinay%C9%99tind%C9%99-istiraki-iddia-deyil-konkret-cinay%C9%99t-faktidir/
44.Əfqan Muxtarlı kimi həqiqəti yazan jurnalistlər saxta ittihamlarla həbs edilir, qətilə yetirilir, amma Asif Mərzili kimi yalan informasiya yayan reket jurnalistlərə isə pulsuz mənzil, KİV-nə DYF-dan pul “yardımı” və KQB-yə agentlik maaşı verilir – Elşad Abdullayev
http://avropaninsesi.com/h%C9%99qiq%C9%99ti-yazan-%C9%99fqan-muxtarlili-kimi-jurnalistl%C9%99r-saxta-ittihamlarla-h%C9%99bs-edilir-q%C9%99til%C9%99-yetirilir-asif-m%C9%99rzili-kimi-yalan-informasiya-yayan-reket-jurnalistl/
 
  1. Habil Vəliyev reket jurnalistik fəaliyyətinə görə deyil, Mahir Abdullayevin ogurlanması cinayətinin təşkilatçısı Prezidentin köməkçisi Əli Həsənovu və cinayətə media yardımı edən reket jurnalist Asif Mərzilini ifşa etdiyinə görə həbs edilibdir – MTN İşi – yeniləndi
http://avropaninsesi.com/23150-2/
 
46.Hakimiyyətin cinayətlərin adiləşdirilməsi politikası xalqın əleyhinə daha agır faciələrin baş verməsinə səbəb olacaq – MTN İşi
http://avropaninsesi.com/hakimiyy%C9%99tin-cinay%C9%99tl%C9%99rin-adil%C9%99sdirilm%C9%99si-politikasi-xalqin-%C9%99leyhin%C9%99-daha-agir-faci%C9%99l%C9%99rin-bas-verm%C9%99sin%C9%99-s%C9%99b%C9%99b-olacaq/
47.İlham Əliyev nə üçün   Mahir Abdullayevin ogurlanması cinayəti haqqında  gizli video görüntülərinə cavab vermir !?  – İlqar Məmmədov
http://avropaninsesi.com/ilham-%C9%99liyev-n%C9%99-ucun-mahir-abdullayevin-ogurlanmasi-cinay%C9%99ti-haqqinda-gizli-video-goruntul%C9%99rin%C9%99-cavab-vermir-ilqar-m%C9%99mm%C9%99dov/
48. Cəmil Həsənli: Yalnız, Mahir Abdullayrvin ogurlanması cinayətindən  sonra Prezidentin hakimiyyətdə qalmaga siyasi, hüquqi və mənəvi  haqqı yoxdur ! – Video
http://avropaninsesi.com/c%C9%99mil-h%C9%99s%C9%99nli-yalniz-mahir-abdullayrvin-ogurlanmasi-cinay%C9%99tind%C9%99n-sonra-prezidentin-hakimiyy%C9%99td%C9%99-qalmaga-siyasi-huquqi-v%C9%99-m%C9%99n%C9%99vi-haqqi-y/
49. Müxalif lider Əli Kərimli: Elşad Abdullayevin yaydıgı videolardan bəlli oldu ki, Mahirin ogurlanması siyasi cinayətdir – Video 
http://avropaninsesi.com/%C9%99li-k%C9%99rimli-elsad-abdullayevin-yaydigi-videolardan-b%C9%99lli-oldu-ki-mahirin-ogurlanmasi-siyasi-cinay%C9%99tdir-video/
50“Mahir Abdullayev işi XXI əsrin ən dəhşətli cinayətidir və bəlkə  də, bu hadisə Hacı Məmmədov cinayətini kölgədə qoyacaq” – Vidadi İsgəndərli
http://avropaninsesi.com/mehman-huseynovun-h%C9%99bsi-cox-maraqli-m%C9%99qamlar-emin-huseynov/
51Reket jurnalist Asif Mərzili və Zümrüd Məmmədova haqqında 7 aprel 2009 tarixli məhkəmə hökmü – MTN İşi
 
http://avropaninsesi.com/mtn-sussurlugu-92-asif-m%C9%99rzili-v%C9%99-zumrud-m%C9%99mm%C9%99dova-haqqinda-7-aprel-2009-tarixli-m%C9%99hk%C9%99m%C9%99-hokmu-v%C9%99-huma/
52.Reket jurnalist Asif Mərzili və Zümrüd Məmmədovanın məqalələrinin 16 yanvar 2009-cu il tarixli Məhkəmə Linqivistik Ekspertizası haqında – MTN İşi
http://avropaninsesi.com/mtn-sussurlugu-91-akif-covdarovun-cinay%C9%99t-ortaqlari-reket-jurnalistl%C9%99r-asif-m%C9%99rzili-v%C9%99-zumrud-m%C9%99mm%C9%99dova-haqqinda-m%C9%99hk%C9%99m%C9%99-linqvistik-ekspertizasi-h/
53.MTN ‘’SUSURLUGU’’-90: Bakı Şəhəri Yasamal Rayon Məkəməsinin Asif Mərzili və Zümrüd Məmmədova haqqında 07 aprel 2009 il tarixli məhkəmə hokumü bərpa edilməlidir…
http://avropaninsesi.com/mtn-susurlugu-90-baki-s%C9%99h%C9%99ri-yasamal-rayon-m%C9%99k%C9%99m%C9%99sinin-asif-m%C9%99rzili-v%C9%99-zumrud-m%C9%99mm%C9%99dova-haqqinda-07-aprel-2009-il-tari/
 
54.Qezetci Asif Merzili mutesekkil cinayetkar teskilatin subyektidir – Video
https://youtu.be/TXNCkBuwgEQ
55. Tural Məhərrəmov: “Jurnalist Asif Mərzilinin Ramil Usubovla kriminal əlaqəsi !?”
http://avropaninsesi.com/tural-m%C9%99h%C9%99rr%C9%99mov-asif-m%C9%99rzilinin-ramil-usubovla-kriminal-%C9%99laq%C9%99si/
 
56.Əflatun Amaşov: Baş redaktor Asif Mərzili öz cinayəti üzündən həbs olunsa da, dövlətin ‘’hümanist’’ addımı nəticəsində Prezidentin Fərmanı ilə tezliklə azadlıga buraxılıb…yeniləndi.
http://avropaninsesi.org/%C9%99flatun-amasov-bas-redaktor-asif-m%C9%99rzili-oz-s%C9%99hvi-uzund%C9%99n-h%C9%99bs-olunsa-da-dovl%C9%99tin-humanist-addimi-n%C9%99tic%C9%99sind%C9%99-tezlikl/
 
57.Gi De Mopassan demişkən, yalan yazan jurnalist fahişə qadın kimidi – Elşad Abdullayev
http://avropaninsesi.com/gi-de-mopassan-demisk%C9%99n-yalan-yazan-jurnalist-fahis%C9%99-qadin-kimidi-elsad-abdullayev/
58.Əgər, öz xalqına yalan informasiya verən jurnalistikası varsa, o millətin heç düşmənə də ehtiyacı yoxdur !!!
http://avropaninsesi.com/%C9%99g%C9%99r-oz-xalqina-yalan-informasiya-ver%C9%99n-jurnalistikasi-varsa-o-mill%C9%99tin-hec-dusm%C9%99n%C9%99-d%C9%99-ehtiyaci-yoxdur/
 
59.Reket jurnalistika! Cinayətkara haqq qazandırmaq, özüdə cinayətdir … !!! – MTN Işi
http://avropaninsesi.org/reket-jurnalistika-cinay%C9%99tkara-haqq-qazandirmaq-ozud%C9%99-cinay%C9%99tdir-mtn-isi/
60. Ramiz Mehdiyev & Gülər Əhmədovanın “GÜLƏRQEYT” cinayətinin növbəti qurbanı: psixoloq Dəyanət Rzayev
http://avropaninsesi.com/d%C9%99yan%C9%99t-rzayevin-anasindan-aciqlama-psixoloq-intihar-edib-anasi-s%C9%99rqiyy%C9%99-rzayeva/
 
61.DİN-in Naziri Ramil Usubovun «Qara kassir»i Arzu Kazımovun Mahir Abdullayevin ogurlanmasındakı əməllərii konkret cinayət faktıdır – Video – MTN İşİ & Polis İşi
 
http://avropaninsesi.com/din-in-naziri-rami-usubovun-bas-x%C9%99zin%C9%99dari-arzu-kazimovun-mahir-abdullayevin-ogurlanmasi-%C9%99m%C9%99li-konkret-cinay%C9%99t-faktidir-mtn-isi-polis-isi/
 
62.Azərbaycan Respublikası Daxili İşlər Naziri Ramil Usubovun qardaşım Mahir Abdullayevin ogurlanması cinayətində bilavasitə iştirak edib – Elşad Abdullayev
 

Azərbaycan Respublikası Daxili İşlər Naziri Ramil Usubovun qardaşım Mahir Abdullayevin ogurlanması cinayətində bilavasitə iştirak edib – Elşad Abdullayev

63.Azərbaycan Respublikası Daxili İşlər Naziri Ramil Usubovun qardaşım Mahir Abdullayevin ogurlanması cinayətində bilavasitə iştirakını təsdiq edən gizli video görüntülər:
 
1.AR DİN-in Vll İdarəsinin polkovniki Rövşən Abbasquliyevin gizli video görüntüsü
https://youtu.be/TTjpb5ghkQc
2.AR DİN-in Naziri Rami Usubovun yaxın qohumu Arzu Kazımovun  və DİN-in Birinci müavini Zahid Dünyamalıyevin
https://youtu.be/QREZ49ohqho
 
  1. Arzu Kazımovun və AR DİN-in Birnci müavini Zahid Dünyamalıyevin vasitəçisi Rövşanə Əliyevanın gizli video görüntüləri
https://youtu.be/J8hmZOYRrDU
  1. DİN Naziri Ramil Usubivun yaxın qohumu Aerport Polisinin rəisi polis polkovniki Rasim İldrımzadənin gizli video görüntüləri
https://youtu.be/r-6pMffUJ8g
  1. DİN-in İctimai Təhlükəsizlik İdarəsinin polkovniki Telman Muradovun gizli video görüntüləri
https://youtu.be/jMwZhPheqM4
  1. Mərimanov Rayon Məhkməsinin sədri Agababa Babayevin Mahir Abdullayevin ogurlanması bazarlıgının DİN Naziri və Birinci müavini Vilayət Eyvazov haqqınd gizli video görüntüləri
https://youtu.be/b4VObnYNWBM
  1. Bakı Baş Polis İdarəsinin Banditizm Bölməsinin ( MCQMİ) keçmiş MTN-in Birinci müavini KQB generalı Hilal Əsədov tərəfindən qardaşım Mahir Abdullayevin mügənni Mətanət İsgəndərlinin evindən ogurlanması
https://youtu.be/mVSZQkTUGls
  1. AR DİN Naziri Ramil Usubova məxsus media orqanlarının dövlət terroruna məruz qalan hüquq professoru Elşad Abdullayevə qarşı həqiqətə uygun olmayan cinayət xarakterli informasiyaları yayması
https://youtu.be/TXNCkBuwgEQ
  1. Məni susdurmaq məqəsdlə təsis etdiyim və rektoru oldugum mənim təsis etdiyim və rektoru oldugum Azərbayacan Beynəlxalq Universitetinin (ABU) siyasi sifarişlə baglanması
https://youtu.be/NKthLRAfsbE
  1. Digər qardaşım Eldəniz Abdullayevin Prezident Adminisrassiyasının rəhbəri Ramiz Mehdiyevə məxsus Qurd Qapısı restoranında zəhərlənməsi və yaxın qohum-əqrəbamın dövlət terroruna məruz qalması
https://youtu.be/VIbP1cXYr_A
  1. Qardaşım oglu, Siyasi Məhbus, Qarabag müharibəsi iştirakçısı, Şəhid ailəsi və mənə görə Siyasi girov götürülmüş Mübarz Abdullayevə saxta ittihamlarla 10 il azadıqdan məhrum edilməsi
https://youtu.be/P19Jjd5IDXU
  1. Əli Bayramovun (Zəngilansiki, Terrozina) gizli video görüntüləri
Elşad Abdullayevdən gündəmi dəyişəcək video.
 
https://youtu.be/WnhFzej-XXo
13. Elşad Abdullayev qardaşının oğurlanmasıyla bağlı yeni video göndərdi ( Tam versiya )
https://youtu.be/SMa7wiumtiU
 
14.”Bunu eliyən Əli Nağıyevdir” – Elşad Abdullayevdən yeni video
 
https://youtu.be/nfZo6NAOgP8
 
15. abbasov ilqar mtn-mahir abdulayevin isi
 
https://youtu.be/WALtmY_FHZY
 
PLUS D’INFOS:
http://avropaninsesi.com/category/kriminal-az%C9%99rbaycan/
Ardı var…

 

 

Print Friendly, PDF & Email