Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

yagubovg@mail.ru

Dünya Sair və Yazıcılar İttifaqının sədri Qaraxan Əkbəroglu, Vyana

       

         BİLMƏZ

 

         Bir ölkədə haqq yoxdursa,

         Şah da taxtda qala biməz.

         Yüz min ordu bir şairi,

         El gözündən sala bilməz.

 

         Söz var xar edər bir xanı,

         Söz də var yatırdar qanı,

         Şeirdir könül sultanı,

         Bəşər onsuz qala biməz.

 

         Xalqın sözcüsü olmasa,

         Gücünü haqdan almasa,

         Əlinə silah almasa,

         Torpağını ala biməz.

 

         Vətən üçün əsim- əsin,

         Yağının kökünü kəsin,

         Qüdrətsiz, qeyrətsiz kəsin,

         Ləyaqəti ola biməz.

 

         İstər öldür Qaraxanı,

         Ey zalım, cəlladın hanı?

         Allah almayan bir canı,

         Əzrayil də ala bilməz.

        

Ulduz, Fransa, Paris, 26.11.2018

www.avropaninsesi.com

info@avropaninsesi.com