Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

 

Fransada mühacir həyatı yaşayan ABU-in keçmiş tələbəsi Əliyeva Sevinc və jurnalist Pərviz Əliyev Avropaninsesi.com saytına maraciət etdilər…
Men Əliyev Pərviz Rafig oglu Azerbaycanda ailə hakimiyyətinə qarşı Jurnalist fəaliyyətilə meşgul olduguma görə son illərdə jurnalist fəaliyyetimlə əlaqədar olaraq həyatima olan təhlukəyə görə ailə üvülərimlə birlikdə Azərbaycani tərk etmək məcburiyyətində qaldıq…
Biz, Fransaya siyasi muhacirət etməyi qərara aldiq. Avropa dövlətləri arasinda İnsan Haqlarının Müdafiənin təmin olunması sahəsində Fransa dövlətinin humanistliyinə güvəndiyim üçün mən və həyat yoldaşım Fransa Respublikasını  seçdik. Qısa zaman kəsiyində biz  Fransanın dünyanın demokratiya mərkəzi oldugunu gördük. Son prezident seçkilərində şahidi olduqki,  demokratiyanın qarantı olan Fransa Respublikasının prezidenti 5 ildən bir seçilir və dəyişir.Hamıya bəllidi ki, Azərbaycanda prezident ömürlük seçilir, bir ailə 59 ildir ki, ölkəmizi despotik diktatura yolu ilə idarə edilir. Buna baxmayaraq, 11 aprel 2018-ci ildə yenidən Azərbaycan diktatoru İlham Əliyev 7 ildə prezident seçilməklə Kennesin rekordlar kitabına düşdü.
Əliyev rejimini zülümndən sıravi Azərbaycan vətəndaşları  öz dogma vətənlərindən qaçıb Avropaya sıgınırlar. Demək istəyirəm ki, heç bir normal şəxs öz dogma vətənini xoşluqla tərk etməz…
Mənim Avropadakı siyasi fəaliyyətimə belə Azərbaycanda yaşayan yaxınlarıma aglasıgmaz təzyiqlər olunur. 09.01.2017 ci ildə Baki Şəher  prokurorluguna ifadə vermek üçün yashlı Ata və Anamı “söhbət” eləməyə  çagırıblar…
Fransada yaşadıgım dövr ərzində də siyasi Fəalliyyətimi davam etdirmişəm…
Nəzərinizə çatdirmaq istərdim ki, 02 fevral 2018-ci ildə Parisdəki Azərbaycan Səfirliyi önündə Azərbaycan Diktatoru Əliyev rejiminə qarşı etiraz mitinqində fəal iştirak etdiyimə görə ertəsi günü yaşlı Atamı və anamı zorla Polisə aparmışlar. Daha ətraflı bax:
https://www.youtube.com/watch?v=XTLhQXQohp4
Valideynlərimi  saatlarla saxladiqdan sonra mənə zorən telefonla zəng vurdurublar ki, rejimə qarşı fealliyetini durdurmasan Atanı həps edəcəyik. Və Polis terrorundan sonra valideyinlərim öz təhlükesizliklərinə görə məni övladliqdan belə çıxarıblar. Hazirda valideyinlərimlə  əlaqə saxlaya bilmirəm, onlara Polis dogma övladı ilə danışmaga qadagan ediblər.
Mən, Əliyeva Sevinc  1987 -ci ildə Tovuz rayonunda anadan olmusham,orta məktəbi  2005- ci ildə bitirmişəm.
2005-ci il tarixində  Azerbaycan Beynelxalq Universitetininə (ABU) daxil olmuşam və 2009 cu ildə Univeristeti bitirmişəm, ancaq  Azərbaycan diktatoru İlham Əliyev  həmin ərəfələrdə Universitetimizin fəalliyetini dayandırıb öz feodal ailə təsil sistemini yaratdı. Hamiya gün kimi aydındı ki, hələ Prezident Aparatının rəsmi orqan olan Abutreynt jurnalında bizim Azerbaycan Beynelxalq Universiteti fəaliyyətdə oldugu müddət ərzində Azərbaycan Universitetləri arasında reytinq göstəricisinə görə korrupsioner ailə Uiversitetlərinin reytinq göstəricilərindən yüksəkdə idi. Və bu ailə Universitetlərini baglamaq əvəzinə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək  ABU-nu bagladılar.
Diktatorun arvadı Mehriban Əliyeva azərbaycan təhsil sistemini  və gələcəyini məhv edb, yerində korrupsioner ailəvi təhsil – univermaq tipli sülalə təhsil sistemini yaratdı. ABU rektoru Elşad Abdullayevin qardaşını girov götürüb Universitei cinayətkarcasına ələ keçirtmək üçün açıq aşkar medida  ABU-in əleyhinə qarayaxma kompaniyası aparlırdı. Xalqımızın qanuni fəaliyyət göstərən  müasir tipli Azerbaycan Beynelxalq Universitetini şərləyib baglayaraq yerində öz yaxın-qohum-əqrəbasının rektoru oldugu korrupsioner təhsil Univermaqlarını yaratdılar. Mərhum Heydər Əliyevin dönəmində onların hec bir vəzifəsi yox idi. İlham Əliyevin zəifliyindən istifadə edərək paşayevlər hamısı birdən-birə dönüb Universitet rektorları  və saxta akademik-professorlar oldular.
Hazırda, Azərbaycanda  təhsil sistemi zaman-zamn  məhv edilərək  əliyev ailəsinin manapoliyasına daxil edilmiş feodal təhsil sistemi yaradılıdı:
 I yer, Aviasiya Akademiyasi, rektor prezidentin qayinatasi Arif Paşayev. Bu universitetə xalq arasında Qayınata Univermagı deyirlər ;
II yer, Moskva Dövlet Universitetinin Baki filiali, rektor prezidentin arvadının bacısı, baldızı Nərgiz Paşayeva. Xalq arasında Baldız Univermagı deyirlər;
III yer, Azərbaycan Diplomatiya Akademiyasi, rektor prezidentin arvadinin əmisi Hafiz-Paşayev. Xalq arasında Əmi Univermagı deyirlər ;
IV yer, AZI-ADANA, rektor prezidentin dayisinın (Cəmil Əliyev) bacanağı Siyavus Karayev. Xalq arasında Bacanag Univermagı deyirlər ;
V yer: Odlar Yurdu Universiteti, tesiscisi prezidentin arvadinin bibisi oglu Altay Məmmədov. Xalq arasında Bibioglu Univermagı deyilir;
VI yer, Bakı Dövlət Universiteti, Rektor Abel Məhərrəmov, əlaqələndirici prezidentin bibisi Rəfiqə Əliyeva . Xalq arasında Bibi Universiteti deyirlər;
Vll yer, Təfəkkür Universiteti, bilavasitə idarə edən prezidentin arvadının yaxını deputat Ziya Səmədzadə. Xalq arasında prezidentin arvadının Deputat Univermagı deyilir;
Vlll yerdə,  Paşayevlər klanının növbəti Qayınata-Qayınana Unvermaqlarından biridə, bilavasitə, Mehriban Əliyevanın rəhbərliyi ilə yaradılan İ.M.Seçenov adına Brinci Moskva Dövlət Tibb Universitetinin Bakı Filialıdır. Xalq arasında Mehriban Əliyvanın Tibb Universiteti kimi tanınır. Universitetin Rektoru prezidentin dayısı Cəmil Əliyevin oglu Əziz Əliyevdir. Xalq arasında dayı oglu univermagı deyilir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında 23 may 2015 il tarixli sərəncam imzalayıb. Nəzərə alınsakı, prezidentin arvadı Mehriban Əliyeva 1988-ci il tarixindən həmin Universitetin məzunudu,  2015-ci il tarixindən həmin Universitetin saxta professorudur.
Bütün bunlarla yanaşı ABU-in tələbələri, məzunları və müəllimləri isə Azərbaycan hakimiyyətinin terrruna məruz qaldı, hətta,  ABU Rektoru  Elshad Abdullayev həyati təhlükəsizliyini təmin etmək məqsədilə  Fransaya sıgındı.
2009-cu ilin yay aylarinda Əliyev Pərvizlə ailə həyatı qurduq, toyumuzda ABU rektoru Elşad Abdullayev də iştirak etdi.
Lakin, sevincimiz çox çəkmədi . Həyat yoldaşım Pərvizin hər zaman siyasi düshüncəsindən və fiklərindən dolayı Əliyev rejiminə qarşı yazdıgı məqalələrə və  mitiqlərdə aktiv istirak etdiyinə görə mənim və övladlarimizin real həyati təhlükesi  artmaga başladı.
Elə bir təzyiqlər yaranda ki, yeganə ümüd yeri ölkəni terk etmək idi .  Psixaloji sarsinti kecirib bir muddət tibbi mualicə aldim …
Nəhayət,  biz  2017-ci ilin iyun ayinda Fransa dövlətinə gələrək  Siyasi siginacaq tələbində bulunduq. Hazirda özümü ve ailemi Fransa dövletində çox təhlükəsiz  hiss edirəm…
Hörmətlə…,
ABU-in keçmiş tələbəsi Əliyeva Sevinc və Pərviz Əliyev
Ulduz, Fransa, Paris, 30.04.2018
info@avropaninsesi.com