Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

 

“Bu rejim ancaq Azərbaycan xalqının əleyhinə işləməkdə davam edir” – Siyasi mühacirlər 11 aprel Prezident seçkilərinə etiraz ediblər. Onlar Azərbaycan hökumətini siyasi məhbusları azad etməyə çağırıblar. Avropadakı siyasi mühacirlər Almaniyanın paytaxtı Berlin şəhərindəki Azərbaycan səfirliyinin önündə etiraz aksiyası keçirib. Aksiya iştirakçıları “Siyasi məhbuslara azadlıq”, “Diktatoru Tanıdaq”, “Prezident seçkilərini baykot” kimi şüarlar səsləndiriblər. Əllərində siyasi məhbusların fotoları olan plakatlar tutublar. Onlar Azərbaycan hakimiyyətindən siyasi məhbusları azad etməyi, siyasi fəallara qarşı təhdid və basqıları durdurmağı tələb ediblər. Aksiyaya Avropanın müxtəlif şəhərlərindən, əsasən də Almaniyadan olan siyasi mühacirlər qatılıblar.