Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

 

elshadalawprof@gmail.com

Bloklanmış Avropaninsesi.com saytının Azərbaycana girişini necə açmaq olar !? – Elşad Abdullayev

Avropaninsesi.com saytının Azərbaycana girişi çətinləşib, hətta Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Naziriliyinin Delta.com tərəfindən blok olunub. Belə anti Konstitusiyon vəziyyət, yalnız Azərbaycan ərazisində belədi, Avropada və digər demokaratik ölkələrdə isə sayıtlara giriş də problem yoxdur.

Xatırlatmaq istəyirəm ki, Azərbaycanda internet monopoliyda oldgu üçün internt istifadəçilərinin və istehlakçılarının hüququ pozulur. Hüquqi baxımdan Azərbaycan Respublikası Konstitusiyasının 47 və 50-ci maddələrinə görə Azərbaycan vətəndaşların informasiya əldə etmək hüququ kobud şəkildə pozulur.Hüquqları pozulmuş sayıtlar məhkəməyə müraciət edə bilərlər.

Bu səbəbdən də sayıtların açılması üçün alternativ yollar axtarılır…

Bloklanan sayıtlara necə girmək olaramı?

Buna görə də saytları necə bloklayırlar ?

Sayıtlar bununla necə mübarizə apara bilərlər ?

Təcrübədə baglanmış Sayıtıarı hansı proqramlarla oxumaq olar ?

Mütəxəsislərin fikrincə, digər brauzerlırdən istifadə etməklə Azərbaycanda, Şimali Koreyada, Suriyada, Belarusiyada, İranda, Çində, Somalidə, Afirkada və s. kimi söz azadlıgı və müstəqil KİV-ri olmayan ölkələrdə bloklanmış Sayıtlara girmək olar.

 

Praktikada bloklanmış sayıtları bir neçə üsulla açmaq olur:

1-si, translate.google-dan girib açmaq olur, bu ən sadə asan optimal metoddur…,

https://translate.google.com/?hl=az

Belə ki, linkləri google-dan tapıb, trnaslate.google-ə atıb, guya tərcümə edirsiniz və həmin bloklanmış saytın məqaləsini oldugu kimi oxuya bilərsiniz…;

2-ci tövsiyə olunan metod: Opera istifadə edənlər

Menu/Settings/Privacy & security/Enable VPN

aktiv etməklə;

3-ci: Digər brauzerlərdən (Google Chrome, FireFox) istifadə edənlər ZenMate tipli pluginləri əlavə etməklə;

4-cü: Hotspot Shield kimi DNS dəyişdirən proqramlar ilə qeyd olunan saytlara girə bilərlər…

Yeri gəlmişkən, bloklanan sayta girməyin bir yolu anonimayzer və proksi-serverlərdir. Bu metodda nəzərə aləna bilər…

Və yaxud, ən sadə üsul brauzerlərə “BROWSEC” əlavəsini quraşdırıb əlavə etməkdir. İstənilən bloklanmış saytı açır, yükləmə linkləri:

1) GOOGLE CHROME ÜÇÜN:

https://chrome.google.com/…/omghfjlpggmjjaagoclmmobgdodcjbo…

2) FİREFOX ÜÇÜN :

https://addons.mozilla.org/ru/firefox/addon/browsec/

3) OPERA ÜÇÜN :

https://addons.opera.com/ru/extensions/details/browsec/…

və ya birbaşa

https://browsec.com

saytının özündən bütün brauzerlərə quraşdıra bilərsiniz.

P.S. Hörmətli sayt istifadəçiləri, xahiş olunur ki, Siz bu metodların hamısını bir yerə toplayıb daimi olaraq öz saytınızın başlıgında, görünən bir yerdə daimi olaraq yerləşdirəsiniz. İlk baxışda çətin görünsə də, lakin , praktikada göründüya qədər də asan bir işdir…

 

Elşad Abdullayevin Facebook səhifəsindən,

Madinə, Paris, 28 oktyabr 2017

info@avropaninsesi.com