Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

Britaniya parlamentinin üzvü Piter Bottomli həbsdəki jurnalist Əfqan Muxtarlının işi ilə bağlı hökumətlərinə müraciət edib.

“Turan” agentliyinin xəbərinə görə, bu haqda deputat bəyanat yayıb.

“Xarici işlər və Birlik işləri üzrə dövlət katibini rəsmi Bakıya araşdırmaçı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı narahatlığını ifadə etməyə səsləyirəm”, – deyə deputatın bəyanatında qeyd edilir.

O, əlavə edib ki, rəsmi London Bakını Muxtarlının işi üzrə ədalətli məhkəmə təhqiqatını təmin etməyə səsləməlidir.

Deputat həmçinin, rəsmi Londonu müstəqil jurnalistikanın rolunu və əhəmiyyətini Azərbaycan hakimiyyətinə izah etməyə dəvət edib.

 

People cross Westminster Bridge in front of the Houses of Parliament the day after Britain’s national elections in London, Friday, June 9, 2017. British Prime Minister Theresa May’s gamble in calling an early general election backfired spectacularly, as her Conservative Party lost its majority in Parliament and pressure mounted on her Friday to resign. (AP Photo/Markus Schreiber)