Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu gün  XXl əsr Azərbaycanın ən agır dövləti cinayəti Mahir Abdulayevin ogurlanması cinayətinin 15 illiyi tamam olur (13 oktyabr 2003-cü il)…
elshadalawprof@gmail.com
Bu səbəbdən də Azərbaycanın ogru hakimiyyəti elə cigrırki, az qala dogrunun bagrı çatlasın… 
Bir hüquq professoru olaraq  mənə qarşı olan Azərbaycan hakimiyyətinin dövlət terrorunun ilk başlıca səbəbi, Azərbaycan hakimiyyətinin dünyanın ən qəddar despotik Diktatura rejimi olmasıdır. Hətta, Fransa Məhkəməsi də Azərbaycan hakimiyyətinin despotik diktatura hakimiyəti olması barəsində hüquqi-siyasi qiymətini də verib. Xatırlatmaq istəyirəmki, Paris Nantar məhkəməsinin 7 noyabr 2017-ci il tarixli Məhkəmə verdikti (hökm) ilə Azərbaycan hakimiyyətinə diktatura və Azərbaycan prezidenti İlham Əliyevə dünyanın ən qəddar despotik diktatoru hüquqi – siyasi qiyməti verilmişdir. Təkrar olaraq 21 sentyabr 2018-ci il tarixində Versal Apellyasiya məhkəməsi Azərbaycan hakimiyyətinin fransız jurnalistlərə qarşı defamasiya ittihamı üzrə işə baxılmamasına dair aşağı məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb. Bu isə Fransa Məhkəməsinin  Azərbaycan despotik diktatatorluguna  hüquqi-siyasi qiymət verilməsini bir daha təsdiq etdi.
Digər başlıca səbəbi isə, mənim Azəbaycan hakimiyyətinin mənə qarşı etmiş oldugu qanuna zidd əməllərindən Avropa İnsan Haqqlarını Müdafiəedən Məhkəməyə (Strasburg Məhkəməsinə) etiyim Şikayəti geri çəkməyimi tələb etmələridir. Mənim  Avropa Məhkəməsinə etdiyim Şikayət hazırda baxılma prosedurasındadır…
Daha sonra isə, qardaşım Mahir Abdullayevin ogurlanması cinayətini sübuta yetirən Gizli vdeo görntülər bu cinayəti edənləri tam çılpaqlıgı ifşa etmişdi, heç bunu şərh etməyə ehtiyacda yoxdur.
Son olaraq bildirmək istəyirəm ki, azərbaycan hakimiyyəti Mahir Abdullayevin ogurlanması cinayətinin üstünü ört-basdır etmək üçün əlində olan bütün vasitələrdən istifadə edir. Prezidentin köməkçisi Əli Həsənovun reket mediası, Azərbaycanda ogru elə qışqırır ki, dogrunun bagrı çatlayır ! Amma, cinayətkarlar barəsində hamıya hər şey bəlidir…
Bu gün Mahir Abdulayevin ogurlanması cinayətinin 15 illiyi tamam olur (13 oktyabr 2003-cü il). XXl əsr Azərbaycanın ən agır dövləti cinayəti olan bu cinayəti bu gün Azərbaycan hakimiyyətinin pensioner dırnaq arası dövlət xadimləri Prezident Admnistrassiyasının (PA) rəhbəri Ramiz Mehdiyev, Prezidentin İctimai-iyasi məslələr üzrə köməkçisi Əli Həsənov, PA-sı Hüquq Şöbəsinin müdüri Fuad Ələsgərov, Daxili İşlər Naziri Ramil Usubov və Baş Prokuror Zakir Qaralov tərəfindən edildiyini bir daha təsdiq edir. Xalqına qəmin kəsilmiş bu üzdəniraq dövlət xadimləri hamıya bəlli olan Mahir Abdullayevin ogurlanması cinayətini açmaq əvəzinə Avropada üstümə özlərinin terrorçularını göndəriblər. Onların mənə qarşı media üzərindən həqiqətə uygun olmayan mənəvi terroru bunu bir daha təsdiq edir…Azərbaycan Xalqına xəyanət etmiş bu ali vəzifəli şəxslər Azərbaycanı fiziki dövlət kimi idarə edirlər, elə bilirlərki, Fransa bunlar üçün Yasamal KQB-in padvalıdır. Fransa hüquq dövlətidir…Bilirsiniz ki, siz məni nə qədər sıxdınızsa, məndə sizin bogazınızdan bir o qədər bərk-bərk yapışdım, təsir əks təsirə bərabərdir…
Fransa, Paris, 13 oktyabr 2018-ci il
 
Avropaninsesi.com