Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Dünya Sair və Yazıcılar İttifaqının sədri Qaraxan Əkbəroglu, Vyana
yagubovg@mail.ru
Çaqqallar alıb hər hanı, Tülkülər olub iş kəsən !
NƏ QƏRİBƏSƏN
Çox seyr etdim bu dünyanı,
Çaqqallar alıb hər yanı.
Küncə diriyib aslanı,
Tülkülər olub iş kəsən,
Həyat sən nə qəribəsən.
Yer üzünü qan alıbdır,
Körpələr yetim qalıbdır.
Haqq- ədalət azalıbdır,
Çoxalıbdır asıb- kəsən,
Həyat sən nə qəribəsən.
Gör necə yaranıb bir hal,
Şeyixi kar, şairi lal.
Həkim falçı, hakim dəllal,
Polis də olub yol kəsən,
Həyat sən nə qəribəsən.
General forması geyir,
Savaşda içini yeyir.
İrəli get, qorxma deyir,
Öz ürəyi tir- tir əsən,
Həyat sən nə qəribəsən.
Qaraxan dərddən xəstədir,
Dərmanı başqa kəsdədir.
Koroğlular qəfəsdədir,
Şah olubdu keçəl Həsən,
Həyat sən nə qəribəsən.