14895632_236567606759929_622955171_o

11084238_830600930366274_8309065780337861103_n

13495081_1598468677118662_1581999821798012858_n

Çox xoşbəxtəm ki, Azərbaycan Beynəlxalq Universitetinin məzunuyam – Səbri Quliyev – ABU məzunu

Mən hər zaman, hər yerdə qeyd etmişəm, yenə də demək istəyirəm çox xoşbəxtəm ki, Azərbaycan Beynəlxalq Universitetindən  (ABU) məzunam… Əgər, təkrar seçmək şansım olsaydı, yenə də Azərbaycan Beynəlxalq Universitetini seçərdim ! Bütün ugurlarımı ABU-da aldgım yüksək  təhsilimin hesabına qazanmışam…

Xatırlatmaq istərdim ki, Azərbaycan Universitetləri arasında  ABU , ilk dəfə olaraq, təhsildə yüksək kefiyyət göstəricilərinə görə Dövlət, İctimai və Beynəlxalq Akkreditasiya qeydiyyatından keçmişdi… Hələ də bir sıra unuversitetlər bu səviyyədə Dövlət Akkretitasiya qeydiyyatından keçməyib.

Obyektiv araşdırmalara görə ABU Azərbaycan təhsil sistemidə öncül Universitet olub.  15.03.2010-cu il tarixində London Təhsil Araşdırmalar Mərkəzi tərəfindən aparılmış  analizə görə Azərbaycan Təhsil Müəssisələrinin  reytinq göstəricilərinə görə Azərbaycan Beynəlxalq Universitetinin (ABU) xüsusi reytinq göstəriciləri  Vll yerdə olmuşdu
Azərbaycan Universitetlərinin reytinqləri haqqında :  ABU 38 Ali Təhsil Müəssisələri içərisində  11-ci yerdə olmuşdu – “Abuturyent “, №11, 12, 2007, səh.33

Bu günə qədər bir çox dövlət Universitetlərində olmuşam . Qeyd etmək istəyirəm ki,  bu gündə mediadan məlum olur ki rüşvət Azərbaycan təhsilini atributudu, balıq həmişə başdan iylənir, əsas korrupsioner universitetlər prezidentin ailə üzvülərinə və mehdiyevlərə yaxın universitetlərdədir. Təhsildə ailəbazlıq prinsipi   Azərbaycan  təhsil sistemində durgunluq və inzibati amirlik korrupsiyanın mənbəyidir, heç bunu sübut etməyə ehtiyacda yxdur.

Azərbaycanda yaxşı təhsil verən Universitetlərdə var, yaxşı müasir savadlı tələblərdə çoxdur. Ancaq, Azərbaycan Beynəlxalq Universiteti fərqli idi. Oradakı nizam-intizam, qanun-qayda tam fərqli idi…, adi ABU-in tələbə şəhərciyinə girəndə özünü fərqli hiss edirdin, sanki fərqli bir ölkədəsən, tələbələrdə fərqlilikləri ilə seçilirdi…

ABU müəllimlərinin əksəriyyəti xarici ölkələrin təhsilini görmüş müəllimlər idi. Elə ABU rektoru hüquq professoru Elşad Abdullayev Moskvada akademik təhsil almışdı. O, keçmiş SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnistitunun  əyani Aspiranturasının məzunu idi. Elşad Abdulayev Moskva şəhəri kimi elmi mərkəzdə Hüquq elmləri namizədi və Hüquq elməri doktoru elmi dərəcəsnə layiq görülmüşdü. RF-in Hüquq Elmləri Akademiyasının və Rusiya Dövlət Təhsil Akademiyasının akademiki seçilmişdi.

Elşad müəllimin zəngin idarəetmə təcrübəsinə malik idi.  O, AMEA-in Hüquq İnistitunun Böyük elmi işçisi, BDU-in Hüquq fakültəsinin professoru elmi vəzifəsini daşıyrdıi.

Elşad Abdullayev Azərbaycan Prezidenti yanında AAK-in Hüquq Ekspertizası Şurasının sədri idi.

Azərbaycan Respublukasının Təhsil Nazirliyi tərəfindən Elşad Abdullayevə  səmərəli fəaliyyətinə görə təhsil sahəsində ən yüksək dövlət mükafatı  olan ”Qabaqcıl təhsil işçisi ” medalı ilə təltif edilib.

Şəxsən ABU rektoru Elşad Abdullayevlə fəxr edirəm…

ABU-da dünyada tanınmış 17 akademik bzə dərs deyirdi. ABu müəllimlərnin əksəriyyəti AMEA-in, BDU-in , Pedaqoji Universiteinin  və s. tanımış, təcrübəli professor-müəllim heyəti var idi. Tez-tez xarici ölkələrin səfirlri ilə və elm adamları ilə görüşlərimiz olurdu. Tez-tez Azərbayacanın dövlət və ictimai xdimləri ilə görüşlər küçirirdik…

ABU tələbələri xarici dövlət Universitetləri ilə tələbə mübadiləsi edirdi…

ABU-in zəngin kitabxanası var idi və dünən nəşr olunan dərs vəasitlərini səhrisi kitabxanadan əldə etmk olurdu.

Mən ABU-da  5 il oxudum bir dəfdə də olsun neqativ halla üzləşmədim, hiss etmədim. Başa düşə bilmirəm dünən ABU-nu ən çox tərifləyənlər bu gün onun əleyhinə ən çox həqiqətə uygun olmayan qaryaxmalar yazırlar, dünən Elşad müəllimi tərifləyənlər bu gün əleyhinə yazır .Əksinə belə neqatibv hallar gənclərin şüuruna, əxlaqına olduqca pis təsir edir, onları ikiüzlülüyə və yaltaqlıga sövq edir.

Əgər bu ün ABU rektoru hüquq professoru Elşad Abdullayev Azərbaycanda adam ogurlugu ilə məşgul olan cinayətkar təşkilatı ifşa etdiyinə görə qınayanlar varsa, fikrimcə bu Azərbaycan dövlətçiliyinə qarşı özü bir agır dövləti cinayətdir.

Özüm və tələbə yoldaşalarım elə ilk işimimizi dövlət orqanlarından başlamışıq… ABU pis Universitet olsaydı , təbligatı fərqli olsaydı bizə dövlət iş verməzdi. Mənim tələbə yoldaşım Zaur Əliyevi hər gün ATV TV-də çx yüksək səviyyəli TV aparacılıgı edir. Elə bir dövlət müəssisəsi, təşkilatı olmasın ki orada ABU-in məzunu olmasın …!

Fikrmcə, dayaz düşüncəli olmamalıyıq…, bizdədə yaxşı nə varasa ondan imtina etməyə üstünlük verən millətik…

Əgər, təkrar seçmək şansım olsaydı, yenə də Azərbaycan Beynəlxalq Universitetini seçərdim …, tam azad, aydın,  güçlü, şəffaf, potensialı geniş olan bir müasir təhsil sistemi olan ABU-nı seçim edərdim …

Ümüd edirəm ABU gec-tezi bərpa olunacaq…

Ardı var …

tehsil-magistr (1)

İmza: Səbri Quliyev, ABU məzunu

           Fransa, Paris, 16.01.2017

IMG_1965

Daha ətraflı:
Azərbaycan Universitetlərinin reytinqləri haqqında : ABU 38 Ali Təhsil Müəssisələri içərisində 11-ci yerdə olmuşdu – “Abuturyent “, №11, 12, 2007, səh.33

http://avropaninsesi.org/az%C9%99rbaycan-universitetl%C9%99rinin-reytinql%C9%99ri-haqqinda-abu-38-ali-t%C9%99hsil-mu%C9%99ssis%C9%99l%C9%99ri-ic%C9%99risind%C9%99-11-ci-yerd%C9%99-olmusdu-abuturyent/

 

 

 

 

 

Print Friendly, PDF & Email