elshadalawprof@gmail.com

Снимок экрана 2017-02-20 в 3.50.47

ABU-in məzunu Səbri Quliyevin “Canlı Qarabag Ensklepedissiyası” şair Ənvər Əhmədin müəllimləri başına yıgıb Qarabaga savaşına çagrış etməsini mən də dəstəkləyirəm. Ənvər müəllim ! Bilin ki, Avropada yaşayan Azərbaycanlıların ürəyindən xəbər verdiniz, onların çoxu Qarabag müharibəsinin odu-alovunu görmüş şəxslərdi, elə bir ailə yoxdur ki, bu müharibədən ziyan çəkməsin. Sizin kimi şəxsiyyətlə ölümə getməkdə şərəf işidi… Onsuzda şair Ənvər Əhməd 23 ildir ki, Qarabag müharibəsinin  düz ortasında hər gün savşdadı…Mənim şair Ənvər Əhmədlə ilk tanışlıgım Şuşadan başalayıb, 1976-cı ildə Şuşada BDU-in Hüquq fakültəsinin “Əhmədiyyə Cəbrayılov adına Tələbə İnşaat Dəstəsi”nin Komandiri idim. Bizimlə görüşə Fransanın Milli Qəhrəmanı, Fəxri Legioneri əfsanəvi Əhmədiyyə Cəbrayılov gəlmişdi. Onunla birlikdə şair Ənvər Əhməd də Şuşa Mədəniyyət evində çıxış etdi, bizimlə görüşdü. Hələ, o vaxtlar hər iki tarixi şəxsiyyət Qarabag haqqında həycan təbili çalırdılar…

– Bu müharibəni gələcək nəsillərə buraxmaq günahdı. Azərbaycan xalqı heç vaxt müharibə istəməyib, lakin, erməni faşistləri bizi zorən müharibəyə təhrik ediblər, 23 ildir xalqımızın başına olamzın müsibətlər gətirib, quldurcasına girib oturublar evmizin içinə, öz xoşları ilə çıxmaq istəmirlər. Ona görə də Qarabag Müharibəsi qacılmazdı və bütün xalq birləşib torpaqlarımızı yagı düşməndən azad edilməsində iştiraka hazırlaşmalıdı. -Bizim aparacagımız müharibəyə rəsmi surətdə Vətən müharibəsi statusu verilməli,  hər şey müharibə ücün şüarı altında hazırlıq aparılmalıdır. Başqa yol yoxdu artıq.

Bir hüquq professoru olaraq başa düşə bilmirəm ki, öncə qısa müddətdə nail olmaq lazımdı ki, problemin hüquq tərəfdən həll olunmalıdı. Bütün dünya Daglıq Qarabagı Azərbaycanın ərazisi hesab edir, heç bir dövlət Qarabagı müstəqil dövlət kimi tanımır, heç Ermənistan özü də tanımır, Qanunsuz hərbi birləşmələrin Qarabgdan çıxarılmasını tələb edirlər. Azərbaycan Respublikasının cinayət qanunverciliyinə görə Daglıq Qarabagda fəaliyyət götərən erməni silahlı dəstələri qanunsuz fəaliyyət göstərən silahlı dəstə kimi məhkəmə məsuliyyətinə cəlb olunmalıdı. Yaxud da, inzibati qayda da ölkənin ərazisindən çıxarılmalıdı. 4 günlük aprel savaşından bəlli oldu ki, Qarabagda həlak olanların heç bri yerli əhali deyil. Həlak olanların siyasından bəlli oldu ki, hamısı Ermənistandan gəlib. -Bu həyati problem sırf hüquqi baxımdan Azərbaycanın daxili işidi, bu problemi beynəlxalq güclərin ixtiyarına buraxmaq Azərbaycan Konstitusiya Qanunverciliyinə və Beynəlxalq hüquq normalarına ziddir, heç 23 ildə həll etmək maraqları da yoxdu. Hazırda , Qarabagada qüvvələr nisbəti Azərbaycanın xeyrinədi. Dəyərli şairimiz milli qeyrətli Ənvər müəllimin çagrışını  Avropada yaşayan bütün Azərbaycanlılar dəstəkləyirik. yaxşı ki, Sizin kimi qeyrətli ziyallılarımız var. Həmişə Azərbaycan ziyallıraı xalqın tale yüklü problemlərinin önündə aktiv mövqe tutublar.

– Fikrimcə, Azərbaycan hakimiyyətinin mövqeyi bu məsələdə başa düşülən deyil!?  Səbri Quliyev kimi cəsur ABU gənclərimizi göz görəsi  ruhdan salırlar. 10 minlərlə məzunu olan Azərbaycan Beynəlxalq Universitetini saxta ittihamlarla baglayıb zəbt etmək istədilər!

Hamıya gizli video görüntülərlə bəlli oldu ki, qaradşım Mahir Abdullayevin ogurlanması cinayətini kimlər edib, hazıra qədər də məsuliyyətə cəlb olunmayıblar, MTN İşi məhkəməsi bir daha bunu təsdiq edir. KQB qulduru Akif Çovdar kimi qurbanlıq krçi axtarırlar 14 ildir… Mənim günahın odur ki, Azərbaycanda adam ogurlugu ilə məşgl olan mütəşəkki cinayətkar şəbəkəni maddi sübutlarla ifşa etməyim olub. Buna görə də cinayətdə günahı olan məmurlar məni susdurmaq və qısas almaq məqsədilə qardaşım oglu Siyasi Məhbus Mübariz Abdullayevi saxta ittihamlarla 10 il azadlıqdan məhrum ediblər. Həm də onun qardaşı Təbriz Abdullayev Qarabag müharibəsində  şəhid olub ( Zəngilan, 1993il). Mənə və yaxın qohumlarıma qarşı belə açıq-aşkar agla sıgmayan ədalətsizlik Azərbaycan Siyasi Hakimiyyətini nüfuzdan salır, xalqın siyasi hakimiyyətə güvənini itirib…

Başa düşüləsi deyil ki, dövlət çevrilişi edən əlikram hümbətovçu separatçıları Siyasi Məhbus pərdəsi adı altında əfv etdilər. Lakin, Qarabag Müharibəsi iştirakçısı və Qarabag şəhid ailəsini saxta ittihamlarla həbs olunmuş Mübariz Abdullayevi Siyasi Məhbus kimi əfv etmədilər. Mənə ailə üzvülərimə qarşı belə cinayətləri yalnız qanı erməni başkəsənləri  olanlar edə bilərlər. Ən qorxulu hallda  xalqın etimadını itirməkdir ! 

 Dəyərli şairimiz Ənvər Əhməd, Sizin şagrışınıza qoşuluruq! Mahir Abdullayevin ogurlanması cinayətinə obyektiv, hrtərəfli və düzgün hüquqi qiymət veriləndə Daglıq Qarabag torpaqlarıda erməni işgalından azad olunacaqdır…!

Elşad Abdullayev

Fransa, Paris, 20.02.2017

Daha ətraflı avropaninsesi:

Ənvər Əhməd; Daglıq Qaarabag ; Azərbaycan Beynəlxlaq Universiteti; ABU;  Elşad Abdullayev;  Mahir Abdullayev; Səbri Quliyev;  Oktay Gülalıyev; Azad Mürsəliyev; Gabil Rzayev; Asif Mərzili – Habi Vəliyev; Akif Çovdarov; Hilal Əsədov;  Rəsul Rəsulov;  Hacı Məmmədov;  MTN İşi;  Polis İşi; Gülər Əhmədova;  Gülərqeyt …

 

 

Print Friendly, PDF & Email