012200144376Pik həddində olduğu zaman avtoritar sistemin parazitlik etdiyi neft qiymətlərinin ucuzlaşmasından sonra prezident İlham Əliyev ölkəni dərin maliyyə böhranına gətirib çıxaran iqtisadi kursun dəyişdirilməsi istiqamətində növbəti addımı atıb.

Yanvarın 10-da hökumətin iclasında administrasiyasının iqtisadi siyasətinin uğurları haqqında hesabat verməsindən cəmi bir həftə sonra Əliyev 12 yaxınından ibarət kiçik dairə arasında növbəti səciyyəvi iclasını keçirir və dəyişikliklərin həsrətində olan cəmiyyətə yeni müsbət impulslar göndərir.

Prezident 10 yanvar iclasında ölkənin uğurlu inkişafını bəyan etməklə yol verdiyi səhvini düzəltməyə tələsib. Səmtini itirmiş və gündən günə kasıblaşan cəmiyyət ondan böhrandan çıxış haqqında fəaliyyət proqramı gözləyirdi. Və ölkənin sosial cəhətdən gərgin bölgələrində vətəndaşların kortəbii və davamlı etirazları hazırki staqnasiya siyasətinin davam edəcəyi təqdirdə partlayış təhlükəli vəziyyətin artacağı haqqında güclü xəbərdarlıq oldu.

Bir həftə ərzində keçirilən hər iki iclas cəmiyyətə göndərdikləri mesajları ilə bir-birindən xeyli fərqlənir. Hökumətin ilk iclası sabitlik xülyası formalaşdırmaq cəhdindən və yaxın gələcəkdə dəyişikliklər vədlərindən ibarət idisə, ikinci iclas daha çox konkretliklə dolu idi və sistemdə islahatlar üzrə daha dəqiq addımlar nəzərdə tutur. Məlum oldu ki, beynəlxalq ekspertlərin iştirakı ilə xarici və yerli investorların cəlb edilməsini nəzərdə tutan geniş proqram hazırlanır, iqtisadi canlanma və biznes mühitinin yaxşılaşdırılması, bank sektorunun tənzimlənməsi, problemli bankların yaxşılaşdırılması, dövlət istiqrazlarının buraxılması, əmanətlərin sığortalanması, sahibkarlığa dəstək, kreditləşmə, ipoteka inşaatı və s. üzrə addımlar atılır.

Elə həmin gün hökumətin niyyətinin səmimiliyini təsdiq etmək məqsədi daşıyan investisiyaların stimullaşdırılması sahəsində ilk fərmanlar işıq üzü görür. Lakin qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsinə hazırlıq üçün üç aydan çox vaxt ayrılması faktı narahatlıq doğurur, vəziyyətin tam adekvat qiymətləndirildiyinə şübhə yaradır.

Hələlik fəaliyyət proqramı şəklində real məzmunu olmayan yeni iqtisadi siyasətin elan edilməsinə tələsmə göstərir ki, hökumətin hələ də islahatlar aparmaq üçün siyasi iradəsi yoxdur və artmaqda olan ictimai təzyiq və rejimin Qərb tərəfdaşları tərəfindən təcrid edilməsi təhlükəsinin artması fonunda impulsiv addımlar atır. Belə ki, son məlumatlara görə, hökumətin nəzarəti altında olan bütün KİV-lərə ABŞ və onun müttəfiqlərinin tənqidinə son qoymaq və Vaşinqton barəsində müsbəti ictimai fon formalaşdırmağa başlamaq tapşırılıb. Həm də Əliyev yanvarın 18-də yaxınlar dairəsində keçirilmiş iclasda səslənən son islahat tezislərindən Davos İqtisadi Forumunda və ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşdə indulgensiya kimi istifadə edə bilər. Azərbaycan prezidentinin ötən ilin oktyabrında Antalyada G-20 sammitində ABŞ prezidenti ilə görüşündən sonra əldə edilmiş ilk nəticələr haqqında ona veriləcək məlumat olacaq.

 

 

Print Friendly, PDF & Email