Print Friendly, PDF & Email

 

 

 

 

 

 

Son həftələrdə internetə yüklənmiş “deepfake” (dərin saxta) adlandırılan pornoqrafik videoların sayı kəskin şəkildə artmaqdadır. Belə videolarda, adətən pornoaktrisaların üzləri montaj yolu ilə hədəflənən şəxsin üzü ilə əvəzlənir.

Belə videoları istehsal edən proqramların istifadəsi asanlaşır və onların imkanları da artmaqdadır.

Yeni texnologiyanın ciddi fəsadları ola bilər.

“Saxta xəbər” böhranı bunun bəlkə də ən ilkin mərhələsidir, BBC-nin Şimali Amerika üzrə texnologiya müxbiri Dave Lee yazır.

 

Ariana Grande
Image captionBir videoda müğənni Ariana Grande-nin görüntüsündən də istifadə olunub

 

 

Hadisələrin inkişafı dövlət qurumları ilə şirkətlərin ona tam hazır olmadığını göstərir.

Bəs görəsən, müəyyən şəxsin üzünü istifadə etməklə pornoqrafik film yaratmaq əxlaq normaları ilə necə uzlaşır? Videonun həqiqi olmadığının əhəmiyyəti varmı? Kiməsə zərər yetirilirmi?

Yəqin ki, video müəllifləri əməllərinin şəkli istifadə olunmuş şəxsə təsirini dərk etməlidirlər.

“Deepfake”lər necə yaradılır?

Üzü əvəzləyən video proqramı ötən ay təqdim olunub.

Bu müddət ərzində onu 100 min dəfə yükləyiblər.

 

 

Emma Watson
Image captionEmma Watson-un üzü də “deepfake” videolarında istifadə olunub

 

 

Açıq-saçıq görüntülər yüz ildən artıqdır ki, montaj olunur. Hərçənd ki, bu, xüsusilə də videolarda, çox çətin bir prosesdir.

Realistik görüntü hazırlamaq üçün Hollywood studiyalarında istifadə edilən proqram təminatı, istedadlı montajçılar və müvafiq büdcə tələb olunur.

Amma yeni rəqəmsal texnologiya bu prosesi üç sadə mərhələyə bölür: Bunun üçün şəxsin çoxlu fotoşəkillərini toplamaq, videonu seçmək və daha sonra sadəcə olaraq gözləmək lazımdır.

Qalan şeyləri kompüter edəcək, hərçənd ki, bu proses 40 saatadək davam edə bilər.

Bu texnologiyanın inkişafı dünya boyu geniş marağa səbəb olub.

Son günlərdə Cənubi Koreyadakı axtarışlarda “deepfake” termininin istifadəsi kəskin şəkildə artıb.

 

 

Gal Gadot
Image captionAktrisa Gal Gadot-un görüntüləri yeni texnologiyanın imkanlarını nümayiş edən ilk videolardan biri idi.

 

Güman edilir ki, buna səbəb 23 yaşlı pop ulduz Seolhyun-un montaj edilmiş videoları olub.

Məşhurlar hədəf alınır

Emma Watson və Natalie Portman “Deepfake” videolarında istifadə olunan ən populyar məşhurlardır.

Hərçənd ki, belə videolarda Michelle Obama, Ivanka Trump və Kate Middleton kimi şəxsləri də görmək olar.

Aktrisa Gal Gadot-un görüntüləri bu texnologiyanın imkanlarını nümayiş edən ilk videolardan biri idi.

Vaxtilə Motherboard saytı montaj proqramlarının tam avtomatlaşdırılmasının bir il ərzində başa çatacağını ehtimal etmişdir. Əslində isə bu cəmi bir ay ərzində tamamlandı.

Belə videoların yayılması bır sıra suallara zəmin yaradır.

 

 

FakeAppFotonun müəllifiFAKEAPP
Image captionFakeapp adlı Windows programı, kifayət qədər fotoşəkli olan şəxslərin üzlərini videolara yerləştirilməsini asanlaşdırır

Görüntülərin paylaşması üzrə Gyfcat saytı “deepfake” kimi tanınan şəkilləri yığışdırmışdı.

Amma yaxın gələcəkdə etiraz doğuran görüntüləri yığışdırmaq çətin bir işə çevrilə bilər.

“Deepfake” hazırlayanlar tərəfindən istifadə edilən Reddit bu istiqamətdə hələ ki, heç bir addım atmayıb.

Bu saytın rəhbərliyi hadisələrin inkişafını yaxından izlədiyini deyir.

Son illərdə “qisas pornoqrafiyası”na qarşı mübarizə aparılıb.

Belə görüntülərin icazəsiz yayılması videodakı şəxsi rüsvay və təhdid etmə məqsədini daşıyıb.

“Deepfake” videoları bu məsələni daha da mürəkkəbləşdirir.

İnternetə yüklənən görüntülər həqiqi olmasa da hədəflənən şəxsə yetirilən psixoloji zərər, sözsüz ki, həqiqidir.

 

 

Trump
Image captionVideolardan birində Austin Powers filmindəki Dr. Evil-in üzü Donald Trump-ın üzüylə əvəzlənib

Siyasi məqsədlə istifadə

Texnologiya jurnalistlərinin təbirincə, tarixi olaraq İnternet innovasiyalarının inkişafına ən böyük töhfə verənlərdən biri də pornoqrafiya sektorudur.

O, video faylların həcminin azaldılması və kasetlərin yayılması kimi yeni format və yeniliklərdə öz rolunu oynayıb.

Çox güman ki, yeni montaj proqramları da başqa innovasiyalara yol aça bilər.

The Outline saytı üçün yazdığı məqalədə jurnalist Jon Christian, bu texnologiyanın təhlükəli tərəflərinə də toxunur.

O, “deepfake”lərin beynəlxalq qarşıdurma yaratmaq, hökumətlər və ya xalqları aldatmaq üçün istifadə edilə biləcəyindən söz açır.

Bu ehtimalı aşağı olan təhlükə deyil.

 

 

Bu videoda Hillary Clinton-un üzü Donald Trump-ın üzü ilə əvəzlənib

 

“Saxta xəbər”lər (istər bədniyyətli, istərsə də rişxənd məqsədli) artıq qlobal müzakirələr və ictimai fikrin formalaşmasında öz rolunu oynayır.

Onlar bəlkə də seçkilərin nəticələrinə təsir göstərəcək dərəcədə əhəmiyyətlidir.

Görüntü ilə yanaşı, nitqin də montajı ən təcrübəli xəbər izləyicisini belə çaşdıra bilər.

Hazırda bu texnologiya əsasən pornoqrafiya sahəsində istifadə olunur.

Lakin “Deepfake” istifadəçilərinin icması bir məsələni dəqiq bilir: Bu texnologiya artıq mövcuddur və geriyə dönüş yoxdur.

Daha ətraflı

http://www.bbc.com/azeri/other-news-42977741

 

Bu barədə daha geniş

  • ABŞ seçkiləri 2016 : Trump-ın “gizli” Facebook ordusu
    16 Noyabr 2016
  • Alman kəşfiyyatı: “Çin saxta Linkedln profillərindən ölkə siyasətçilərinə qarşı istifadə edir”
    11 Dekabr 2017
  • Prezident Trump sosial mediadan necə istifadə etdiyini müdafiə edib
    2 İyul 2017
  • Saxta sağlamlıq xəbərləri: onları necə müəyyənləşdirməli
    7 Mart 2017
  • Facebook Rusiya tərəfindən maliyyələşən saxta xəbər şəbəkəsi aşkar edib
    7 Sentyabr 2017
  • Amazon “saxta rəy yazanları” məhkəməyə verir
    3 Avqust 2017
  • Saxta xəbər Pakistan-İsrail “münaqişəsi” yaradıb
    27 Dekabr 2016

www.bbc.com