Deportasiya ediləcək azərbaycanlı ailəyə üzgüçülük klubu sahib çıxdı

Foto © Fritz Schubert / p-online.de
Foto © Fritz Schubert / p-online.de

Fərhad Çağtürk / AzEuroNews.com  Almaniyandan deportasiya ediləcək ailəyə Vessel şəhər üzgüçülük klubu sahib çıxıb. AzEuroNews.com xəbər verir ki, İslamovlar ailəsi ötən həftə Azərbaycana deportasiya ediləcək 15 ailədən biri olub.

Gecə ilə Düsseldorf şəhər hava limanına gətirilən ailələr Azərbaycana deportasiya edilə biməyiblər. Buna səbəb təyyarənin müflis elan edilən “Germania” hava yollarına aid olması olub. Təyyarə reysi həyata keçirilmədiyindən başqaları kimi evlərinə geri dönən İslamovlar ailəsi üçün deportasiya təhlükəsi hələ ötüşməyib.

Vüqar İslamov həyat yoldaşı Natavan, uşaqları Vüsal və Sübhanla 2017-ci ildə Almaniyaya gələrək sığınacaq istəyiblər.

Ailənin 17 yaşlı üzvü Vessel şəhərindəki üzgüçülük klubunun fəal üzvüdür. 500 üzvü olan klub İslamovlar ailəsinə sahib çıxaraqonların Almaniyadan deportasiya olunmaması üçün səfərbər olublar.

Klubun başqanı Ulf Privenin rp-online.de-yə verdiyi açıqlamaya görə, İslamovlar ailəsinin deportasiya edilməməsi üçün çalışmalara başlayıblar.

17 yaşlı Vüsal qısa zamanda çox yaxşı almanca öyrənib və Almaniyada İKT sahəsi üzrə təhsilini davam etdirmək niyyətindədir.

Natavan İslamova isə, keçən həftə başlarına gələn olayın şokundan hələ də ayılmayıb. O, buna görə, dərman pereparatları qəbul edir.

Xəbərdə rp-online.de-nin məlumatlarından və fotosundan istifadə edilib.

azeuronews.com

Print Friendly, PDF & Email

Related Posts

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubovun (“Baron”) aglasıgmaz biznes şəbəkəsi 

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubovun (“Baron”) aglasıgmaz biznes şəbəkəsi 

Azərbaycan  hakimiyyəti   “Köləlik dövrünü” yaşayan mətbuatın köməyi ilə hələki cinayətlərini ört-basdır etməyə  nail ola bilir – Əlövsət Əliyev

Azərbaycan hakimiyyəti “Köləlik dövrünü” yaşayan mətbuatın köməyi ilə hələki cinayətlərini ört-basdır etməyə nail ola bilir – Əlövsət Əliyev

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov özünün əxlaqsız ailə tərzini bütün cəmiyyətə ona görə yayırki, sabah onu barmaqla göstərib deməsinlər ki, budu anası əxlaqsız və atası xoşqeyrət ! – Video – Qurban Məmmədov – London