Video-1-6 dəqiqə. Diasporada kriminal oyunlar- həmvətənini güllələdən kimlərdir? – Azərbaycan Prezidentinin köməkçisi  Əli Həsənovun mütəşəkkil cinayətkar təşkilatı…

 

 

 

 

 

 

 

 

Dünyada nüfuz savaşı hər zaman olun. Özüdə nəinki insanlar arasında hətta bütün canlılar arasında. Biri digərindən üstün oldugunu öz gücü ilə göstərib. Özündən zəif olanı üstələyib, boğub, didib, parcalayıb və məhv edib…Nüfuz savaşı bununlada məhdudlaşmayıb. Bu sadaladıqlarım ibtidai formasıdı bu mübarizzənin. Bu savaş əsrlər boyu dominantlıq uğrunda müharibələr və daha nələrə gətirib cıxarmayıb ki?! İndi də bu mebarizə daha cox isti müharibələr formasında deyil “soyuq müharibə” formasında davam edir. Ölkələr öz nüfuzlarını qoruyub saxlamaq və artırmaq üçün lobbicilik fəaliyyəti ilə məşgul olurlar.

Ama bu sahədədə biz bədnam qonşularımızdan geri qalırıq. Diaspora fəaliyyəti ilə məşgul olmaq, lobbicilik etmək bizim millətin nümayəndələrinə yad bir xüsusiyyətdir sanki. Nəinki bizim xaricdə olan soydaşlarımız birləşir hətda üz qarası halında olaylarla gündəmə gəlirlər.

Son günlərdə Ukraynada olan qətl hadisəsi beynəlxalq mediada da gündəmə gətirilətək vəziyyətin necə acınacaqlı oldugunu bir daha göstərir. Nüfuz ugrunda gedən savaşda bizimkilər Azərbaycan adına şərəf gətirən nəsə eləməkfənsə bir birləri ilə savaşırlar! Son günlərdə ukraynada yaşanan qanlı qətl hadisəsi bunun necə biyabırcı həddə oldugu və rəqibləri ilə deyil bir biriləri ilə mübarizə apardıqlarını bir daha sərgilədi.

Belə ki, Ukraynanın Jitomir şəhərində milliyətçə azərbaycanlı olan Şirinov Pərvin Allahverdi oğlu amansızcasına qətlə yetirilib. Məlumata görə, 2 nəfər silahlı şəxs motosikletlə Pərvin Şirinovun yaşadığı evin qarşısına gələrək, evi atəşə tutublar. Atəş açılan vaxtı Pərvin Şirinov evin həyətində oturubmuş. Killerlər avtomotdan 21 dəfə atəş açıblar. Açılan güllərdən biri Pərvin Şirinovun başından dəyib. O, hadisə yerində keçinib. Qətli törədən 2 nəfər killer Ukrayna polisi tərəfindən Kiyev yaxınlığında saxlanılaraq həbs edilib. Ümumilikdə, sözügedən qətl hadisəsində şübhəli bilinən 6 nəfər saxlanılıb. Onların arasında Radj Qasımovun qardaşı da var. Hazırda onlar hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən dindirilirlər.

Qətlin sifarişlə törədildiyi və sifarişçinin Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir bölgəsinin rəhbəri Radj Qasımov olduğu iddia edilir. Ukrayna polisi sözügedən qətldə şübhəli bilinən Rac Qasımovun və qardaşının evində axtarış aparıb. Axtarış zamanı onun qardaşının evindən odlu silah-sursat və narkotik vasitələr tapılıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

kanal13TV

 

Print Friendly, PDF & Email