Dünya Sair və Yazıcılar İttifaqının sədri şair Qaraxan Əkbəroglu (Viyana) Avropaninsesi.com saytına növbəti şeirini göndərdi:

 

yagubovg@mail.ru

 

         DOĞMA TORPAQLAR

 

         Qaçqınlığı boynumuza almışıq,

         Yad ellərdə yeni yuva salmışıq.

         Otuz ildir biz vətənsiz qalmışıq,

         Sahibsiz yurd- yuva çoxdan olub xar,

         Bizi gözləyir o doğma torpaqlar.

 

         Düşmən paytaxt edibdi İrəvanı,

         İndi də istəyir Ağrını, Vanı.

         Nə günə salıblar Azərbaycanı,

         Dünyamızı bizə edibdilər dar,

         Bizi gözləyir o doğma torpaqlar.

 

         Xocalı deyəndə göylər titrəyir,

         Ahlar qarşısında dağlar baş əyir.

         Şuşada əsirlər bizi gözləyir,

         Onların halına Yezid də ağlar,

         Bizi gözləyir o doğma torpaqlar.

 

         Hər il toplanırıq islam sayağı,

         Qırx gün yas saxlayıb deyirik ağı.

         Bəs niyə almırıq biz Qarabağı,

         Allah ağıl versin, həm də olsun yar,

         Bizi gözləyir o doğma torpaqlar.

 

         Ey yatanlar siz də qalxın ayağa,

         Yaltağa, satqına deməyin ağa.

         Savaş üçün sarılın bir bayrağa,

         Ləyaqətsiz nəyə gərək dövlət, var.

         Bizi gözləyir o doğma torpaqlar.

 

         Millətin gününü ediblər qara,

         Qaraxan nə qədər yazacaq qara.

         Üzümüz olubdur hər yerdə qara,

         Varmı görən bizdə qudrət, qeyrət- ar,

         Bizi gözləyir o doğma torpaqlar.

        

        

 

 

 

Print Friendly, PDF & Email