Universitet-reytinq

Bu gün nüfuzlu Tayms (Times) qəzetinin  hazırladığı “Dünyanın ən yaxşı universitetlərinin reytinqi”  (Times Higher Education-THE) açıqlanıb.  Bu reytinq dünyada universitetlərin qiymətləndirilməsi baxımından ən nüfuzlulardan hesab edilir. Birinci yerdə yenə ABŞ-ın Harvard Universiteti gəlir.

ABŞ universitetləri yenə ilk onluqda mütləq çoxluq təşkil edir. Strateq.az BBC-yə istinadən Times Higher Education-THE reytinqində ilk onluğu təqdim edir:

1.    Harvard Universiteti- ABŞ

2.    Massaçuses Texnoloji Universiteti-ABŞ

3.    Stenford UniversitetiABŞ

4.    Kembric Universiteti – Böyük Britaniya

5.    Oksford Universiteri – Böyük Britaniya

6.    Berkli Kaliforniya Universiteti- ABŞ

7.    Prinston Universiteti-ABŞ

8.    Yel Universiteti-ABŞ

9.    Kolumbiya Universiteti-ABŞ

10.  Kaliforniya Texnoloji İnstitutu- ABŞ
Yalnız 10 Britaniya universiteti ilk yüzlüyə daxil ola bilib.  İlk yüzlükdə Asiya ölkələrinin universitetlərinin sayı artıb. Asiya ölkələrinin 17 universiteti ilk 100-də yer alıb.  Ötən il isə bu göstərici 10 olmuşdu.

Asiya ölkələri universitetlərindən ən yaxşı göstərici Tokio Universitetinə məxsusdur – reytinqdə 17-ci yer. Pekin Universiteti 21-ci yerdə, Sinqapur Milli Universiteti isə 26-cı yerdə qərarlaşıb.

Times Higher Education reytinqi dünya üzrə 400 universiteti əhatə edir.

Moskva Dövlət Universiteti isə yalnız 161-ci yeri tuta bilib. Rusiyadan daha iki universitet isə 200 yüz ən ayxşı ali təhsil müəssisəsi arasına düşə bilib.

Print Friendly, PDF & Email