Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

Amerikada mənzillənmiş Freedom House – insan haqları təşkilatı yanvarın 16-da özünün növbəti – “2018-ci ildə Dünyada Azadlıq” hesabatını açıqlayıb.

Hesabatda deyilir ki, demokratiya qlobal miqyasda hücumlara məruz qalaraq geri çəkilməli olur.

Hesabat bunu əsas etibarilə Amerikada demokratik standartların sürətlə aşılanması nəticəsində yaranmış böhranla izah edir.

Sənəddə qeyd olunur ki, aparıcı demokratiyaların geri çəkilməsindən fürsətlənən Rusiya və Çin repressiyalarını nəinki artırır, hətta özlərinin mənfi təsirlərini başqa ölkələrin üzərinə köçürürlər.

Hesabatda bildirilir ki, avtokratik rejimlər öz hakimiyyətlərini qoruyub saxlamaq üçün hətta öz sərhədlərindən uzaqlardakı debatları boğmağa, dissidentləri təqib etməyə, dünya təsisatlarını sarsıtmağa çalışırlar.

Freedom House-un hesabatında deyilir ki, indiyədək bütün dünyada demokratiyanın həm nümunəsi, həm də müdafiəçisi olan ABŞ-ın özündə demokratik standartların zəifləməsi əsasən 2017-ci ilə təsadüf edib. Hesabat bunu Rusiyanın ABŞ prezident seçkisinə iddia olunan müdaxiləsi ilə izah edir.