Dünyanın ən böyük silah alverçisi sayılan belçikalı Jak Mesye saxlanılıb. O, uzun müddətdir ki, beynəlxalq axtarışda olub.

“Marşal” və ya “Lis” ləqəbi ilə tanınan J.Mesyenin son 30 ildə dünyanın demək olar ki, bütün münaqişə ocaqlarını silahla təmin etməsi bildirilir. Sonuncu dəfə o, Liviya, Çad, Pakistan və İrana silah satmaqda ittiham olunaraq axtarışa verilib.

Silah maqnatı Fransadakı villasından atların Portuqaliyaya daşınması zamanı yerli, Fransa və Belçika polisinin birgə əməliyyatı nəticəsində saxlanılıb. Hazırda Belçika hökuməti onun ektradisiyasını planlaşdırır.

Öncə 66 yaşlı “Marşal”ın yaxın zamanda Portuqaliyada məhkəmə qarşısına çıxacağı bildirilir. (trend)

 

 

 

 

Print Friendly, PDF & Email