Bir müddət əvvəl maliyyə naziri Samir Şərifovun üç ölkənin xüsusi xidmət orqanına işləməsi barədə material yayılmışdı. “Azadlıq” bu materialın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və dəstəsi tərəfindən mediaya ötürülə biləcəyi barədə mülahizə irəli sürmüşdü. Daha sonra təhlükəsizlik eksperti İlham İsmayıl belə bir ehtimal səsləndirdi. Samir Şərifovla bağlı materiala cavab olaraq Eldar Mahmudovun özünün xarici kəşfiyyata işləməsi barədə məlumatların yayılması bu ehtimalların heç də əsassız olmadığını ortaya qoydu.
Eldar Mahmudovun Samir Şərifovu “vurması” ona görə inandırıcı idi ki, maliyyə naziri Beynəlxalq Bankdakı maxinasiyaların açılmasında xüsusi rol oynamışdı. Bu bankın keçmiş rəhbəri Cahangir Hacıyev isə Eldar Mahmudovun qudasıdır. Bundan başqa, Samir Şərifovla Cahangir Hacıyevin münasibətləri həmişə gərgin olub. Bunun Cahangir Hacıyevin vəkili də mətbuata açıqlamalarında bildirib.
İndisə Eldar Mahmudovun hədəfində prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri, general polkovnik Bəylər Əyyubovdur. Bəylər Əyyubov MTN-dəki dəstənin zərərsizləşdirilməsində mühüm rolu oynayıb.

Xatırlatmaq yerinə düşər ki, ötən il oktyabrın 17-də Eldar Mahmudovun xidməti kabinetindən qara maskalıların əhatəsində Prezident İlham Əliyevin hüzuruna gətirilməsi və ardınca ev dustaqlığında nəzarət altına alınması əməliyyatına Bəylər Əyyubov rəhbərlik etmişdi. Bu quruma yeni rəhbər təyin olunana qədər də Bəylər Əyyubovun orada vəziyyətə nəzarət etdiyi bildirilirdi….

Bundan əvvəl də Eldar Mahmudov Bəylər Əyyubova ara-sıra hücumlar edib. Bəylər Əyyubovun nəzarətində olan Xüsusi Dövlət Mühafizə Xidmətinin MTN-ə birləşdirilməsinə çalışan Eldar Mahmudov hər fürsətdə prezidentin şəxsi mühafizə xidmətinin rəhbərini “vurmağa” çalışıb.

Beyler Eyyubov02“Azadlıq”a daxil olan məlumatda iddia olunur ki, bu günlərdə Bəylər Əyyubovun qohumları barədə mediada yer alan materiallar da Eldar Mahmudov tərəfindən ötürülə bilər. Biz bu materialları yayan media qurumlarını ittiham etmək niyyətində deyilik. Onlar sadəcə əllərinə düşən faktları ictimailəşdiriblər. Güman ki, bu faktların əsl mənbəyindən məlumatsızdırlar.
Həmin materiallarda Bəylər Əyyubovun qohumlarının qiyməti milyonlarla manatla ölçülən əmlaklarından söhbət gedir. Özü də materiallar sənədlərlə zəngindir. Bu da materialın mənbəyi barədə şübhələri artırır.

Qeyd edək ki, bundan əvvəl də Eldar Mahmudovula Bəylər Eyyubovun münasibətlərinin gərgin olduğuna dair faktlar ortaya çıxıb. Belə məlumatlardan birində qeyd edilirdi ki, Milli təhlükəsizlik naziri olduğu dönəmlərdə ayri-ayri iş adamlarının varidatına göz dikən Eldar Mahmudov və onun dəstəsi, həm də yüksək vəzifəli məmurlara qarşı da savaş açmışdı. Belə ki, əlində olan inzibati resurslar hesabına ayrı-ayrı məmurları “haqqa” otuzduran MTN rəhbərliyi, gücü çatmadığı adamları isə ölkə başçısından gözündən salmaqla təhdid edirmiş.

Eldar Mahmudovun birbaşa üstünə gedə bilmədiyi, amma gizlin şəkildə mübarizə apardığı adamlardan biri də məhz Bəylər Eyyubov olub.  Bəylər Eyyubovun yaxınları ilə bağlı mediaya sızdırılan qalmaqallı xəbərlər də,  MTN tərəfindən ortaya atılıdığı ehtimal edilirdi.  Həmçinin, ayrı-ayrı şəxsləri təhdid etdirən Eldar Mahmudov, prezidentə kütləvi şikayətlər təşkil etdirirmiş ki, orada da generalın özü hədəfə gəlirmiş. Bununla da MTN rəhbəri ölkə başçısı ilə Bəylər Əyyubov arasında etimadsızlıq mühiti yaratmağa nail olmaq istəyirmiş.

678Bu faktlardan biri ilə bağlı Gununsesi.info məlumat yaymışdı. Belə ki, Eldar Mahmudovun oğlu Anar Mahmudov iş adamlarından birinə külli miqdarda borcu olur. Həmin iş adamı nazir oğlundan pulunu ala bilmədiyinə görə, Bəylər Əyyubovun yaxın qohumlarından olan Məhəmməd İsmayılovamüraciət edərək, köməklik istəyir. Öz növbəsində isə Məhəmməd İsmayılov nazir oğlunun biznesini idarə edən Beytulla Hüseynova zəng edərək, Anar Mahmudovun vətəndaşa olan borcunu qaytarmasını xahiş edir. Beytulla Hüseynova telefon zəngindən bir həftə sonra Məhəmməd İsmayılov MTN-nin maskalılarının hücumuna məruz qalaraq, həbs olunur. Həbs olunan zaman elə avtomobildəcə onun belindəki kəmərinin altına “Makarov” tapançası qoyulur.

mustafa-tayat-300x225-300x225Bundan başqa MTN Məhəmməd İsmayılovun biznes şəriki olan məşhur türkiyəli iş adamı Mustafa Tayatı onun üzünə qoyur. Belə ki, Mustafa Tayatı Bakıda şəxsi həyatı ilə təhid edən MTN rəhbərliyi, onun intim görüntülərini ictimailəşdirəcəyi, habelə özünün həbs olunacağı hədəsi ilə, Məhəmməd İsmayılovun üzünə qoyur. Bununla da Məhəmməd İsmayılova CM-nin 228-ci “Qanunsuz silah saxlama” maddəsi ilə yanaşı, həm də 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunur. İkinci ittihamda Mustafa Tayat Məhəmməd İsmayılovun guya ondan hədə-qorxu ilə pul tələb etdiyini yazır. Halbuki, Mustafa Tayatla Məhəmməd İsmayılov arasında birgə iş birliyi varmış. Həmçinin, MTN Mustafa Tayatı məcbur edərək, işə heç bir adiyyatı olmayan Bəylər Əyyubovdan Prezidentə sahibkar kimi “şikayət edir”.

Saxta-qurama ittihamlarla aylarla MTN-da saxlanılan Məhəmməd İsmayılovun da cinayət işi Eldar Mahmudov tərəfindən məhkəmə sisteminə yeridilmiş (MTN-nin sabiq müstəntiqidir-red) hakim Novruz Kərimovun icraatına verilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bir neçə il günahsız yerə həbsxanada yatan Məhəmməd İsmayılov, bu yaxınlarda azadlığa qovuşa bilib.

 

 

05.07..2016

http://azpolitika.info/?p=231554

 

 

 

 

Print Friendly, PDF & Email