Print Friendly, PDF & Email

 

 

 

 

 

Polkovnik-leytnant Vüqar Mahmudov bu əməllərinə görə həbs olunub…

Məlum olduğu kimi, dünən Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun həbs olunub

Məlumat üçün bildirək ki, Vüqar Mahmudov MTN-nin polkovnik-leytenantı idi. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbs edilən əmisi oğlu və köməkçisi Vüqar Mahmudovun hansı maddələrlə ittiham edildiyi də bəlli olub. Belə ki,V.Mahmudov Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 313-cü ( Vəzifə saxtakarlığı), 179-cu (mənimsəmə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilib. Onun barəsində cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. V.Mahmudov barəsində dünən Nəsimi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Redaksiyamıza məlumat verən mənbə bildirir ki, E. Mahmudovun əmisi oğluna verdiyi səlahiyyət nazir müavinindən yuxarı, nazirdən isə aşağı statusda olubdur. Əsasən MTN tərəfindən cəzalandırıln şəxslərdən yığılan pullar Vüqar Mahmudov tərəfindən toplanaraq nazirə catdırılırmış. MTN-də xidmət edən keçmiş zabitin verdiyi məlumata görə Vuqarın xidməti otağında çoxlu sayda iri seyflər var idi ki, onlar yığılan pulların saxlanması üçün istifadə olunub. İşlədiyi müddət ərzində nazir Vüqar Mahmudova iki dəfə ev verib.

Verilən məlumatda bildirilir ki, 2004- cü ildə işə qəbul olunan Vüqar Mahmudov 2005-ci ildə “Hərbi xidmətlər gorə” medalı 2006-ci ildə “Vətən uqrunda” medalı, 2008-ci ildə “ İgidliyə görə” medalı , 2012-ci ildə isə “Vətənə xidmətə görə” ordeninin 3 -cü dərəcəsi ilə təltif edilmişdi, qısa müddət ərzində leytenant rütbəsindən polkovnik -leytenanat rütbəsinə qalxmışdı“.

Bu adam vasitəsilə Eldar Mahmudovun qəzəbinə tuş gələn iş adamları,adi vərəndaşlar cəzalandırılıb. Vuqar Mahmudov Eldar Mahmudovun adından daha çox Bakiətrafı kəndlərdə xeyli sayda torpaq mənimsəyib. V. Mahmudovun əməlləri ,mənimsədiyi əmlaklar araşdırılanda bəlli olur ki, nazirliyə ayrılan evlər,digər əmlaklar adi əməkdaşlara yox ,yalnız ona və onun kimi adamlara veriliib. Çovdarovlar, Quliyevlər, Mahmudovlar və digər baş kəsib qan tökənlər alıblar o evləri. Digər əmklaklarından hələ heç danışmıram. Buna rəğmən,məlum olur ki, MTN-də 10-larla şəxs İllərlə evsiz-eşiksiz dövlətə xidmət edib. Bunun da səbəbi MTN-nin qohumbazlıq, yerlibazlıq prinsipləri ilə olunması olub. Məlumdur ki, Vuqar Mahmudov qeyri-qanuni yolla 100-lərlə insanın pullarını, əmlakını əllərindən alıb. Onun əməllərindən çoxlu sayda insan əziyyət çəkib ki,həmin insanlar İllərlə əsəb gərginliyi keçiriblər. Bu baxımdan, belə qudurğan məmur qohumları susdurmaq, ifşa etmək,qanun qarşısında cavab verməyə məcbur etmək üçün biz vətəndaşlar daha aktiv olmalıyıq”, deyə bildirib.